1
LABÜD sözünün izahı / LABÜD sözünün mənası
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LABÜD

zərf [ər.] 1. Yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq. ..Bayramda həlviyyat xonçası üstə bir əlbisəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev. // Mütləq olmalı olan, qaçılmaz, qarşısıalınmaz, zəruri. □ Labüd olmaq - vacib olmaq, zəruri olmaq. [Mürtəce ünsürlər] xalqın və məmləkətin tərəqqisi üçün labüd olan bu məsələlərin həllini tələb edən hər kəsi.. töhmətləndirirlər. M.İbrahimov.
2. Məcbur, çarəsiz, əlacsız, naçar, istəristəməz, məcburiyyət qarşısında. [Şah Abbas:] Ona binaən labüddəm ki, talaqınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, ona ixtiyar edəsiniz. M.F.Axundzadə. Sabira, torpağa saldı sayə rəna dilbərim; Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm. M.Ə.Sabir. □ Labüd qalmaq - zəruriyyət qarşısında məcbur olmaq, əlacsız qalmaq, çarəsiz qalmaq. Mən labüd qaldım, [hamballara] deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. C.Məmmədquluzadə. Pul çox, amma xərc eləməyə yer tapmayırıq, labüd qalıb, pullarımızı xarici vilayətlərdə xərc eləyirik. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LYA

1
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
file exisy