1
İzahlı lüğət - Z hərfi ilə başlayanlar - H. 8
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

ZƏNGİNLƏŞDİRMƏK (ID - 44756)

f 1. Zəngin etmək, varlandırmaq. Ölkəni zənginləşdirmək.
2. Daha da artırmaq, çoxaltmaq. Öz təcrübəsini zənginləşdirmək. Biliyini zənginləşdirmək. -Ana dilində və farsca yazılmış əsərləri ilə Şəhriyar, .. təravətli...

ZƏNGİNLƏŞMƏ (ID - 44757)

“Zənginləşməkdən f.is.

ZƏNGİNLƏŞMƏK (ID - 44758)

f . 1. Varlanmaq, varlı olmaq, malı, dövləti daha da artmaq.
2. məc. Biliyi, məlumatı artmaq; əqlən, mənən daha da inkişaf etmək; kamilləşmək. Şiraslan öz-özünə cavab verdi: “Bəli, insan təbiəti dərk etməklə, onu dəyişdirməklə...

ZƏNGİNLİK (ID - 44759)

is. 1. Varlılıq, dövlətlilik; böyük sərvətə, dövlətə, mal-mülkə, maddi vəsait və imkanlara malik olma. // Var, dövlət, sərvət, mal və mülk, maddi vəsait və pul bolluğu.
Həşəmət, calal, dəbdəbə, təmtəraq. Bu qəsr...

ZƏNGLİ (ID - 44760)

sif. Zəngi olan. Gəminin zəngli saatı gecə saat 2-ni vururdu.

ZƏNGULƏ (ID - 44761)

is. [fars.] Azərbaycan klassik musiqisində: 12 əsas muğamdan biri. Əsas muğam bunlar idi: üşşaq, nəva, .. zəngulə və hicaz. Ü.Hacıbəyov. // Hər bir xanəndəyə xas olan iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs....

ZƏNGŞƏKİLLİ (ID - 44762)

bax zəngvari.

ZƏNGVARİ (ID - 44763)

sif. Şəkilcə zəngə oxşayan, görünüşcə zəngə bənzəyən.

ZƏNGVURAN (ID - 44764)

is. Zəng çalan adam, kilsədə zəng vuran şəxs; zəngçalan.

ZƏNN (ID - 44765)

is. [ər.] 1. Kafi dəlil üzərində əsaslanmayan ehtimal, güman, qeyri-qəti fikir. Qəzetin olmadı bu həftə əyan; Yüz yerə getdi zənnü fikrü güman. S.Ə.Şirvani. Mənim zənnim ayrı yerə getdi. Mir Cəlal. □ Zənn etmək (eləmək)...

ZƏR1 (ID - 44766)

is. [fars.] klas. 1. Qızıl. Zər ilə olan zor ilə olmaz. (Ata. sözü). Ey mücəssəm duyğu, ey ülvi bəşər; Ey çamırlıq içrə düşmüş safzər. A.Səhhət. Gözəlsən, tərifin düşüb mahala; Zər kəmər yaraşır qaməti-dala. Aşıq...

ZƏR2 (ID - 44767)

is. [fars.] Sümükdən və s.-dən qayrılan altıüzlü, üzərində xallar olan oyun daşı (əsasən nərd oyununda istifadə olunur). [Nüşabə:] Söylə, kimsən, haradansan, ey gənc? Oynayırkən, zər atırsan şeş, pənc. A.Şaiq. Nərd yiyəsi...

ZƏRAVƏND (ID - 44768)

is. [fars.] bot. Düz və sarmaşıq gövdəyə malik ot-bitki (kök və yarpaqlarında olan zəhərli maddələrdən təbabətdə istifadə olunur).

ZƏRB (ID - 44769)

is. [ər.] 1. Vurma, vuruş, zərbə. Zərbənin gücü, şiddəti. Ağac zərbi. - Zərb zəyərəkdən yağ çıxardar. (Ata. sözü). ..El bir olsa, zərbi kərən sındırar.. Aşıq Abbas. Vəzn, xüsusilə zərb ilə çalınan musiqi əsərlərində...

ZƏRBAF (ID - 44770)

is. [fars.] 1. Bafta, güləbətin, zərli parça toxuyan usta.
2. Qızıl və ya güləbətinlə qarışıq parça, habelə bu parçadan tikilmiş paltar. Alaydım yaşmağın, açıb kəmərin; Çıxarıb əynindən zərbafın, zərin. M.P.Vaqif....

ZƏRBAFLI (ID - 44771)

sif. Zərbafdan biçilmiş, zərbafdan tikilmiş; qızıl və ya güləbətinlə işlənmiş, zərlə sırmalı. Tərifli gözəllər gəlhagəl oldu; Yaşıllı, zərbaflı, allı sənəm, gəl! Xəstə Qasım.

ZƏRBDƏST (ID - 44772)

is. [ər. zərb və fars. dəst] 1. Qol gücü, qüvvət. Onun zərbdəstindən qolum ağrıdı.
2. məc. Hünər, güc, bacarıq. Tutub kəmərindən çalanda yerə; Mənim zərbdəstim bilə pəhləvan! “Koroğlu” .

ZƏRBƏ (ID - 44773)

is. [ər.] 1. Qolaylayaraq bir şeylə şiddətlə vurma; vuruş. Yumruq zərbəsi. Balta zərbəsi. Zərbə səsi. □ Zərbə endirmək (çalmaq, vurmaq) - 1) bir şeylə bərk vurmaq. Bizləri osmanlı, alman, rus gətirdi, heyrətə; Zərbə vurdu...

ZƏRBƏÇİ (ID - 44774)

sif. köhn. Zərbəçiliklə əlaqədar olan; qabaqcıl. Zərbəçi fəhlələr. Zərbəçi briqada. // Is. mənasında. istehsalat zərbəçiləri. Zərbəçilər toplanışı. - [Qurban Fatmanisəyə:] ..Sən də oxuyarsan, onlar kimi savadlanarsan,...

ZƏRBƏÇİLİK (ID - 44775)

is. Zərbəçilərin kütləvi hərəkatı.

ZƏRBƏFT (ID - 44776)

klas. bax zərbaf 2-ci mənada. Yeri abı zərbəftdən ki, misl və bərabəri bu vaxtadək Lənkəranda görülməmiş ola. M.F.Axundzadə.

ZƏRBƏLİ1 (ID - 44777)

sif. mus. Zərb ilə çalman, vurmaqla çalman. Zərbəli musiqi aləti. Nağara zərbəli musiqi alətidir.

ZƏRBƏLİ2 (ID - 44778)

sif. 1. Bax zərbəçi.
2. Çox mühüm və təxirəsalınmaz. Zərbəli tapşırıq.

ZƏRBƏT (ID - 44779)

is. [ər. “zərbat”dan - zərbələr] köhn. Zərbə, yara. Vurursan sineyi-mollaya zərbət zərbət üstündən. Ə.Nəzmi.

ZƏRBXANƏ (ID - 44780)

is. [ər. zərb və fars. ...xanə] Metal pul kəsilən yer, rəsmi müəssisə.

ZƏRBİ-DƏST (ID - 44781)

bax zərbdəst. [Əsgər bəy:] Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən.. M.F.Axundzadə.

ZƏRBİ-MƏSƏL (ID - 44782)

is. [ər.] Məsəl kimi söylənilən məşhur söz, xalq ifadəsi, atalar sözü. [Hacı:] Nə qədər timsal və zərbi-məsəllər eşitsəniz, uşaqlarınıza deyin, dəftərlərinə yazsınlar. Qantəmir. □ Zərbi-məsəl olmaq dillərdə məsəl...

ZƏRBLİ (ID - 44783)

bax zərbəli1. Zərbli musiqi alətləri.

ZƏRBÜLMƏSƏL (ID - 44784)

[ər.] bax zərbi-məsəl.
Hər zərbülməsəlin öz tarixi var; Yersiz söz deməyib bizim babalar! H.Hüseynzadə.

ZƏRD1 (ID - 44785)

sif. [fars.] klas. Sarı. Əşkimi, çöhreyi-zərdimi görüb meyl etməz; Mən eşitmişdim, edər simü zər insanı əziz. Q.Zakir.

ZƏRD2 (ID - 44786)

is. Sarıköynəyin məhəlli adı.

ZƏRDAB (ID - 44787)

is. [fars.] 1. Süd çürüdükdə, qatıq qaldıqda hasil olan sarı, quru, turştəhər maye, su.
biol. tib. Laxtalanmış qan və limfanın duru çöküntüsü (təbabətdə dərman və diaqnostik vasitə kimi istifadə olunur). Difteriyaya qarşı...

ZƏRDALI (ID - 44788)

is. [fars.] Sarı ərik, qaysı (ağacı
və meyvəsi).

ZƏRDƏ (ID - 44789)

is. məh. Yerkökü.

ZƏRDƏPƏR (ID - 44790)

is. zool. İri üzgəcli balıq.

ZƏRDÜŞTİ (ID - 44791)

sif. [fars. əfsanəvi şəxsiyyət olan Zərdüştün adından] Zərdüştlüyə aid, zərdüşt dininə mənsub olan; atəşpərəst. // İs. mənasında. Xüsusilə mənim xoşuma gələn Tahirin zərdüştilərlə rəftarı hekayəsidir. M.F.Axundzadə....

ZƏRDÜŞTİLİK, ZƏRDÜŞTLÜK (ID - 44792)

is. Qədim Azərbaycan, İran və Orta Asiya xalqlarının dini (zərdüştlüyün ən səciyyəvi xüsusiyyəti dünyada iki qüvvənin - xeyir ilə şərin həmişə bir-biri ilə mübarizədə olduğu təsəvvürümdən ibarətdir).

ZƏRƏDİN (ID - 44793)

is. xüs. Məftil və s.-ni kəsmək, habelə qızmış dəmiri tutmaq üçün kəlbətin.

ZƏRƏFŞAN (ID - 44794)

sif. [fars.] klas. şair. Qızıl səpən, qızıl saçan. Tamaşana gəlsin, Rum ilə Misir; Zərəfşan tellərin dörd yana əsir. Aşıq Sərvinaz. Min də desə dürri-zərəfşandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! M.Ə.Sabir. Neçin...

ZƏRƏNDAZ (ID - 44795)

is. [fars.] köhn. Keçmişdə taxçalardan asılan iki qıçalı (şalvara bənzər) zərxara, güllü, xırda bürünc pullarla bəzəkli pərdə.

ZƏRƏR (ID - 44796)

is. [ər.] Ziyan. Bunun xeyri var ki, zərəri yoxdur; Gülməli insanlar həyatda çoxdur. S.Vurğun. □ Zərər çəkmək - zərər etmək, maddi itki vermək, zərərə məruz qalmaq. [Kosaoğlu:] Allah ömrünü uzun eləsin, Qurban qağa, sən olan...

ZƏRƏRDİDƏ (ID - 44797)

sif. [ər. zərər və fars. ...didə] Bir hadisə, fəlakət və s. nəticəsində zərər çəkmiş, ziyan görmüş, xəsarət görmüş. Zərərdidə adam. Zərərdidə ölkə. - Malı gedənlər və zərərdidə (z.) olanlar qorxudan baş komandanın...

ZƏRƏRLİ (ID - 44798)

sif. 1. Zərəri toxuna bilən, zərər verən, ziyanlı, müzür. Zərərli fikirlər. Zərərli həşərat. Papiros səhhət üçün zərərlidir. - [Alp Arslan:] Mən paytaxtı zərərli ünsürlərdən təmizlədiyim zaman, Qətibəni də oğlunun...

ZƏRƏRLİLİK (ID - 44799)

is. Zərərli şeyin xassəsi, keyfiyyəti.

ZƏRƏRSİZ (ID - 44800)

sif. Zərəri toxunmayan, zərəri olmayan; ziyansız. Zərərsiz dərman. Zərərsiz adam. - Şeyx, o bir möhtərəm, zərərsiz adam; Həm müsafir, qəribü aciz adam. H.Cavid. Molla Xəlil axırda bu fikrə gəlmişdi ki, müəllimlə dost olsun....

ZƏRƏRSİZLƏŞDİRİLMƏ (ID - 44801)

“Zərərsizləşdirilmək”dən f.is.

ZƏRƏRSİZLƏŞDİRİLMƏK (ID - 44802)

məc. Zərərsiz hala salınmaq. Torpaq vasitəsilə, ən birinci olaraq, yanğın qonşu evlər üçün zərərsizləşdirilirdi. Ə.Əbülhəsən.

ZƏRƏRSİZLƏŞDİRİLMİŞ (ID - 44803)

f sif Zərərsiz hala gətirilmiş. Zərərsizləşdirilmiş mina.

ZƏRƏRSİZLƏŞDİRMƏ (ID - 44804)

“Zərərsizləşdirməkdən f.is.

ZƏRƏRSİZLƏŞDİRMƏK (ID - 44805)

f Zərərsiz hala gətirmək, zərər vermək imkanından məhrum etmək. Istehkamçılar minaları tapıb zərərsizləşdirdikcə, minaların qaytanlarını doğradıqca elə bil qaranlıq gecə haraya isə qaçmaq istəyirdi. Ə.Vəliyev.

Bu səhifə 189 dəfə baxılıb

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif