İzahlı lüğət

ZİR-ZİBİL

top. 1. Tör-töküntü, süpürüntü, tullantı. Tikəndə quş yuva çör-çöp yığıban zir-zibil istər. Q.Zakir. [Cəmilə:] Budur, papiros kötüyü kimi zir-zibili atmağa məxsus qablar! S.Hüseyn. [Çimnaz:] Ay bala, orada oturma, zir-zibildi. Ə.Əbülhəsən.
2. məc. Yaramaz, pis şeylər və ya adamlar haqqında. Sözlər də cəvahir kimidir, əsli bədəldən; Təşxis verən olsa, bu qədər zirzibil olmaz. Şəhriyar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......