İzahlı lüğət

ZAY

[ər. “zaye”dən] Heç, puç; tələf olmuş, korlanmış, puç olmuş, hədər olmuş. Öküzün taydı, işin zaydı. (Ata. sözü). □ Zay eləmək (etmək) - puç etmək, korlayıb heç eləmək. Göndər gəlsin Ələsgərin xələtin; Etmə əməyini zay, sarıköynək. Aşıq Ələsgər. Nə üçün daşı zay eyləyirsiniz, heyif deyilmi? Mir Cəlal. Zay məhsul - keyfiyyəti pis olan məhsul; brak, çıxdaş. Zay olmaq - tələf olmaq, puç olmaq, korlanmaq, heç olmaq, hədər olmaq. Ömür üzdüm, gün çürütdüm, zay oldum; Cismim düşüb yandı axır oda, hey! Aşıq Kərəm. Dost elədin hər nadanı, hər yadı; Çəkdiyim əməklər oldu zay, pəri. R.Rza. Zaya getmək (çıxmaq, dönmək) - hədər yerə məhv olmaq, puç olmaq, hədər getmək. Buradan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı). Yar salmır üstümə saya; Cavan ömrüm gedir zaya. Aşıq Ələsgər. Tökdüyünüz qanlar getməsin zaya; Çıxın bu qarışıq imtahanlardan. S.Vurğun. Zaya vermək - bax zay eləmək (etmək). Yandırdı qəlbimi camalın şövqü; Ağlımı veribdir zaya qaşların. “Aşıq Qərib” . Əsmər burdan getsə boş qalar bağlar; Sən vermə ömrümü zaya, xoş gəldin. “Abbas və Gülgəz” . Yazıq aşıq vermə ömrünü zaya; Dərd bilən can bu yerlərdə tapılmaz. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed