Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ZİBİLXANA (ID - 44956)

bax zibillik.

ZİBİLLƏMƏ (ID - 44957)

“Zibilləmək”dən f.is.

ZİBİLLƏMƏK (ID - 44958)

f 1. Zibil etmək, zibil tökmək, zibilləndirmək. Xalçanın üstünü zibilləmək. Döşəməni zibilləmək. - Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər....

ZİBİLLƏNDİRİLMƏ (ID - 44959)

“Zibilləndirilmək”dən f.is.

ZİBİLLƏNDİRİLMƏK (ID - 44960)

“Zibilləmək ’dən məch.

ZİBİLLƏNDİRMƏ (ID - 44961)

“Zibilləndirmək”dən f.is.

ZİBİLLƏNDİRMƏK (ID - 44962)

bax zibilləmək.

ZİBİLLƏNMƏ (ID - 44963)

“Zibillənmək”dən f.is.

ZİBİLLƏNMƏK (ID - 44964)

ZİBİLLƏŞDİRMƏ (ID - 44965)

“Zibilləşdirmək”dən f.is.

ZİBİLLƏŞDİRMƏK (ID - 44966)

f . 1. Zibil tökmək, zibilli etmək.
2. məc. Korlamaq, xarab etmək, pozmaq.

ZİBİLLƏŞMƏ (ID - 44967)

“Zibilləşmək”dən f.is.

ZİBİLLƏŞMƏK (ID - 44968)

f . 1. Zibilli olmaq, zibilə dönmək.
2. məc. Xarab olmaq, korlanmaq.

ZİBİLLƏTMƏ (ID - 44969)

“Zibillətmək”dən f.is.

ZİBİLLƏTMƏK (ID - 44970)

bax zibilləmək 1-ci mənada.

ZİBİLLİ (ID - 44971)

sif. 1. Zibil olan, süpürülməmiş, zibildən təmizlənməmiş. Zibilli otaq. Zibilli küçə.
2. İçərisində yararsız, zərərli kənar şey olan. Zibilli buğda. Zibilli düyü. Zibillipambıq.

ZİBİLLİK (ID - 44972)

is. Zibil tökülən yer; zibilxana. Zibili zibilliyə tökmək. - Vəziri qarğa olanın ağzı zibillikdə gərək. (Ata. sözü).
□□ Zibilliyə atmaq məc. - lüzumsuz, yaramaz bir şey kimi rədd etmək, atmaq, yaddan çıxarmaq, unutmaq. Tarix...

ZİBİLLİLİK (ID - 44973)

is. Zibilli yerin halı.

ZİBİLSİZ (ID - 44974)

sif. Zibilli olmayan, zibildən təmizlənmiş; arıdılmış, təmiz. Zibilsiz dən.

ZİBİLSİZLİK (ID - 44975)

is. Zibilsiz şeyin halı və keyfiyyəti; təmizlik, xalislik.

ZİDD (ID - 44976)

[ər.] sif. Tamamilə başqasına əks olan, onunla qətiyyən düz gəlməyən. Zidd fikir. Zidd rəy söyləmək. Əsərdə iki zidd qüvvə üz-üzə qoyulur. // is. Bir şeyin əksi, qarşılığı, müxalifi. Şirin acının ziddidir. - Gözləmək...

ZİDDİNƏ (ID - 44977)

zərf Əksinə, qarşı, əleyhinə. Bir şeyin ziddinə hərəkət etmək. - Ziddimə söz deyən olsaydı, edərdim təkfir; İşimi qurdalasın, kimdə nə cürət var idi. M.Ə.Sabir. Sübhanverdizadə adətinin ziddinə olaraq bu gecə qızışıb...

ZİDDİYYƏT (ID - 44978)

is. [ər.] 1. İki şey (fikir, hərəkət və s.) arasında olan tam uyğunsuzluq, əkslik, çox kəskin fərq, uyuşmazlıq. Fikirlər arasında ziddiyyət. Əqli əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qaldırılması. - Cəlil Məmmədquluzadə...

ZİDDİYYƏTLİ (ID - 44979)

sif Ziddiyyət olan, ziddiyyətlə dolu; təzadlı. Yazıçı ziddiyyətli yaradıcılıq yolu keçmişdir. - Səməd Vurğun yaradıcılığının ilk dövrü çox ziddiyyətlidir. O.Sarıvəlli.

ZİDDİYYƏTLİLİK (ID - 44980)

is. Ziddiyyət olan hal, vəziyyət.

ZİDDİYYƏTSİZ (ID - 44981)

sif. Heç bir ziddiyyət, əkslik, uyğunsuzluq olmayan. Ziddiyyətsiz cəmiyyət.

ZİDDİYYƏTSİZLİK (ID - 44982)

is. Ziddiyyət olmadığı hal, vəziyyət.

ZİDLİK (ID - 44983)

is. 1. Zidd olma, əleyhinə olma, əkslik, təzad. Tərəqqiyə zidlik. Tarixi faktlara zidlik.
2. Ədavət, düşmənçilik. Aralarında zidlik var. Araya zidlik düşüb. - Bu taza arvad nanəcib olduğundan oğlanı yola verməyib hər neynən...

ZİFAF (ID - 44984)

is. [ər.] Oğlanın (bəyin) qızla ilk görüşü. İki gün əvvəl Münəvvərin zifafına dəvət olunmuş xanımlar yavaş-yavaş gəlib yuxarı başa keçirdilər. M.S.Ordubadi. □ Zifaf gecəsi (axşamı) - oğlanın (bəyin) qız otağına girdiyi...

ZİFT (ID - 44985)

is. [ər.] 1. Şam ağacından, mədən kömüründən çıxan və odda əriyən qara, qatı maddə; qatran.
2. məc. Çox qara şey haqqında. Zift kimi qara qurum.

ZİFTLƏMƏ (ID - 44986)

“Ziftləmək”dən f.is.

ZİFTLƏMƏK (ID - 44987)

f Zift sürtmək, zift vurmaq, ziftlə qapamaq.

ZİFTLƏNMƏ (ID - 44988)

“Ziftlənmək”dən f.is.

ZİFTLƏNMƏK (ID - 44989)

məch. Zift sürtülmək, zift vurulmaq, ziftlə qapadılmaq.

ZİFTLİ (ID - 44990)

sif. 1. Zift sürtülmüş, zift vurulmuş; ziftə bulaşmış; qatranlı.
2. Tərkibində zift olan.

ZİHƏYAT (ID - 44991)

is. [ər.] Canlı. Yaxınlıqda heç bir zihəyat görünməyir, quyulardan neft dartan dərin tulumbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn. Nə bir işıq görünür, nə də bir zihəyat səsi eşidilirdi. C.Cabbarlı. Bu səs qəsəbədə...

ZİKR (ID - 44992)

[ər.] köhn. 1. Anma, yad etmə, xatirə gətirmə, xatırlama, adını çəkmə, adını söyləmə. □ Zikr etmək (eyləmək) köhn. 1) anmaq, yad etmək, xatirə gətirmək, adını çəkmək, adını söyləmək. [Dərviş:] Mən də [Ruqiyyənin]...

ZİQİYMƏT (ID - 44993)

sif [ər.] köhn. Qiymətli, çox qiymətli, bahalı. Atamdan mənə çox ziqiymət kitablar keçibdir. Ə.Haqverdiyev. [Ərən:] Xanım yürüdükcə cıqqasının ziqiymət qaşları minbir rəng çalırdı. Çəmənzəminli. Qoca Şərqin ilahi şeir...

ZİL1 (ID - 44994)

is. [fars.] 1. Musiqi alətlərinin ən yüksək tonu (bəm əksi). // sif. Beyindən gələn ən yüksək və nazik (səs haqqında). Zil səs. - Melodiya bir-biri ilə qarşılıqlı münasibətdə olan ayrı-ayrı səslərdən düzəlir. Bu səslər...

ZİL2 (ID - 44995)

əd. Tünd, lap, çox, tamamilə (adətən “qara” və “qaranlıq” sözlərinin əvvəlində işlənib, onların mənalarını şiddətləndirir). Zil qara saçlar. Kömür kimi zil qara. - Zil qaranlıq gecə hər tərəfi bürümüşdü. S.Rəhimov....

ZİL (ID - 44996)

3 is. Quş ifrazatı, quş peyini. Tarlaları quş zili ilə gübrələmək.

ZİLDƏN (ID - 44997)

zərf Ucadan, zil səslə. Zildən oxumaq.

ZİLHİCCƏ (ID - 44998)

is. [ər.] Hicri qəməri ərəb təqviminin on ikinci ayı. Zilhiccə ayının 18-də [qızın] doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. C.Məmmədquluzadə.

ZİLXAN (ID - 44999)

is. [fars.] mus. Zildə oxuyan xanəndə, zil səsi olan adam.

ZİLİ (ID - 45000)

is. xüs. Xalça növlərindən birinin adı. [Xalçanın sumaq] tipinin müxtəlif növləri Qubada, Qusarda, Qarabağda və Bakıda toxunur. Bəzi yerlərdə bu, “zili” və “vərni” də adlanır. M.Tərlanov.

ZİLQƏDƏ (ID - 45001)

is. [ər. ] Ərəb qəməri təqviminin on birinci ayı. [Əli dayı:] Zilqədə ayının 14-də Müzəffərəddin şah ölüb. P.Makulu.

ZİLLƏMƏ1 (ID - 45002)

“Zilləmək1”dən f.is.

ZİLLƏMƏ2 (ID - 45003)

“Zilləmək2”dənf.is.

ZİLLƏMƏK1 (ID - 45004)

f. Gözlərini bir nöqtəyə dikmək, kirpiklərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq (çox vaxt “gözlərini” sözü ilə). Baxışını zilləmək. Nəzərini zilləmək. - Tərlan gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi....

ZİLLƏMƏK2 (ID - 45005)

f Zilə keçmək, səsi zilə qaldırmaq. Tərəqqi, tənəzzül kəmənçəsini; Gah zilləyib, gah da bəmə çəkirsən. Aşıq Ələsgər.

Bu səhifə 11 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif