1
İzahlı lüğət - Z hərfi ilə başlayanlar - H. 15
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

ZİVƏR (ID - 45106)

is. [fars.] klas. Zinət, bəzək, süs. Qəribə-qəribə zinət və zivərləri şaha göstərirdilər. M.F.Axundzadə. Yaraşdırdı məşşatələr zivəri; Bəzəndirdilər ol mələkmənzəri. M.Ə.Sabir. Neçə məktəblərimiz var, neçə cəmiyyətimiz;...

ZİYA (ID - 45107)

is. [ər.] İşıq, aydınlıq, nur. Mən onun dərdinə oldum mübtəla; Şəmi-xəyalıma o verir ziya. M.P.Vaqif. Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı. A.Səhhət. Qaramtıl bir bulud parçası qüruba əyilən...

ZİYAD1 (ID - 45108)

zərf [ər.] klas. Çox, artıq. Kirvə Məhəmmədxan bəy! Dövlətin ziyad; Həm evin abad, sümüyün polad. Aşıq Piri. □ Ziyad etmək (eyləmək) - artırmaq. Çərxi-fələk zülmü ziyad eləmiş; Hicran məni gündə döyər, ağlaram. M.V.Vidadi....

ZİYAD2 (ID - 45109)

is. Kütüm balığının xalq arasında işlənən adı.

ZİYADAR (ID - 45110)

sif [ər. ziya və fars. ...dar] klas. Işıqlı, nurlu. Əsarət bərqi xurşidi-ziyadarınla məhv oldu. M.Hadi. [Xarrat:] Bizim Fransada, məsələn, ev heyvanlarının cins və növünün yaxşılaşması üçün bir çox cəmiyyətlər təsis olunmuş...

ZİYADƏ (ID - 45111)

zərf [ər.] 1. Çox, artıq, çoxlu. Dağdan endim piyada; Dərdim vardır ziyada; Biz xəlvətdə görüşdük; Aləmə düşdü səda. (Bayatı). [Müsyö Jordan:] Bir il çəkər gedib gəlməyi, ziyadə çəkməz. M.F.Axundzadə. imtahan ilə bilinib...

ZİYADƏLƏNDİRMƏ (ID - 45112)

“Ziyadələndirmək”dən f.is.

ZİYADƏLƏNDİRMƏK (ID - 45113)

bax ziyadələşdirmək.

ZİYADƏLƏNMƏ (ID - 45114)

“Ziyadələnmək”dən f.is.

ZİYADƏLƏNMƏK (ID - 45115)

f Ziyadə olmaq, çoxalmaq, artmaq, bollanmaq. Atlı piyadalandı; Dərdi ziyadələndi.. (Bayatı). Şahın vəhşəti qayətdə ziyadələnməyə başladı. M.F.Axundzadə.

ZİYADƏLƏŞDİRMƏ (ID - 45116)

“Ziyadələşdirmək”dən f.is.

ZİYADƏLƏŞDİRMƏK (ID - 45117)

f. Artırmaq, çoxaltmaq, daha da artırmaq, bollaşdırmaq.

ZİYADƏLƏŞMƏ (ID - 45118)

“Ziyadələşmək”dən f.is.

ZİYADƏLƏŞMƏK (ID - 45119)

f . Artmaq, çoxalmaq, daha da artmaq, bollaşmaq. [Nadir bəy:] insanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid. içərisində yaşadığımız iyirminci...

ZİYADƏSİNCƏ (ID - 45120)

zərfArtıqlaması ilə, çoxlu. Səkinə oğlunun qeyrət və hümmətini görüb ziyadəsincə şad idi. “Məktəb” .

ZİYAFƏT (ID - 45121)

is. [ər.] Təntənəli qonaqlıq. Qazax bəylərindən qonağı gəldi; Bir həftə ziyafət göyə yüksəldi. Aşıq Ələsgər. Xüsusən bu vaxt ziyafətdə iştirak edən ziyalı xanımların gözləri dolmuşdu. S.Rəhimov. Bayırda qoparır toplar...

ZİYALANDIRILMA (ID - 45122)

“Ziyalandırılmaq”dan f.is.

ZİYALANDIRILMAQ (ID - 45123)

məch. 1. İşıqlandırılmaq, nurlandırılmaq.
2. məc. Maarifləndirilmək.

ZİYALANDIRMA (ID - 45124)

“Ziyalandırmaq”dan f.is.

ZİYALANDIRMAQ (ID - 45125)

f 1. İşıqlandırmaq, nurlandırmaq. Milləti ayıldan və onun ruhani və cismani qüvvələrini hərəkətə gətirən, qəlbini ziyalandırıb, ruhunu təzələndirən gözəl və ali fikirlər, hüsni-tədbirlər, doğru və salamat sözlər və...

ZİYALANMA (ID - 45126)

“Ziyalanmaq”dan f.is.

ZİYALANMAQ (ID - 45127)

f . 1. İşıqlanmaq, nurlanmaq. Günəş çıxdı, ziyalandı yer üzü; Cilalandı səfalandı yer üzü. A.Səhhət. Ziyalanır bütün evlər, cahan olur rövşən. H.Cavid.
2. məc. Maariflənmək. Elm ilə ziyalanar bu millət; Qalxar bu təəssübü...

ZİYALI (ID - 45128)

1. is. Elm, texnika, mədəniyyət sahəsində təhsilə və xüsusi biliyə malik olan və əqli əməklə məşğul olan adam. Hər kəndin özünə görə ziyalıları var... Ə.Sadıq. Heç zaman ziyalı sayıla bilməz; Özgənin dərdini yaşamayan...

ZİYALILAŞMA (ID - 45129)

“Ziyalılaşmaq”dan f.is.

ZİYALILAŞMAQ (ID - 45130)

f. Ziyalı olmaq, mədəni olmaq, mədəniləşmək. Kənd məktəbində dərs deyirdi, fikrən də Mirzə Kərim ziyalılaşmışdı. Cabbarlı.

ZİYALILIQ (ID - 45131)

is. Mədənilik, fikri-açıqlıq.

ZİYAN (ID - 45132)

is. [fars.] Zərər. Ziyan vermək. Ziyan vurmaq. Ziyan dəymək. Ziyana düşmək. Ziyan gətirmək. Ziyan görmək. Ziyan toxunmaq. Ziyan çəkmək. - Ziyanın yarısından qayıtmaq da qazancdır. (Ata. sözü). Neyçün özünə ziyan edirsən? Yaxşı...

ZİYANÇI (ID - 45133)

is. və sif. Cinayət məqsədi ilə xalqa, dövlətə ziyan vuran, pislik edən (adam); ziyankar. // Zərərli, zərərverən. Daha səni çəkməyəcəm; Ziyançısan, ay papiros. Aşıq Əziz.

ZİYANÇILIQ (ID - 45134)

is. Ziyançının gördüyü cinayət işi; cinayət məqsədi ilə xalqa, dövlətə ziyan vurma, pislik etmək məqsədi ilə görülən iş. [Zinyət:] Bu, ziyançılıqdan başqa bir şey deyildir. S.Rəhman.

ZİYANXOR (ID - 45135)

[fars.] bax ziyankar. Siçan ziyanxor heyvandır.

ZİYANXORLUQ (ID - 45136)

bax ziyankarlıq.

ZİYANKAR (ID - 45137)

sif. [fars.] Ziyan verən, ziyan toxunduran, ziyançı, zərərverən; ziyan və zərərə səbəb olan, müzür. [Kərim baba:] Baxın o, ilan quyruğu kimi qara buludu görürsünüzmü? Çox ziyankar buluddur. A.Şaiq. // İs. mənasında. Gözə...

ZİYANKARLIQ (ID - 45138)

bax ziyançılıq.

ZİYANLI (ID - 45139)

bax zərərli. Acıqlı qalxan, ziyanlı oturar. (Ata. sözü). Mən onun qəsdən ziyanlı bir addım atdığına inanmıram. M.Hüseyn.

ZİYANLIQ (ID - 45140)

is. Zərər, itki, tələfat, xəsarət, zərər. Zəf eylədi aciz məni, qaldım əməlimdən; Çəkdim nə ziyanlıq. M.Ə.Sabir. [Qurbanəli:] ..O ki qaldı qoyuna, keçiyə, onlardan da bir balaca ziyanlıq olub. N.Vəzirov. [Həsən:] Özüm də...

ZİYANLILIQ (ID - 45141)

bax zərərlilik.

ZİYANSIZ (ID - 45142)

1. sif. bax zərərsiz. Ziyansız dərman. Ziyansız adam.
2. zərf Heç bir zərərə, ziyana uğramadan; xətərsiz, xəsarətsiz, sağ-salamat. Atılan oxlardan çıx gəl ziyansız; Namü nişanına qurban olduğum. Ə.Cavad.

ZİYANSIZLIQ (ID - 45143)

bax zərərsizlik.

ZİYANYERƏN (ID - 45144)

sif. Zərər gətirən, zərərverici. Abşeronda çoxdan kökü kəsilmiş canavar, tülkü, çaqqal kimi ziyanverən heyvanlar haradansa peyda olub. M.Rzaquluzadə.

ZİYANVERİCİ (ID - 45145)

bax zərərverici. Ziyanvericilərlə mübarizə.

ZİYARƏT (ID - 45146)

is. [ər.] köhn. Hörmət əlaməti olaraq birini görməyə, biri ilə görüşməyə gəlmə; görüşə gəlmə; vizit. Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötrü. M.F.Axundzadə....

ZİYARƏTÇİ (ID - 45147)

is. Ziyarət edən adam, ziyarətə gedən (gələn) adam. Qayıdan ziyarətçilər qəsəbədə qalanlardan əhvalatı təfərrüatı ilə öyrənmək istəyirlər. Ə.Əbülhəsən. // sif məc. Köçəri mənasında. Qasımabadın çiçəkli tarlalarının...

ZİYARƏTÇİLİK (ID - 45148)

is. Ziyarət işi, ziyarət etmə.

ZİYARƏTGAH (ID - 45149)

is. [ər. ziyarət və fars. ...gah] Ziyarət yeri, ziyarət üçün gedilən yer. [Şeyx Kəbir:] Qapılıb hissə olmasan gümrah; Olacaq məqbərin ziyarətgah. H.Cavid. Bakının ətrafındakı kəndlərin bir qismində bir çox pirlər, ocaqlar,...

ZİYİL (ID - 45150)

is. Dərinin üstündə əmələ gələn müxtəlif böyüklükdə düyüncüklər. □ Ziyil tökmək - çoxlu ziyil əmələ gəlmək, ziyillə örtülmək. [Həmzə dedi:] O, necə deyərlər, qurbağalı gölməçələrdən su içməkdən dodaqlarım...

ZİYİLCİK (ID - 45151)

is. Xırda, kiçik ziyil.

ZİYİLDƏMƏ (ID - 45152)

“Ziyildəmək”dən f.is.

ZİYİLDƏMƏK (ID - 45153)

f Üşümək, soyuqdan titrəmək, tir-tir əsmək.

ZİYİLLİ (ID - 45154)

sif. Ziyili olan, ziyillə örtülü olan. Ziyilli qurbağa. Ziyilli əl.

ZİYİLLİLİK (ID - 45155)

is. Ziyilli olma, ziyil çıxarma, ziyillə örtülü olma.

Bu səhifə 183 dəfə baxılıb

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif