İzahlı lüğət

ZİNHAR

nida [fars.] klas. Məbada, amandır, ay aman, saqın, ehtiyatlı ol (adətən bir şeydən saqındırmaq üçün işlənir). Ey iki gözüm, yaman olur ar; Namusumuzu itirmə, zinhar! Füzuli. Yatsa o mahparə, yatar bəxtimiz bizim; Zinhar, qoymayın onu, zinhar, yatmasın. S.Ə.Şirvani. Zinhar, vəfa etmə tələb ər dediyindən; Sərvəqt ol, amandır! M.Ə.Sabir. Məni bənzətməyin Məcnuna, zinhar; Ahımca olsaydı Məcnunun ahı; Yuva tikərdimi başında quşlar? B.Vahabzadə. □ Zinhar etmək (eləmək)bax zinhara gətirmək. Zinhar olmaq - bax zinhara gəlmək. Zinhara gəlmək - usanmaq, bezikmək, yorulmaq, cana gəlmək, təngə gəlmək. Lay-lay dedim yatınca; Gözlərəm Ay batınca; Canım zinhara gəldi; Sən hasilə çatınca. (Bayatı). Day camaat [Qara xanın] əlindən zinhara gəlmişdi. “Koroğlu” . Vallah, bu gədənin əlindən lap zinhara gəlmişəm. M.Süleymanov. Zinhara gətirmək - bezikdirmək, usandırmaq, yormaq, cana gətirmək, təngə gətirmək. [Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb, zırıldama. B.Talıblı. Bu uzun gecə Mədədovu lap zinhara gətirmişdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed