İzahlı lüğət

NİSYƏ

is. 1. Bir şeyin nağd pul olmadan alınması və ya satılması. // Bu cür alınmış, ya satılmış şeyin özü, yaxud nisyə satılmış və ya alınmış şeyin verilməli olan pulu. Nisyə girməz kisəyə. (Məsəl). [Məşədi Cabbar tacir:] Molla, mənim özümün pulum var, amma tamam nisyədədir. M.F.Axundzadə. [Hacı Rüstəmin atası] xırman zamanı da gedib, kəndbəkənd gəzib nisyə yığardı. Ə.Haqverdiyev.
məc. Boş, əsassız, həyata keçə bilməyən, qeyri-real. Nisyə söhbətlər. - Gedib, vaiz deyən nisyə sözə ümmidvar olma. S.Ə.Şirvani. Şərifzadə ona bərk vurulmuşdu. Ancaq həkimin nisyə məhəbbətlə arası yox idi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

NIX

NUH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed