İzahlı lüğət

ZORAKILIQ

is. 1. Zor tətbiqi, zor işlətmə; zor vasitəsi ilə məcburiyyət. iş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadır, qorxmayın. M.S.Ordubadi. ..Cəbhələrin birisinin bayrağı azadlıq və zəhmət, o birisinin bayrağı zorakılıq və ağalıq idi. M.İbrahimov.
2. Qolugüclülük, zorla məcbur etmə; zor gücü ilə görülən iş; zülm, qanunsuzluq, özbaşınalıq, haqsızlıq. Bizim hüquq elmi hər hansı zorakılığın, haqsızlığın əleyhinədir! S.Rəhimov. Kamilin verdiyi təsəlli [Biqəmi] ruhlandırırdısa da, gördüyü zorakılıq və yediyi ağır kötəkdən ədalətin ola biləcəyinə inana bilmirdi. M.Süleymanov. □ Zorakılıq etmək - 1) zora əl atmaq, zor işlətmək, zorla məcbur etmək, qaba qüvvə tətbiq etmək; 2) tabe olmamaq, inad göstərmək, höcət eləmək. [Kərbəlayı] Ədə, hökumət ilə zorakılıq eləmək olar? H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZAD

44

ZEH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed