İzahlı lüğət

NÖV

is. [ər.] 1. Dürlü, cür, təhər, çeşid. Bu növ şey görməmişəm. - Zəmani-hicrdə gah ağlayıb, gah gülürəm; Bu eşq aləminin özgə növ haləti var. S.Ə.Şirvani. □ Bir növ birtəhər, nə yaxşı, nə pis, orta, babat. [Məcid:] ..Bir növ dolanırıq. N.Vəzirov. [Molla Cümə:] Məhərrəmlik gəlincəyədək gərək bir növ dolanaq. Ə.Haqverdiyev. Bu növ - bu qaydada, bu cür, bu üsulda. Islam uşağı yatsın ayağında falaqqa; Bu növ idi təlim; Vursun buların başına həm mirzə taraqqa. M.Ə.Sabir. O növ (ilə) - o cür, o təhər, o qaydada, elə. Nə gərəkdir bizə o növ söhbətlər; Eşidizpəndlər, nəsihətlər. S.Ə.Şirvani. Nifrət edib cümlə qaçırdı ondan; O növ ilə ki, qaçarlar taundan. A.Səhhət.
biol. Sistematikada: cinsin tərkibinə daxil olan və öz əsasından kəskin əlamətlərlə fərqlənməyən ayrıca qrup. Balığın növləri. Quş növləri. - Kəndin aşağısında tez-yetişən qırmızı alma növləri var. S.Rəhman. Yaylaqlardan ən yaxşı, ən çox çiçək, böcək növlərini [Bahar] toplayardı. B.Bayramov.
Bir şeyin başqa bir şəkli, variantı, tipi. Yeni təlim növü.
qram. Feildə: hərəkətin icrasının səciyyəsini göstərən qrammatik kateqoriya. Məlum növ. Məchul növ.
□ Növi-bəşər köhn. - insan nəsli, inan cinsi, insanlar. Bəni-növi-bəşər- bax bəniadəm (“bəni” də). [Taybuynuz öküz] həm öz cinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. F.Köçərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed