İzahlı lüğət

NƏQL

is. [ər.] 1. bax nağıl. Qəhrəman balaca Sabir üçün müxtəlifi nəql danışırdı. S.Rəhimov. □ Nəql etmək - bir əhvalatı, hadisəni, hekayəni və s. ardıcıllıqla danışmaq, söyləmək. O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz. M.Müşfiq.
köhn. Bir yerdən başqa yerə aparma, köçürmə, daşıma. □ Nəql etmək - bir yerdən başqa yerə aparmaq, köçürmək, daşımaq. Başlarda bəlanı çox görüb əql; Bir özgə məqamə eylədi nəql. Füzuli. [Səkinə xanım:] Mən öləndən sonra məni qəbiristana nəql edin. M.F.Axundzadə.
xüs. Cərəyan, səs və s. keçirən; keçirici. □ Nəql etmək - keçirmək, ötürmək. Mis elektriki yaxşı nəql edir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

NAX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed