İzahlı lüğət

ZÜMRÜDGÖZLÜ (ID - 45306)

sif. şair. Yaşılgözlü, gözləri yaşıl.

ZÜMRÜDÜ (ID - 45307)

sif. Zümrüd kimi, zümrüd rəngində, yamyaşıl.

ZÜMZÜMƏ (ID - 45308)

is. [ər.] Ahəstə səslə, pəsdən, özü üçün oxuma, dodaqaltı oxuma. Eşitdim cavanların şirin zümzüməsini; Dinlədim layla deyən anaların səsini. Ə.Cəmil. Ötüşən quşların civiltili nəğməsi, büllur suların şirin zümzüməsi,...

ZÜMZÜMƏLƏMƏK (ID - 45309)

f Zümzümə etmək, dodaqaltı oxumaq, nəğmə oxumaq. // Məc. mənada. Dağlardan əsən meh əbasını yellədikcə xoşlanır, dodağının altında zümzümələyirdi. S.Rəhman.

ZÜMZÜMƏLİ (ID - 45310)

sif. Zümzümə ilə oxuyan; təranəli, ahəngli. Çalxanır dəryalar, çığırışır qazlar; Zəm-zəm zümzüməli göllərin, dağlar! Aşıq Ələsgər. ..Səhərə qədər çayın və bulaqların zümzüməli suları baş alıb hara isə gedir....

ZÜNNAR (ID - 45311)

is. [ər.] Xristian keşişlərinin ibadət zamanı bellərinə bağladıqları ucları aşağı sallanan sərt qurşaq (klassik şeirdə xristianlıq rəmzi kimi işlənmişdir). □ Zünnar bağlamaq klas. - müsəlmanlıqdan dönmək, xaçpərəst...

ZÜRAFƏ (ID - 45312)

is. [ər.] zool. Boynu çox uzun və qabaq ayaqları dal ayaqlarından uzun, gövşək Afrika heyvanı. Zürafə boynuna bənzərdi boynu; Məğrur, ədalı bir duruşu vardı. H.Cavid. Hacının gözünə görünmək istəyən yüzlərcə yaltaq ziyalılar...

ZÜRRİYYƏT (ID - 45313)

is. [ər.] klas. Övlad, nəsil, soy. [Şah:] Məndən sonra mal-dövlətimə .. sahib olacaq bir zürriyyətim yoxdur. “Lətif şah” . [Səlim bəy:] ..Mirzənin, budur, saqqalı düşüb qurşağına, amma zürriyyəti yoxdur. Ə.Haqverdiyev.

ZÜYÜLDƏMƏ (ID - 45314)

“Züvüldəmək”dən f.is.

ZÜVÜLDƏMƏK (ID - 45315)

bax züyüldəmək2.

ZÜYYAR (ID - 45316)

bax zəvvar. Züvvarları gözləyənlər gözlərini haman tüstü tərəfə tutub, səbirsiz gözləməkdə və söhbət etməkdə idilər. T.Ş.Simurq. Yaxşı, a kişi, axır sabah-biri gün züvvarlar çıxırlar. C.Məmmədquluzadə.

ZÜY1 (ID - 45317)

is. Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə. □ Zü(y) tutmaq (getmək) - 1) çalınan havanı təkrar etmək, səsi onun ahənginə uyğunlaşdırmaq (nəfəslə...

ZÜY2 (ID - 45318)

is. 1. Sürüşmək üçün buz meydança.
2. Xizək ilə buz meydançada sürüşmə. Züy getmək (buz üzərində sürüşmək).

ZÜYÇÜ (ID - 45319)

is. Zumaçalanın yanında züy tutan çalğıçı. Züyçü züy tutar, zurnaçı zurna çalar. (Ata. sözü).

ZÜYÇÜLÜK (ID - 45320)

is. 1. Züyçünün işi, peşəsi.
2. məc. Öz fikri olmayıb başqasının fikrini, sözlərini təkrar və ya müdafiə etmə.

ZÜYTUTAN (ID - 45321)

bax züyçü.

ZÜYÜLDƏMƏ1 (ID - 45322)

“Züyüldəmək1”dən f.is.

ZÜYÜLDƏMƏ2 (ID - 45323)

“Züyüldəmək2”dən f.is.

ZÜYÜLDƏMƏK1 (ID - 45324)

f. dan. Sürüşmək. Lotu dinməz-söyləməz minbərdən züyüldüyüb düşür yerə. C.Məmmədquluzadə. [Dərviş:] Ruqiyyə ilan kimi iki qolumun arasından züyüldəyib çıxdı. A.Divanbəyoğlu.

ZÜYÜLDƏMƏK2 (ID - 45325)

f. Züyültü səsi çıxarmaq, ağlamaq, inləmək.

ZÜYÜLDƏTMƏ (ID - 45326)

“Züyüldətmək”dən f.is.

ZÜYÜLDƏTMƏK (ID - 45327)

icb. Ağlatmaq, züyüldəməsinə səbəb olmaq.

ZÜYÜLTÜ (ID - 45328)

is. 1. Züyüldəmək işi, körpə uşağın ağlamaq səsi, ağlaması. // İnilti.
2. İti gedən, sürüşən şeyin çıxardığı səs; vıyıltı. Minalar züyültü ilə süzüb gələrək sağda-solda partlayır, .. güllələr cır arılar...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed