Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ZARILDAŞMAQ (ID - 44506)

qarş. Zarıldamaq (hamı bir yerdə).

ZARILDATMA (ID - 44507)

“Zarıldatmaq”dan f.is.

ZARILDATMAQ (ID - 44508)

icb. Zarıldamağa məcbur etmək, ağlatmaq.

ZARILTI (ID - 44509)

is. Ağrıdan, əzabdan və ya şiddətli həyəcandan insanın çıxardığı səs; inilti. Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi. S.S.Axundov. Eşikağası keçərkən zindandan Zamanın zarıltısını...

ZARIMA (ID - 44510)

“Zarımaq”dan f.is.

ZARIMAQ (ID - 44511)

1. Bax zarıldamaq. Xəstə zarıyır. - Sən uğursuz bir güllənin ağrılarından; Zarıyırsan pələng kimi, sinən yaralı. S.Vurğun. ..Yeni məhbus üzü üstə yerə dəyib zarımağa başladı. M.İbrahimov. // Ulamaq. Hərdənbir zarıyır...

ZARINCI (ID - 44512)

is. məh. Çox xəstəlik çəkib zəifləmiş adam; üzgün. Qurbanıyam mən, sevərəm narıncı; Yar-yar deyib, oldum belə zarıncı. Qurbani. [Qaraxan:] Elə eləmisən ki, uşağı belə zarıncı eləmisən də. S.Rəhimov.

ZARITMA (ID - 44513)

“Zarıtmaq”dan f.is.

ZARITMAQ (ID - 44514)

f Zarımasına səbəb olmaq.

ZARI-ZARI (ID - 44515)

zarı-zarı ağlamaq - bax zar-zar ağlamaq (“zar-zar” da). Mən ağlaram zarı-zarı; Bu zülmü götürməz tarı. Qurbani. Abbas ağlar zarı-zarı; Getməz könlümün qubarı... Aşıq Abbas.

ZARİSOVKA (ID - 44516)

is. [rus.] 1. Şəkilçəkmə.
2. Şəkil, rəsm.

ZAR-ZAR (ID - 44517)

zar-zar ağlamaq (zarıldamaq) - səslə, zarıltı ilə ağlamaq, fəğan etmək. Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M.P.Vaqif. Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! M.Ə.Sabir; // yanıqlı-yanıqlı,...

ZASTAVA (ID - 44518)

[rus.] Dövlət sərhədinin müəyyən sahəsini mühafizə edən hərbi hissə, habelə bu hissənin yerləşdiyi yer, məntəqə.

ZAT (ID - 44519)

is. [ər.] 1. Əsil, mənşə, kök, nəsil, nəsəb. Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. “Koroğlu” . [Heydər bəy:] Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırırlar. M.F.Axundzadə....

ZATƏLCƏNB (ID - 44520)

is. [ər.] Sətəlcəm. Əgər zatəlcənb də tutmasan, yəqin ki bir zökəm tutacaqsan. Ə.Haqverdiyev.

ZATƏN (ID - 44521)

zərf [ər.] 1. Təbii olaraq, əslində, fitrətən, həqiqətdə, həddi-zatında olaraq. Zatən muzdurların bədənləri davamlı, ruhları qüvvətli olur. S.M.Qənizadə. Zatən qüruba da bir şey qalmamışdı. S.Hüseyn. Zatən Dilbər son zamanlar...

ZATIQIRIQ (ID - 44522)

sif və is. dan. Nanəcib, fırıldaqçı, kələkbaz, etibarsız. Babacanın əlli cür nadürüst tanışı, zatıqırıq dostu var. Ə.Əbülhəsən.

ZATIQIRIQLIQ (ID - 44523)

is. dan. Zatıqırıq adamın xüsusiyyəti.

ZATİ (ID - 44524)

zərf [ər.] klas. 1. Zatında, əslində, bünövrəsində olan; anadangəlmə, fitri. Zati xasiyyət.
2. Bax zatən.

ZATİ-ALİ (ID - 44525)

is. [ər.] köhn. Yüksək rütbəli şəxslərə müraciət etdikdə və ya onların haqqında danışdıqda hörmət məqamında işlənən ifadə (çox zaman cəmdə işlənir).

ZAVAL (ID - 44526)

is. [ər.] 1. Ziyan, zərər, təbii fəlakət, afət. Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb bərkitsin öz yerini. S.Rüstəm. // Bəla, müsibət, xətər, qorxu. Kahinlər axışından kəşf etmiş istiqbalı; Çox...

ZAVALLI (ID - 44527)

sif 1. Dolu, istilik və s. nəticəsində zədələnmiş (ağac, bitki, meyvə və s. haqqında). Zavallı alça. Zavallı yarpaqlar.
2. Acınacaq halda olan, yazıq, biçarə, başıbəlalı, bədbəxt. Zavallı adam. Zavallı uşaq. - [Maral:] Məktəbi...

ZAVALLILIQ (ID - 44528)

is. Acınacaq halda olan adamın halı; yazıqlıq, bədbəxtlik.

ZAVALSIZ (ID - 44529)

sif. Məhv olmaz, yox olmayan, zail olmayan; davamlı, dayanıqlı, daimi, həmişə yaşayan. // Zərf mənasında. Cəlladların başı zavalsız qalmayacaq.

ZAVALSIZLIQ (ID - 44530)

is. Məhv olmama, zay olmama, həmişə qalma, yaşama, var olma; daimilik.

ZAVlYƏ (ID - 44531)

is. [ər.] klas. 1. Bucaq, künc, guşə. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə bir ilan var və hər ilanın qarnında üç yüz otuz əqrəb var. M.F.Axundzadə.
2. Zahidin ibadətlə məşğul olmaq üçün çəkildiyi...

ZAVIYƏNIŞIN (ID - 44532)

is. [ər. zaviyə və fars. ...nişin] 1. köhn. din. Zaviyədə (2-ci mənada) oturub ibadətlə məşğul olan adam; münzəvi.
2. məc. Tənha yerdə oturub dışarı çıxmayan adam haqqında. O, lap zaviyənişin olub.

ZAVİYƏNİŞİNLİK (ID - 44533)

is. 1. köhn. din. 1. Zaviyədə (2-ci mənada) oturub ibadətlə məşğul olma; münzəvilik.
2. məc. Tənha yerdə oturub dışarı çıxmama.

ZAVKOM (ID - 44534)

is. [“zavod komitəsi” nin ixtisarı] köhn. Həmkarlar ittifaqının zavod komitəsi. Zavkom iclası. // dan. Bu komitənin sədri. [Gülbahar:] Yenə bilməyirəm bu zavkom(dan) .. nə istəyirsən. H.Nəzərli. Zavkom mehriban və arxayın ifadə...

ZAVOD (ID - 44535)

[rus.] İri sənaye müəssisəsi. Şəkər zavodu. Metallurgiya zavodu. Şüşə zavodu. Kənd təsərrüfatı maşınları zavodu. Zavod bacası. - Eldarın fikrinə görə, fabrik, zavodlarda və istehsalatda faydalı bir surətdə çalışa bilmək...

ZAVODÇU (ID - 44536)

is. köhn. dan. Zavod sahibi. Bu qədər pul ancaq xozeynlərdə olur, zavodçularda olur. S.M.Qənizadə.

ZAVODÇULUQ (ID - 44537)

is. Zavod işləri ilə məşğul olma, zavod saxlama.

ZAVODYANI (ID - 44538)

sif Zavodun yanında olan, zavodun ətrafında olan. Zavodyanı sahə. Zavodyanı təsərrüfat.

ZAY (ID - 44539)

[ər. “zaye”dən] Heç, puç; tələf olmuş, korlanmış, puç olmuş, hədər olmuş. Öküzün taydı, işin zaydı. (Ata. sözü). □ Zay eləmək (etmək) - puç etmək, korlayıb heç eləmək. Göndər gəlsin Ələsgərin xələtin; Etmə...

ZAYE (ID - 44540)

[ər.] klas. bax zay. □ Zaye etmək (eyləmək) - b a x zay etmək (eləmək)
(“zay” da). Vəchindəki bənzər ay olar zaye; Verdilər ömrümü, ay olar zaye. M.P.Vaqif. [Molla İbrahimxəlil:] Mən sizə yaxşılıq etməkfikrindəyəm, siz...

ZE (ID - 44541)

“Z” hərfinin və bu hərflə işarə olunan samitin adı.

ZEBR (ID - 44542)

[fr.] zool. Dərisi zolaq-zolaq olan Afrika vəhşi atı.

ZEBÜ (ID - 44543)

is. [fr.] zool. Çiyin sahəsində donqarı olan qaramal növü. Lənkəran sahəsində buynuzlu mal-qaranın xüsusi növü olan zebu bəslənir.

ZEFIR (ID - 44544)

[yun. zerhyros] 1. Eşilmiş, ağardılmış iplikdən toxunmuş zərif pambıq parça növü. 2. Yüngül meyvə pastilası (şirniyyat növü). Şokoladlı zefir.

ZEH (ID - 44545)

is. [fars.] 1. Yay kirişi. Kamanın zehi.
2. Paltar və s.-nin qırağına tikilən qaytan, köbə, haşiyə. Paltarın kənarına zeh tikmək. // Səhifənin ətrafına çəkilən haşiyə, cizgi. Kitabın vərəqinə zeh çəkilir. // Pəncərənin,...

ZEHİN (ID - 44546)

is. [ər.] 1. İnsanda düşünmə, anlama və yaddaş qabiliyyəti; dərrakə, istedad. Bu uşağın yaxşı zehni var. Onun heç zehni yoxdur. - [Ağa Bəşir:] Ağa, maşallah sizin zehninizə və fərasətinizə! M.F.Axundzadə. // Hafizə, yaddaş,...

ZEHİNLİ (ID - 44547)

sif. Yaxşı zehni, yaddaşı, hafizəsi, istedadı olan; dərrakəli, istedadlı. Zehinli tələbə. - Sona .. dərk etmək qabiliyyətinə malik, zehinli bir qız idi. Ə.Əbülhəsən.

ZEHİNLİLİK (ID - 44548)

is. Yaxşı zehni, hafizəsi, istedadı olma.

ZEHİNSİZ (ID - 44549)

sif. Zehni olmayan, qavrayış qabiliyyəti zəif olan; key, küt.

ZEHİNSİZLİK (ID - 44550)

is. 1. Zehinsiz adamın halı; hafizəsizlik, istedadsızlıq; keylik, kütlük.
2. Hafizəsizlik, xatirdə saxlaya bilməmə.

ZEHLİ (ID - 44551)

sif. Zehi olan, kənarında haşiyəsi olan. Zehli kitab. Zehlipəncərə. Zehli divar.

ZEHNİ (ID - 44552)

sif. [ər.] Zehin, ağıl, beyinlə əlaqədar olan. Zehni əmək.

ZEHNİAÇIQ (ID - 44553)

sif. Açıq düşüncəli, aydın fikirli, tez anlayan, çox dərrakəli. Zehniaçıq adam.

ZEHNİAÇIQLIQ (ID - 44554)

is. Düşüncəlilik, dərrakəlilik, tez anlama.

ZEHNİYYƏT (ID - 44555)

is. [ər.] İnsanın öz zehninə görə həyat və varlıq haqqında fikirləri, dünyagörüşü. [Səlim:] Müasir bir adam olmaq üçün yalnız şəklimizi dəyişmək kifayət etməz. Bir az ruhumuzu və zehniyyətimizi də dəyişmək lazım gələcəkdir....

Bu səhifə 99 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla