1
İzahlı lüğət - Z hərfi ilə başlayanlar - H. 17
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

ZOOGİGİYENA (ID - 45206)

[yun. zoon və hygieinos şəfaverici] Heyvanların sağlamlığını qoruma şəraiti və tədbirləri haqqında elm.

ZOOGİGİYENIK (ID - 45207)

sif. [yun.] Zoogigiyenaya aid olan, zoogigiyena ilə əlaqədar olan. Zoogigiyenik tədbir. Zoogigiyenik qayda.

ZOOLOGİYA (ID - 45208)

[yun. zoon və logos - elm, anlayış] Heyvanlar aləmindən bəhs edən elm.

ZOOLOJİ (ID - 45209)

sif. [yun.] 1. Zoologiyaya aid olan. Zooloji muzey.
2. məc. Heyvani, qaba.

ZOOLOQ (ID - 45210)

[yun.] Zoologiya (heyvandarlıq) mütəxəssisi.

ZOOPARK (ID - 45211)

[yun. zoon və ing. park] Heyvanat parkı, zooloji park. Gah zooparkda gəzirəm səllimi; hər cürə heyvan görürəm, qorxmuram. R.Rza.

ZOOTEXNİK (ID - 45212)

[yun. zoon və techne-dən] Zootexniya mütəxəssisi. Kəndin müəllimləri, kolxozun briqadirləri, zootexniki, aqronomu həmişə üzlərini Səməd Bayramlıya qırxdırırdılar.. M.Hüseyn. Aqronom, baytar, zootexnik, mühəndis, yerölçən yeni...

ZOOTEXNİKA (ID - 45213)

[yun. zoon və techne] Heyvandarlıq elmi; kənd təsərrüfat heyvanlarının yetişdirilməsi, saxlanılması və onlardan düzgün istifadə üsullarından bəhs edən elm.

ZOOTEXNİKİ (ID - 45214)

sif. [yun. zoon və technedən] Zootexnikaya aid olan. Zootexniki laboratoriya. Zootexniki qaydalar.

ZOOTEXNİYA (ID - 45215)

bax zootexnika. Zootexniyada qaramalın bədən quruluşu ilə birlikdə eksteryeri, yəni bədənin xarici görünüşü də öyrənilir. “Qaramal” .

ZOPA (ID - 45216)

is. dan. Dəyənək, kötək. Molla da əlinə bir yekə zopa alıb onu qova-qova çığırır. “M.N.lətif.” [Helmi:] Mən gəlincəyə qədər bunların hər birisinə yüz zopa vurulmasını əmr edərsiniz. M.S.Ordubadi. Mirzə Süleymana zopa...

ZOPALAMA (ID - 45217)

“Zopalamaq”dan f.is.

ZOPALAMAQ (ID - 45218)

f dan. Zopa ilə döymək, kötəkləmək.

ZOPALANMA (ID - 45219)

“Zopalanmaq”dan f.is.

ZOPALANMAQ (ID - 45220)

məch. dan. Zopa ilə döyülmək, kötəklənmək.

ZOPALATMA (ID - 45221)

“Zopalatmaq”dan f.is.

ZOPALATMAQ (ID - 45222)

icb. Zopa ilə döydürmək, kötəklətmək.

ZOPU (ID - 45223)

is. etnoqr. Keçmişdə toylarda cavanların cərgə ilə durub uzun çubuqla oynadıqları bir oyun.

ZOR (ID - 45224)

[fars.] 1. is. Güc. Muzdur anladı ki, çox pulun zoru da çox olurmuş. S.M.Qənizadə. [Mirzə Həsən:] Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Ə.Haqverdiyev. [Harun:] Düşmənin zoru qabağında könül xofeyləməz. Ü.Hacıbəyov....

ZORAKI (ID - 45225)

sif Zor gücü ilə həyata keçirilən, zorla olan, zora istinad edən. Zorakı çevriliş. Zorakı tədbir. Zorakı assimilyasiya.
□□ Zorakı ölüm hüq. - zor nəticəsində baş verən ölüm, qətl (təbii ölüm qarşılığı).

ZORAKILIQ (ID - 45226)

is. 1. Zor tətbiqi, zor işlətmə; zor vasitəsi ilə məcburiyyət. iş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadır, qorxmayın. M.S.Ordubadi. ..Cəbhələrin birisinin bayrağı azadlıq və zəhmət, o birisinin bayrağı zorakılıq...

ZORBA (ID - 45227)

sif. 1. Çox iri, çox yekə, çox böyük. Zorba ayı. Zorba canavar. Zorba ilan. Zorba daş. - Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir. [Nisə xala] pilləkənin altında yatan zorba bir qoyun itinin...

ZORBACA (ID - 45228)

sif. Çox zorba. Canlıcadır, zorbacadır baldırım; Sındıra bilməz məni heç ildırım. M.Ə.Sabir.

ZORBALANMA (ID - 45229)

“Zorbalanmaq”dan f.is.

ZORBALANMAQ (ID - 45230)

f dan. Çox böyümək, zorba olmaq, çox böyüyüb artmaq, yekələnmək, şişmək. Gündə on şahı ilə cümlə ümuri adlanır; Bu vücudin ki, dəmadəm əməli zorbalanır. M.Ə.Sabir.

ZORBALAŞDIRILMA (ID - 45231)

“Zorbalaşdırılmaq”dan f.is.

ZORBALAŞDIRILMAQ (ID - 45232)

məch. Çox böyüdülmək, yekələşdirilmək, iriləşdirilmək.

ZORBALAŞDIRMA (ID - 45233)

“Zorbalaşdırmaq”dan f.is.

ZORBALAŞDIRMAQ (ID - 45234)

f . dan. Zorba hala salmaq, çox böyütmək, çox böyüdüb artırmaq, yekələşdirmək, iriləşdirmək.

ZORBALAŞMA (ID - 45235)

“Zorbalaşmaq”dan f.is.

ZORBALAŞMAQ (ID - 45236)

ZORBALIQ (ID - 45237)

is. dan. 1. Yekəlik, irilik, böyüklük; zorba şeyin halı. Başladı tərifə palıd qamətin; Oydü özün, zorbalığın, halətin. M.Ə.Sabir. Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına deyərdi: - Bu zorbalıqda ayı mənim qamçımın...

ZORBAZOR (ID - 45238)

is. Zalım, zülmkar, qolugüclü, zorakılıq edən, başlı-başınalıq edən adam. Qoymuyublar başımızın üstünü kəsən minlərlə zorbazorların zülmlərindən bəhs edək. Məmmədquluzadə.

ZORBAZORLUQ (ID - 45239)

is. Qolugüclülük, zorakılıq, başlı-başınalıq, qaba qüvvə; haqsızlıq, qanunsuzluq. □ Zorbazorluq etmək - kobudca qüvvə tətbiq etmək, zorakılıq etmək, zor işlətmək, başlı-başınalıq etmək, qol gücü ilə iş görmək.

ZOR-BƏLA (ID - 45240)

zor-bəla ilə - zorla, güclə, çox çətinliklə. Rəşid zor-bəla ilə balığı tutub, vedrəyə qoydu.. M.Süleymanov.

ZOR-GÜC (ID - 45241)

zərf Zorla, güclə, zor-bəla ilə (bəzən “zor-güclə” şəklinlə işlənir). Şah Daşküvar əlacı kəsilib dedi: - Razıyam. Yeddi gün, yeddi gecə toy eləyib, vəzirin qızını zor-güc alıb, verdi Adamzada.. (Nağıl). Kəndlilər...

ZORXANA (ID - 45242)

is. [fars.] köhn. Keçmişdə: ağır idman məşğələləri və yarışları keçirilən yer, bina. Bundan sonra bir ayrısı başlayırdı:
Rəhmətlik xanın mənnən də arası kök idi. Zorxanada işləyəndə xan da bizimlə işləyirdi. Çəmənzəminli....

ZORLAMA (ID - 45243)

1. “Zorlamaq”dan f.is.
2. zərf Zorla, güclə, zor işlədərək.

ZORLAMAQ (ID - 45244)

f 1. Zorla bir işə məcbur etməyə çalışmaq, zora salmaq, zorla boynuna qoymaq. Gülyaz Səmədi, heç olmazsa, rəsmi bir ər kimi istəmək üçün könlünü nə qədər zorlayırdısa da, bir nəticə çıxmırdı. M.Hüseyn. [Nəriman:] Mənim...

ZORLANMA (ID - 45245)

“Zorlanmaq”dan f.is.

ZORLANMAQ (ID - 45246)

1. f. Güclənmək, qüvvətlənmək.
2. “Zorlamaq”dan məch.

ZORLAŞMA (ID - 45247)

“Zorlaşmaq”dan f.is.

ZORLAŞMAQ (ID - 45248)

bax zorlanmaq 1-ci mənada.

ZORLATMA (ID - 45249)

“Zorlatmaq”dan f.is.

ZORLATMAQ (ID - 45250)

icb. Başqasının vasitəsi ilə zorla bir işə məcbur etmək.

ZORLU (ID - 45251)

sif 1. Güclü, qüvvətli. Yaman zorlu adamdır. - Qüvvətli olsan da, yoxsulu döymə; Demə ki, zorluyam, qolum yaxşıdır. Xəstə Qasım. Həmin fələkzadə Məşədi Əsgər qırx yaşında, qısaboylu, amma çox zorlu bir kişi idi. S.M.Qənizadə....

ZORLUQ (ID - 45252)

is. Çətinlik, ağırlıq. Hacı Vəlinin müəyyən prinsipləri var idi. Şeyləri zorluqla (z.) qəbul edərdi.. Çəmənzəminli.

ZORLULUQ (ID - 45253)

is. Zorlu olma, qüvvətlilik, güclülük.

ZORRAMA (ID - 45254)

dan. bax zorlama 2-ci mənada. ibrahim bu səfər genə birtəhər zorrama balığı buraxdırdı. (Nağıl).

ZORSUZ (ID - 45255)

sif. Gücsüz, qüvvətsiz, arıq. Zorsuz adam.

Bu səhifə 173 dəfə baxılıb

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif