1
İzahlı lüğət - Z hərfi ilə başlayanlar - H. 14
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

ZİNGİLDƏŞMƏ (ID - 45056)

“Zingildəşmək”dən f.is.

ZİNGİLDƏŞMƏK (ID - 45057)

qarş. Hamı birdən zingildəmək. Vahiməyə düşmüş itlər zingildəşir, uzaq briqadaların iclasa gələn heyət üzvlərinin atları kişnəşirdi. B.Bayramov.

ZİNGİLDƏTMƏ (ID - 45058)

“Zingildətmək”dən f.is.

ZİNGİLDƏTMƏK (ID - 45059)

icb. 1. Zingildəməyə məcbur etmək, zingildəməsinə səbəb olmaq. iti vurub zingildətdi.
2. Zınqıldatmaq.

ZİNGİLTİ (ID - 45060)

is. Vurulan və ya xəstə itin çıxardığı səs, zarıltı.

ZİNGİRƏ (ID - 45061)

is. Kiçik üzüm salxımı. Üzümü elə təmizləyiblər ki, deyərsən, günorta çağı buradan bir dəstə oğru keçib. Bir zingirə də qalmayıb. Mir Cəlal.

ZİNGVARA (ID - 45062)

is. Salxımları çox xırda və dənələri tökülmüş üzüm.

ZİNHAR (ID - 45063)

nida [fars.] klas. Məbada, amandır, ay aman, saqın, ehtiyatlı ol (adətən bir şeydən saqındırmaq üçün işlənir). Ey iki gözüm, yaman olur ar; Namusumuzu itirmə, zinhar! Füzuli. Yatsa o mahparə, yatar bəxtimiz bizim; Zinhar, qoymayın...

ZİR (ID - 45064)

is. [fars.] Ərəb (fars) əlifbasında “e” səsini bildirmək üçün samitlərin altına qoyulan 0 işarəsi; kəsrə.

ZİRA (ID - 45065)

bağl. [ər.] Çünki, ona görə ki (bəzən “ki” bağlayıcısı ilə). Deməzəm dəxi: “Sənə aşiqəm” , ey gül! Zira; Sənə aşiqliyim izhar edəli xar olubam. Füzuli. Zira ki, atası şahımızdır; Hər müşkül işə pənahımızdır....

ZİRAB (ID - 45066)

is. [fars.] köhn. Ayaqyolu.

ZİRAƏT (ID - 45067)

is. [ər.] köhn. 1. Əkinçilik. Sizin yerin camaatı ziraətə məşğul olarmı? Ə.Haqverdiyev. Maarif, nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha böyük ehtiyacı vardır. M.S.Ordubadi.
2. Əkin, əkinəcək, bitki. Mayın 7-də...

ZİRCAMƏ (ID - 45068)

is. [fars.] köhn. Alt paltarı, tuman-köynək. Çamadanın içində .. bir neçə top ağ köynək və zircamə və bir neçə dənə ağ dəsmal vardı. S.M.Qənizadə. Ağa Ələsgərağa zircamədə qılmanları başına toplayıb hoppan-hoppan oynayırdılar....

ZİRCAMƏLİK (ID - 45069)

is. köhn. Zircamə üçün yararlı, alt paltarlıq. Zircaməlikparça. - [Xonçaya] .. bir dəst ipək parçadan zircaməlik, iki ədəd imperial və sair ufaq-tufaq şeylər qoyulardı. R.Əfəndiyev.

ZİRDƏST (ID - 45070)

is. [fars.] köhn. Əlaltı, köməkçi. [Şah:] Xacə Mübarək, sənin zirdəstlərin də çölə çıxsınlar, sən qal! M.F.Axundzadə.

ZİREH (ID - 45071)

is. [fars.] 1. köhn. Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geydikləri dəmir tordan, yaxud qalın dəridən geyim. [Yaşlı kişi:] ..İri vücudlu kor bir dilənçi iki əli ilə zirehi silkələyərək qışqırırdı....

ZİREHDEŞƏN, ZİREHDƏLƏN (ID - 45072)

sif. hərb. Zirehli örtüləri deşən, dəlib keçən. Zirehdeşən mərmi. Zirehdələn top.

ZİREHLƏMƏ (ID - 45073)

“Zirehləmək”dən f.is.

ZİREHLƏMƏK (ID - 45074)

f. Zireh vurmaq, bir şeyin üzərini zirehlə örtmək.

ZİREHLƏNMƏ (ID - 45075)

“Zirehlənmək”dən f.is.

ZİREHLƏNMƏK (ID - 45076)

məch. 1. köhn. Zireh geymək (bax zireh 1-ci mənada).
2. Zirehlə örtülmək, üzərinə zireh çəkilmək (bax zireh 2-ci mənada).

ZİREHLƏNMİŞ (ID - 45077)

f .sif. bax zirehli 1-ci mənada. Dəniz kimi coşub-daşır; Zirehlənmiş pəhləvanlar. S.Vurğun.

ZİREHLİ (ID - 45078)

sif. 1. köhn. Zireh geymiş (bax zireh 1-ci mənada). Zirehli döyüşçü.

Zirehlə (ID - 45079)

örtülmüş, üzərinə zireh çəkilmiş (bax zireh 2-ci mənada). Zirehli gəmi. Zirehli avtomobil. - Faşist təyyarəsi zirehli (z.) olduğundan, ona adi güllə batmırdı. M.Rzaquluzadə. Üstü zirehlə örtülmüş (bax zireh 3-cü mənada)....

ZİRƏ (ID - 45080)

is. bot. Çətirçiçəklilər fəsiləsindən iki və ya çoxillik ot cinsi və həmin bitkinin ədviyyat kimi xəmirə və s.-yə qatılan xoşiyli toxumu. Zirəni Kirmana aparır. (Ata. sözü). Zirə Azərbaycanda meşə qurşağından başlamış...

ZİRƏÇİÇƏYİ (ID - 45081)

is. bot. Çoxillik bəzək bitkisi.

ZİRƏFKƏND (ID - 45082)

is. [fars.] mus. Azərbaycan muğamlarından birinin adı. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürg, zəngulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov.

ZİRƏK (ID - 45083)

sif. [fars.] Bacarıqlı, əlindən iş gələn, cəld, çevik, çox diribaş. [Hacı Qara:] Yaxşı, siz istəyirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz? M.F.Axundzadə. Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi...

ZİRƏKLƏNDİRMƏK (ID - 45084)

bax zirəkləşdirmək.

ZİRƏKLƏNMƏ (ID - 45085)

“Zirəklənmək”dən f.is.

ZİRƏKLƏNMƏK (ID - 45086)

bax zirəkləşmək.

ZİRƏKLƏŞDİRMƏ (ID - 45087)

“Zirəkləşdirmək”dən f.is.

ZİRƏKLƏŞDİRMƏK (ID - 45088)

f . Zirəkləşməsinə səbəb olmaq, daha da zirək etmək.

ZİRƏKLƏŞMƏ (ID - 45089)

“Zirəkləşmək”dən f.is.

ZİRƏKLƏŞMƏK (ID - 45090)

f . Daha da zirək olmaq, cəld olmaq, diribaş olmaq, çevik olmaq, bacarıqlı olmaq. Uşaq böyüdükcə zirəkləşir. - Doğrudan da Rüstəmin oğlu zirəkləşmişdi. S.Rəhimov.

ZİRƏKLİK (ID - 45091)

is. Bacarıq, əlindən iş gəlmə, cəldlik, çeviklik, diribaşlıq. Uşağın zirəkliyi.
[Nəbi] öz zirəklik və qoçaqlığı ilə Şuşa qalasında məşhurlaşır. “Qaçaq Nəbi” . Altı il ərzində Budaq oxudu, tərbiyələndi. Gözəl...

ZİRƏNG (ID - 45092)

bax zirək. Tülkünün zirəngi iki ayağından tələyə düşər. (Ata. sözü). Aldanma özün bir kəsə, huşyarü zirəng ol. M.Ə.Sabir.

ZİRƏNGLİK (ID - 45093)

bax zirəklik.

ZİRİNC (ID - 45094)

is. [fars.] bot. 1. Yarpaqlarının bir hissəsi tərsinə çevrilmiş, çiçəyi açıq-sarı rəngli, meyvəsi turşməzə olan kol bitkisi. [Ev sahibi] burada cavan şiv zirinc ağacından qırıb gətirər, ocaqda ütüb çəkiclə döyər, özü...

ZİRİNCÇİÇƏKLİLƏR (ID - 45095)

cəm bot. Zirinc və başqa kol və ya çoxillik bitkilərin daxil olduğu bitki fəsiləsi.

ZİRİŞ(K) (ID - 45096)

bax zirinc. Dağdaziriş kolları; Çapar tutub yolları; Yar dərdin necə yazsın; Bağlanıbdır qolları. (Bayatı). Alçaqboylu iydə, zirişin ətri hər yana yayılır. Mir Cəlal.

ZİRÜ ZƏBƏR (ID - 45097)

klas. bax zir-zəbər. Qəm kişvəri könlüm kimi zirü zəbər olmuş. Qövsi. [Məstəli şah:] Qaldırın Pariji yerindən, vurun yerə, bu saatda necə ki, mən bu heykəli vurub zirü zəbər edirəm. M.F.Axundzadə. Derdim ki, könül zirü zəbər...

ZİRVƏ (ID - 45098)

is. [ər.] Dağın ən yüksək nöqtəsi, təpəsi. Dağın zirvələri qarla örtülüdür.
Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən; Tutmuşam, tək uçurum qarlı dağ üstündə qərar. A.Səhhət. Uzaqda dağların zirvəsi neçə...

ZİR-ZƏBƏR (ID - 45099)

zərf [fars.] Alt-üst. □ Zirzəbər etmək - alt-üst etmək, vurub dağıtmaq, yerlə yeksan etmək. Zir-zəbər olmaq - alt-üst olmaq, dağılmaq, pozulmaq, məhv olmaq.

ZİRZƏMİ (ID - 45100)

is. [fars.] Yer altında olan ev, anbar və s. Zirzəmidə oturub balaxana yuxusu görür. (Ata. sözü). İçərişəhərdə, Yuxarı bazarda, Qoşa karvansaranın altın-da tağ bir zirzəmi vardı. H.Sarabski. Qoçər gözlərini açanda özünü kifqoxuyan...

ZİR-ZİBİL (ID - 45101)

top. 1. Tör-töküntü, süpürüntü, tullantı. Tikəndə quş yuva çör-çöp yığıban zir-zibil istər. Q.Zakir. [Cəmilə:] Budur, papiros kötüyü kimi zir-zibili atmağa məxsus qablar! S.Hüseyn. [Çimnaz:] Ay bala, orada oturma, zir-zibildi....

ZİŞAN (ID - 45102)

sif. [ər.] klas. Şanlı. Kişidən istənilən işdir, iş; Kim ki, iş yapdı o, zişan oldu. M.Ə.Sabir. Baş qoşma, o cür alimi-zişana dolaşma. Ə.Qəmküsar.

ZİŞT (ID - 45103)

sif. [fars.] klas. Çirkin. Vaqifəm, göz yum, cahanın baxma xubü ziştinə. M.P.Vaqif.

ZİVANA (ID - 45104)

is. 1. Dəyirman daşının ortasındakı qazıq, oyuq.
Bir şeyin iki parçasını bir-birinə rəbt edən içiboş mil; bir-birinin içinə keçən iki şeyə açılan oyuq.
Qəlyan çubuğu ağızlığının keçirildiyi içiboş mil.

ZİVƏ (ID - 45105)

is. məh. Paltar asmaq üçün çəkilən ip. Zivəyə paltar sərmək.

Bu səhifə 185 dəfə baxılıb

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif