NAZis. [fars.] 1. Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə. Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir. [Mirqasım:] Matanda naz və şivə əsla yox idi. Çəmənzəminli. □ Naz eləmək (qılmaq, satmaq, göstərmək) - nazlanmaq, əzilib-büzülmək, naz və işvə etmək. Bir belə cavanın ağlı kəm olsa; Baxasan ki, sevgisinə naz eylər. M.P.Vaqif. Hərçənd xublərdə bu adətdi, naz olur; Sən tək və leyk naz qılan yar az olur. S.Ə.Şirvani. Qızlardan birisi naz sata-sata həkimə bir şey anlatmağa başladı. Mir Cəlal.
Bax naz-nemət. [Nəsir] istəyəcəkdi ki, qardaşı kimi naz və nemət içində yaşasın. S.Hüseyn. Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. Ə.Vəliyev. məc. Nazənin, nazlı qız mənasında. Qızdı, nazdı, min tümən azdı. (Məsəl). [Nigar xanım:] Düşər daşın, qalar leşin; Dağlar, üç nazı neylədiz?! “Koroğlu” . Özünü bəyənməyən kimi göstərmə, bir şeyi qəbul etmək üçün özünə yalvarmağa, xahiş etməyə məcbur etmə (adətən “eləmək” feli ilə). Naz eləyir, alacaq. - [Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. Ü.Hacıbəyov. Şıltaq, ərköyünlük. □ ...nazı ilə oynamaq - ...dediyini eləmək, ...istəyinə əməl etməyə, hər tələbini, şıltağını yerinə yetirməyə çalışmaq. Uşağın nazı ilə oynamaq. [Səlimə:] Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. Ə.Haqverdiyev. [Vahidov:] Şöhrət də övlad kimidir, Fizzə, olmayanda qüssəsini çəkirsən, olanda gərəknazıyla oynayasan. Ə.Məmmədxanlı. Nazını çəkmək - çox əzizləmək, hər əziyyətinə dözmək, hər istəyinə əməl etmək. Gözün gər içsə qanım nazını çəkmək münasibdir. S.Ə.Şirvani. [Atabala Arazın] hər nazını çəkir, hər şıltağına dözür. A.Şaiq. Nazla şəklində zərf - əzilə-əzilə, naz eləyərək, naz və qəmzə ilə, nazlı-nazlı. Nazla danışmaq. Nazla yerimək. - Qərq olsun yaşıla, ala sərasər; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir. □ Özünü naza qoymaq - əzilib-büzülmək, əda göstərmək, naz eləmək. Qızlar Güldanədən oxumasını xahiş etdilər. O, əvvəlcə özünü naza qoydu, razı olmadı. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|