1
İzahlı lüğət - Z hərfi ilə başlayanlar - H. 6
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

ZƏİFLƏNDİRMƏ (ID - 44656)

“Zəifləndirmək”dən fJs.

ZƏİFLƏNDİRMƏK (ID - 44657)

bax zəiflətmək.

ZƏİFLƏNMƏ (ID - 44658)

“Zəiflənmək’dən f.is.

ZƏİFLƏNMƏK (ID - 44659)

bax zəifləmək.

ZƏİFLƏŞDİRİCİ (ID - 44660)

sif. Zəiflədən, zəiflik törədən.

ZƏİFLƏŞDİRİLMƏ (ID - 44661)

“Zəifləşdirilmək”dən f.is.

ZƏİFLƏŞDİRİLMƏK (ID - 44662)

bax zəiflədilmək.

ZƏİFLƏŞDİRMƏ (ID - 44663)

“Zəifləşdirmək’’dən f.is.

ZƏİFLƏŞDİRMƏK (ID - 44664)

bax zəiflətmək.

ZƏİFLƏŞMƏ (ID - 44665)

“Zəifləşmək”dən f.is.

ZƏİFLƏŞMƏK (ID - 44666)

f . Zəiflənmək, getdikcə zəif olmaq. Hükəmanın da iqrarı bunadır ki, başın çanağı nazikləşib kiçildikcə, beyin də zəifləşməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə.

ZƏİFLƏTMƏ (ID - 44667)

“Zəiflətmək”dən f.is.

ZƏİFLƏTMƏK (ID - 44668)

f . Zəif salmaq, gücdən salmaq, qüvvədən salmaq, gücünü azaltmaq. // Zəif düşməsinə səbəb olmaq, taqətsiz hala gətirmək, üzmək. Xəstəlik onu çox zəiflətmişdir. Doyunca yatmamaq adamı zəiflədib gücdən salır.

ZƏİFLİK (ID - 44669)

is. 1. Qüvvə azlığı, gücsüzlük. İşığın zəifliyi. Motorun zəifliyi. // Üzgünlük, taqətsizlik, qüvvətsizlik, xəstəlik halı, fiziki qüvvə azlığı, arıqlıq. Qıçlarında zəiflik hiss etmək. - [Qızın] çöhrəsində bir...

ZƏKA (ID - 44670)

is. [ər.] Bir şeyi tez anlama, tez dərk etmə, tez qavrama qabiliyyəti, zehin kəskinliyi; ağıl, fəhm, zehin. [Uluca:] Kimdə var əql, zəka, əzm, hünər; Hər nəhəngi o, məharətlə yenər. A.Şaiq. Bəşir məni gördükdə arvadının...

ZƏKALI (ID - 44671)

sif. Zəkası olan, fəhmli, zehinli, ağıllı, fərasətli, istedadlı, zəkası kəskin. Zəkalı qız. - Uşaq zəkalıydı, alnı ay kimi. S.Vurğun. Zəkalı adamdı. Bir dəfə eşitdiyi söz həmişəlik hafizəsində qalırdı. S.Rəhman.

ZƏKALILIQ (ID - 44672)

is. Zəkalı adamın xassəsi; zəka sahibi olma, zehinlilik, fəhmlilik, istedadlılıq.

ZƏKASIZ (ID - 44673)

sif. Zəkası olmayan, fəhmsiz, zehinsiz, istedadsız.

ZƏKASIZLIQ (ID - 44674)

is. Zəkasız adamın xassəsi; idraksızlıq, zehinsizlik, fəhmsizlik, fərasətsizlik, istedadsızlıq.

ZƏKAT (ID - 44675)

is. [ər.] İslam dinində: əldə edilmiş mal və pulun halallığmı təmin etməkdən ötrü, onun dini ehtiyaclar və fəqir-füqəraya verilmək üçün ayrılan hissəsi. Hər nə versən ver, məbada vermə bir dirhəm zəkat; Qoy acından ölsə,...

ZƏKAVƏT (ID - 44676)

[ər.] bax zəka. Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi; Nə bir para oxumuşlarda bu zəkavət olaydı! M.Ə.Sabir. insanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun, hamı oxuyan alim olmaz. C.Məmmədquluzadə. ..Xəlilin...

ZƏKAVƏTLİ (ID - 44677)

bax zəkalı.

ZƏKAVƏTLİLİK (ID - 44678)

bax zəkalılıq.

ZƏKİ (ID - 44679)

[ər.] bax zəkalı. [Şeyx Kəbir:] Lakin ən son yerin, zəki Sənan! Olacaq son nəfəsdə Gürcüstan. H.Cavid. ..Mən də xoşnudam ki, məmləkətdə belə zəki cavanlar tapılır. C.Cabbarlı. Ziba olduqca zəki, gözüaçıq bir zəmanə qızı...

ZƏKİLİK (ID - 44680)

bax zəkalılıq.

ZƏQQƏTO (ID - 44681)

sif Çox acı, zəqqum kimi. Bu meyvə zəqqəto zəhərdir. // Həddən artıq turş.

ZƏQQƏTUN (ID - 44682)

bax zəqqəto.

ZƏQQUM (ID - 44683)

is. [ər.] 1. Acı meyvəsi olan bir cins ağac; ağı ağacı. [Xortdan:] Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin. Ə.Haqverdiyev. // Bu ağacın meyvəsi.
2. məc. Çox acı şey haqqında. Heyif oldu yarın şirin söhbəti;...

ZƏQQUMLAMAQ (ID - 44684)

f 1. Zəqqum vermək, zəqqum yedirmək.
vulq. Yedirmək, doydurmaq (acıqla deyilir).
məc. Acılamaq, zəhərləmək.

ZƏQQUMLANMAQ (ID - 44685)

qayıd. vulq. Yemək
(acıqla deyilir). [Qurbanəli:] Bir əppəkdənzaddan ver, zəqqumlanaq. N.Nərimanov.

ZƏLALƏT1 (ID - 44686)

is. [ər.] 1. klas. Alçalma, alçaqlıq, həqarət, rəzalət, xarlıq. Bu nə zəlalətdir?
2. Zillət, əzab və əziyyət, çətinlik, möhnət. Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. N.Nərimanov....

ZƏLALƏT2 (ID - 44687)

ZƏLAM (ID - 44688)

is. [ər.] klas. Qaranlıq, zülmət. Sanki göydən yağırdı hüznü zəlam; Çulğayırdı cahan üzün zülmət. C.Cabbarlı.

ZƏLİ (ID - 44689)

is. 1. Şirin sularda yaşayan, heyvanların bədəninə yapışıb onların qanmı sormaqla dolanan xırda qurd. □ Zəli qoymaq (salmaq, yapışdırmaq, düzmək) - təbabətdə: xəstə adamın korlanmış qanmı sordurmaq üçün onun bədəninin...

ZƏLİL (ID - 44690)

sif. [ər.] Zəlalətə düşmüş; yazıq, bədbəxt, həqir, fəqir, xar. Mən indi hazıram, ömrüm bu dəm tamam olsun; Belə zəlil (z.) yaşamaq bir kərə haram olsun. A.Səhhət. □ Zəlil etmək - pis günə qoymaq, bədbəxt etmək, xar etmək,...

ZƏLİLANƏ (ID - 44691)

zərf [ər. zəlil və fars. ...anə] klas. Zəlil kimi, bədbəxtcəsinə, yazıq-yazıq. Mənsur bu mərhəmətdən bir növ taqətə gəlib göz yaşı tökərək, bir sövti-zəlilanə ilə ahü naləyə başladı. C.Cabbarlı.

ZƏLİLLƏŞMƏ (ID - 44692)

“Zəlilləşmək”dən f.is.

ZƏLİLLƏŞMƏK (ID - 44693)

f Zəlil olmaq, xar olmaq, pis günə düşmək.

ZƏLİLLİK (ID - 44694)

is. Zəlalətə düşmüş adamın halı; zəlalət, xarlıq, həqirlik, yazıqlıq, bədbəxtlik. Şadlıq ilə saxladığın aşığı; Zəlilliklə (z.) imtahana çəkirsən. Aşıq Ələsgər.

ZƏLZƏLƏ (ID - 44695)

is. [ər.] Yer qabığının bəzi sahələrinin vulkanik və ya tektonik proseslər üzündən güclü titrəməsi; yer sarsıntısı. Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı. S.S.Axundov. Vaxtı ilə uzaq və amansız bir zəlzələ...

ZƏLZƏLƏLİ (ID - 44696)

sif. Tez-tez zəlzələ olan, zəlzələ baş verən; zəlzələyə məruz qalan. Zəlzələli yerlər.

ZƏMANƏ (ID - 44697)

[ər.] 1. Dövr, zaman. Səni mənə bəxş elədi zəmanə; Yaxşı olan nəsib olmaz yamanə. M.V.Vidadi. [Heydər bəy:] Pərvərdigara, bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var....

ZƏMANƏT (ID - 44698)

is. [ər.] Zaminlik, zamin olma. [Əbdüləli bəy:] Balaş, sizin təməs-sükün vaxtı dünən qurtarmışdır. Çünki mən zəmanət vermişəm. C.Cabbarlı. □ Zəmanət etmək - zamin olmaq. [Vəzir:] Mən də zəmanət edirəm. Ə.Haqverdiyev....

ZƏMANƏTÇİ (ID - 44699)

is. Zəmanət verən adam, zamin olan adam; zamin.

ZƏMANƏTKAR (ID - 44700)

is. [ər. zəmanət və fars. ...kar] bax zaminkar.

ZƏMİ (ID - 44701)

is. [fars.] Əkin yeri, tarla. Taxıl zəmisi. - Muğan səhraları bir tamaşadır; Buğda zəmiləri qoşa-qoşadır. S.Vurğun. Göz işlədikcə dərya kimi dalğalanan kolxoz zəmiləri artıq buğum bağlayırdı. S.Rəhimov. Səməd sünbüllənməmişdən...

ZƏMİN (ID - 44702)

is. [fars.] 1. klas. Yer, torpaq. Əhlizəmanə qanına çox təşnədir, zəmin; Qanın kimin tökərsə fələk, ol zaman içər. Füzuli. Bəhri-silabtək zəminü zəman; Cünbuşə gəldi, qopdu bir tufan. M.Ə.Sabir. □ Ruyi-zəmin klas. - yer...

ZƏMİNƏ (ID - 44703)

bax zəmin 3-cü mənada. [Məsmə:] Məni yuxu aparmırdı. Məruzəm üzərində çıxışda bulunan natiqlərə verəcəyim cavab üçün zəminə düşünürdüm. S.Hüseyn. [S.Vurğun] o zaman yazmış olduğu bir sıra şeirlərində möhkəm bir...

ZƏMİNƏSİZ (ID - 44704)

sif Heç bir zəmini, əsası olmayan, əsassız, zəminədən məhrum.

ZƏMİR (ID - 44705)

is. [ər.] köhn. Köhnə qrammatikada: əvəzliyin adı.

Bu səhifə 170 dəfə baxılıb

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif