İzahlı lüğət

ZIQQILDAMAQ (ID - 44906)

f . Zarımaq, inildəmək, sızıldamaq, zarıldamaq. Kosa qocalıb əldən düşmüş xəstə qarı kimi zıqqıldadı. S.Rəhimov. ..Məmmədhüseynin arxası yerə dəyəndə çox yemiş ayı kimi zıqqıldadı və qışqırdı. Mir Cəlal.

ZIQQILTI (ID - 44907)

is. Zıqqıldama səsi, inilti, zarıltı.

ZIQQINMAQ (ID - 44908)

bax zıqqanmaq.
zıqqına-zıqqına bax zıqqana-zıqqana.
Bir uşaq da mollanın qabağında diz çöküb, zıqqına-zıqqına dərs oxuyurdu. P.Makulu.

ZILĞA (ID - 44909)

is. məh. 1. Quşun yeni yumurtadan çıxmış tüksüz balası; ətcəbala. Gözünün önündə qara, boz ilan; Girib yuvasına, edərdi talan; Körpə balaları udardı diri; Qalmazdı salamat zılğanın biri. H.K.Sanılı. Onun dişsiz ağzı zılğa...

ZILX (ID - 44910)

is. məh. Çuğundur.

ZILXA (ID - 44911)

zərf məh. Tamamilə, bütün, başdan-başa, səlt. Bu ət zılxa yağdır.

ZILIQ (ID - 44912)

is. məh. Gözdən, ağızdan, burundan axan selik.
□□ Gözünün zılığını axıtmaq - bax göz.
[Hacı Atakişi Tamaşaya:] Nə olub, yenə gözünün zılığını axıdırsan? Ə.Abasov.

ZILIQLI (ID - 44913)

sif. məh. Zılığı olan, zılıq axan.

ZIMIRTLAQ (ID - 44914)

is. məh. Zığ, bataqlıq yer; yaş peyin tökülmüş yer.

ZINBA (ID - 44915)

is. Deşik açmaq üçün əl aləti; deşikaçan.

ZINDIQ (ID - 44916)

is. [ər.] Əsil mənası zərdüşti (kafir, dinsiz) olub, canlı dildə söyüş məqamında işlənir. [Əhməd:] ..Bu zındıq oğlu zındıqdır ki, ondan bir tük də çəkmək olmayır. N.Vəzirov.

ZINQ1 (ID - 44917)

is. Quş ifrazatı, quş təzəyi. Toyuq zınq atdı.
ZINQ2, ZINQ-ZINQ təql. Zəngin, qumrovun çıxardığı səs.

ZINQILDAMA (ID - 44918)

“Zmqıldamaq”dan f.is.

ZINQILDAMAQ (ID - 44919)

f . İncə zəng səsi çıxarmaq. Qumrov zınqıldadı. - Ağatlı fayton tərpəndi, zınqıldaya-zınqıldaya (z.) səs saldı. S.Rəhimov.

ZINQILDATMA (ID - 44920)

“Zmqıldatmaq”dan f.is.

ZINQILDATMAQ (ID - 44921)

bax zanqıldatmaq.

ZINQILTI (ID - 44922)

is. Zəngin çıxardığı səs, incə zəng səsi. Eşitdilər birdən yeni zınqıltı; Faytonçular çox bərk qovurdu atı. H.K.Sanılı. Telefon zınqıltısı növbətçi həkim otağını doldurdu. S.Rəhimov.

ZINQIROV (ID - 44923)

is. Heyvanların boynuna, dəfin sağanağına taxılan xırda zəng, qumrov. Tək çalınan zınqırovlar uzun-uzun guvuldar; Usandıran bir səs ilə vıyıldar. A.Səhhət. Yeridikcə dəvələr səslənən zınqırovlar; Əruzun ahəngini xatırladır...

ZINQIROVLU (ID - 44924)

sif. Zınqırov asılmış, zınqırovu olan. Zınqırovlu keçi. Zınqırovlu dəvə. Zınqırovlu dəf. - Budur iki fayton gəlir, ikisi də zınqırovlu. C.Məmmədquluzadə. Çoxdan bəri zınqırovlu fayton görməmiş uşaqlar, ..məktəbin yanından...

ZINQIROVOTU (ID - 44925)

bot. bax zəngçiçəyi.

ZIPPILTI (ID - 44926)

is. dan. Bir şey yuxarıdan düşdükdə, yaxud bir yerə dəydikdə çıxan səs.

ZIRAN (ID - 44927)

is. Oyunda axırıncı; uduzmuş partnyor.

ZIRI(Q) (ID - 44928)

sif. və is. vulq. 1. Çox yekə və yöndəmsiz, yekəpər.
2. Qanmaz, anlamaz, qaba, kobud adam.

ZIRILDAMA (ID - 44929)

“Zırıldamaq”dan f.is.

ZIRILDAMAQ (ID - 44930)

f . dan. Zır-zır etmək, usandırıcı bir səslə ağlamaq. [Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb zırıldama? B.Talıblı. // məc. Xoşa gəlməyən bir səslə ağlarcasına oxumaq....

ZIRILDATMA (ID - 44931)

“Zırıldatmaq”dan f.is.

ZIRILDATMAQ (ID - 44932)

icb. dan. Zırıldamağa məcbur etmək, zırıldamasına (ağlamasına) səbəb olmaq; ağlatmaq.

ZIRILTI (ID - 44933)

is. dan. 1. Zırıldama, zır-zır ağlama. Zırıltı səsi.
2. Səs-küy, mərəkə, həngamə, dava-qalmaqal, dava-dalaş, araqarışma. Zırıltı qopmaq. - Mən də çıxıb bir yana gedərəm, beləliklə də, bu zırıltı yatıb qurtarar. M.S.Ordubadi....

ZIRINQ (ID - 44934)

təql. Zəngin çıxardığı səs.

ZIRINQAZIRINQ (ID - 44935)

zərf Zınqıldaya-zınqıldaya, zəng kimi zınqıldayaraq, səs sala-sala. ..Fayton .. zırınqazırınqla hərəkət edirdi. S.Rəhimov.

ZIRINPA (ID - 44936)

is. məh. Zır-zır ağlama, zırıldama. ..Cəfərə baxıb Yusif də onun kimi başladı zırınpanı. C.Məmmədquluzadə.

ZIRNI, ZIRNIX (ID - 44937)

is. [ər. zimiq] Bədəndə olan artıq tükləri aparmaq üçün işlədilən maddə (arsenlə kükürd xəlitəsi).

ZIRPI (ID - 44938)

sif və is. vulq. 1. Çox yekə, çox böyük, yekəpər, yöndəmsizcəsinə iri. Şah Dəşküvar baxırdı, gördü ki, bu pəlvan elə zırpı pəlvandı ki, qabağında dağ dayanmaz. (Nağıl). [Gileygüzarov:] Mən boyda zırpı ədibi burada qoyub,...

ZIRPILAŞMA (ID - 44939)

“Zırpılaşmaq”dan f.is.

ZIRPILAŞMAQ (ID - 44940)

f . vulq. Çox yekələşmək, çox qabalaşmaq, yöndəmsizcəsinə iriləşmək.

ZIRPILIQ (ID - 44941)

is. vulq. Yöndəmsizcə yekəlik, irilik, böyüklük, yekəpərlik. Zırpılığına baxma, gücü yoxdur.

ZIRPILTI (ID - 44942)

bax zıppıltı.

ZIRRAMA (ID - 44943)

is. və sif. Gic, sarsaq, ağıldan kəm; sözünü, hərəkətini bilməyən, zırı. Axırından şey çıxmadı, zırramanın biri idi. R.Rza. Nə qədər ki, bu zırramanın əlində imkan var, çalış, ondan istifadə et, özün isə gözdəqulaqda...

ZIRYAN (ID - 44944)

is. Komi xalqının köhnə adı.

ZIR-ZIR (ID - 44945)

1. təql. dan. Usandırıcı uşaq ağlaması səsi. □ Zır-zır eləmək - bax zır-zır zırıldamaq. Zır-zır zırıldamaq - zırıltı ilə ağlamaq; daim ağlamaq.
2. sif. Ağlayan. Zır-zır uşaq.

ZIVINCA (ID - 44946)

is. məh. Qolsuz isti qadın tənliyi (candonusu). Qumrunun anasından bir yadigar var idi: məxmər zıvınca. Mir Cəlal.

ZİBA (ID - 44947)

sif. [fars.] klas. 1. Bəzəkli, zinətli, yaraşıqlı, qəşəng. Ziba nimtənəli, tikmə köynəkli; Gözləri qəmzəli, qallı sənəm, gəl! Xəstə Qasım.
2. Gözəl, göyçək. Surəti ziba sənəmlər yox demən bütxanədə; Var çox, əmma...

ZİBALANMAQ (ID - 44948)

f. Gözəlləşmək, qəşəngləşmək, daha da gözəl və qəşəng olmaq. Ala gözlər nərgisi-məstanə tək şəhlalənir; Elə ki süzgünləşir, yüz mərtəbə zibalənir. M.P.Vaqif.

ZİBALIQ (ID - 44949)

is. Gözəllik, yaraşıqlılıq, qəşənglik. Səni bu zibalıqda; Görməyən göz gözdümü? Sarı Aşıq. Mələkdə belə hüsn olmaz, pəridə belə zibalıq; Nə gülşəndə gülü lalə, nə gərdundə məhü əxtər. Aciz.

ZİBƏS (ID - 44950)

zərf [fars.] klas. (bəzən “ki” bağlayıcısı ilə). Kifayət qədər, qədərincə. Zibəs ki müntəzirəm ayaq sədasından; Təsəvvür eyləyirəm, bəlkə nazlı yar gəlir. S.Ə.Şirvani. Zibəs çoxdan bəri şövqündə idim mən bu...

ZİBİL (ID - 44951)

is. 1. Evlərdə, küçələrdə və s.-də yığılaraq onları zibilləndirən tör-töküntü, tullantı. Evin zibilini süpürüb atmaq. - Bizim Cəfərin anası ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı... C.Məmmədquluzadə....

ZİBİLATAN (ID - 44952)

is. xüs. Yığılmış zibili kənar etmək üçün qurğu, mexanizm və s.; zibildaşıyan.

ZİBİLÇİ (ID - 44953)

is. Həyətlərin, küçələrin zibilini maşın və ya araba ilə daşıyıb aparan işçi.

ZİBİLÇİLİK (ID - 44954)

is. Zibilçinin işi, peşəsi.

ZİBİLDAŞIYAN (ID - 44955)

sif Həyətlərdə, küçələrdə yığılmış zibili daşıyıb aparan. Zibildaşıyan maşın.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed