Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

VALİD (ID - 41341)

is. [ər.] klas. Ata. Ey millətin ümmidi, dilü canı uşaqlar! Validlərinin sevgili cananı uşaqlar! M.Ə.Sabir.

VALİDEYN (ID - 41342)

is. [ər.] Ata və ana, ata-ana. Valideynə hörmət. Valideyn şurası (bir məktəbdə oxuyan uşaqların ata-analarının müşavirəsi, şurası). - Valideynin, təbii, övlada; Nəzəri-etinası tərbiyədir. M.Ə.Sabir. Valideynlərindən bu vaxta...

VALİDEYNLİK (ID - 41343)

is. Valideyn vəzifəsi, işi, münasibəti.

VALİDƏ (ID - 41344)

is. [ər.] Ana. Doğar insan ata ocağında; Bəslənir validə qucağında. M.Ə.Sabir. Olsun gərək də validə canpirə rəhbəri. M.Hadi.

VALİDOL (ID - 41345)

is. [lat.] tib. Mərkəzi sinir sistemini sakitləşdirən, damargenəldən dərman preparatı.

VALİHANƏ (ID - 41346)

zərf [ər.] şair. Valeh olmuş bir surətdə, özünü itirmiş bir halda, heyrancasına.

VALİLİK (ID - 41347)

is. 1. Vali vəzifəsi. Sultan Əhməd Cəlayir Bağdada gəlib, Əmir Teymurun nəvəsi Əbubəkir Mirzəni valilikdən çıxartdı.
Bakıxanov.
2. Bir valinin idarəsi altında olan yerlər.

VALLAH(İ) (ID - 41348)

nida [ər.] Allaha and olsun (inandırmaq üçün deyilir). Mən eylədiyim məkri şəyatin də bacarmaz; Vallah və billah! M.Ə.Sabir. Vallahi, Ağa dərviş, mən .. inciməzdim, hərgah əvvəlinci günü aşkar mərdmərdanə mənə məlum edəydilər...

VALOKORDIN (ID - 41349)

is. tib. Korvalolla eyni qəbildən olan ürək dərmanı.

VALS (ID - 41350)

[fr.] 1. İki nəfərin birgə oynadığı Avropa rəqslərindən birinin adı. Vals oynayan oğlan və qızlar bir-iki-üç, bir-iki-üç sayı ilə fırlanırlar. Ə.Bədəlbəyli.
2. Bu rəqs üçün yazılmış musiqi əsəri. Mərmər sütunlu...

VALTORN(A) (ID - 41351)

[alm.] mus. Buynuz şəklində olan, nəfəslə çalınan müştüklü musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarilə üç qrupa ayrılır: ..2. Misdən hazırlanmış nəfəsli alətlər (truba, valtorn, trombon, tuba və sairə). Ə.Bədəlbəyli....

VALUN (ID - 41352)

is. [rus.] Çay daşı, qaya parçası.

VALYOR (ID - 41353)

is. [fr.] Boyakarlıq və qrafikada tonun rəng çalarlığı.

VALYÜTA (ID - 41354)

[ital.] 1. Bir ölkədə qəbul olunmuş pul sisteminin əsasını təşkil edən pul vahidi (manat, dollar, frank və s.).
2. Xarici dövlətlərin pulları.

VAM1 (ID - 41355)

Adətən vamla şəklində: zəif od üstündə aramla, yavaş-yavaş, asta-asta. Vamla bişmək. □ Bir vamda - bir qaydada, bir üsulda. Günlərimiz bir vamda keçmədi, yaxşısı da oldu, pisi də. R.Rza.

VAM2 (ID - 41356)

is. [fars.] Borc qaytarılmaq şərtilə alınan pul və ya şey.

VAMPİR (ID - 41357)

is. [fr.] 1. Qaniçən, zülmkar.
2. zool. Yarasalar dəstəsinin yastıburun yarasalar fəsiləsindən məməli heyvan cinsi.

VAMÜSİBƏTA (ID - 41358)

is. [ər.] Bir bəla, müsibət üz verdikdə işlədilən nida - fəryad, fəğan, şivən. Evdə vamüsibəta qopdu.

VANADİUM (ID - 41359)

[lat.] Kimyəvi element, əla polad hazırlanmasında işlədilən çox bərk gümüşü ağ metal. Ayrı-ayrı kimyəvi elementlərdən isə alüminium, vanadium, sürmə .. və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət...

VANDAL (ID - 41360)

[lat.] 1. Roma imperiyasının bir hissəsini işğal və Roma şəhərini dağıdıb talan etmiş qədim alman qəbiləsi.
2. Vəhşi, mədəniyyətsiz; mədəniyyət əsərlərini vəhşicəsinə dağıdan, məhv edən adam.

VANDALİZM (ID - 41361)

[lat.] Mədəniyyət əsərlərini vəhşicəsinə dağıtma, məhv etmə; vəhşilik.

VANƏFSA (ID - 41362)

is. [ər.] Fəryad, fəğan, şivən, qışqırıq. Bir qışqırıq, bir vanəfsa qopdu ki, gəl görəsən. “Kirpi” .

VANİL (ID - 41363)

[fr.] Tropik bir bitki və bu bitkinin ədviyyat kimi işlənilən qurudulmuş ətirli meyvəsi. Vanil sarmaşan bitki olub, Cənubi Amerikanın tropik meşələrində yayılmışdır. Əliyev.

VANİLLİ (ID - 41364)

sif. Tərkibində vanil olan; vanil qatılmış. Vanilli bulka.

VANNA (ID - 41365)

[alm.] 1. İçində çimmək və ya şey yumaq üçün uzunsov böyük ləyən, qab. [Həkim:] Uşağın özü çox zəif və bədəni də çirklidir, ..hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz. S.S.Axundov. // Xüsusi terminologiyada...

VANNALI (ID - 41366)

sif. Vannası olan, hamamxanası olan. Üçotaqlı vannalı mənzil.

VANT (ID - 41367)

is. [holl.] Dor ağacını və başqa şeyləri gəminin bortlarına bərkitmək üçün takelaj ipləri.

VAPOR1 (ID - 41368)

[lat. “buxar” sözündən] Buxar gəmisi, paroxod. Alış-verişçiləri Mavərayibəhri-Xəzərdə; Vaporların malın alıbsatanda görməli imiş. M.Ə.Sabir.

VAPOR2 (ID - 41369)

is. [lat.] Neftdən alınan, özlülüyü yüksək sürtkü yağı.

VAR1 (ID - 41370)

1. sif. Olan, mövcud olan. Var qüvvə ilə çalışmaq. Var gücünü sərf etmək. □ Var gücü (qüvvəsi) ilə - bütün qüvvəsini gərginləşdirərək, sərf edərək. Var qüvvəmizlə işləməliyik. - Elə bu zaman maşından düşən zurnaçılar...

VAR2 (ID - 41371)

is. Dövlət, sərvət, mal-mülk. Varından keçmək. Varını sərf etmək. Onun varı çoxdur. - Varını verən utanmaz. (Ata. sözü). Varı möhnətdir cəhanın, nə umarsan, ey könül! Lənət olsun bu cəhanə, həm cəhanın varına! Nəsimi....

VARAN (ID - 41372)

is. Kərtənkələlər yarımdəstəsindən sürünən heyvan fəsiləsi.

VARAVURD (ID - 41373)

is. dan. Götür-qoy eləmə, çox ölçüb-biçmə, hərtərəfli düşünmə. [Yusif] çox varavurddan sonra axırda bu fikrin üstündə dayandı və ən çətin bir məsələni həll edən tələbə kimi sevindi. Ə.Vəliyev. □ Varavurd etmək (eləmək)...

VARAVURDLAMA (ID - 41374)

“Varavurdlamaq”dan f.is.

VARAVURDLAMAQ (ID - 41375)

f dan. Götür-qoy eləmək, ölçüb-biçmək, hərtərəfli düşünmək; istiqamətini müəyyən etmək, bələdləmək. Yolu varavurdlayan kapitan durbini gözündən endirərək, qarşıda sıxlaşan adamlara səslənirdi. Mir Cəlal.

VARDIRILMA (ID - 41376)

“Vardırılmaq”dan f.is.

VARDIRILMAQ (ID - 41377)

məch. Çatdırılmaq.

VARDIRMA (ID - 41378)

“Vardırmaq”dan f.is.

VARDIRMAQ (ID - 41379)

f . Çatdırmaq.

VAR-DÖVLƏT (ID - 41380)

is. Sərvət, dövlət, var, mülk-mal. [Gülsənəm:] Kişi gecə-gündüz əlləşir, kolxozun varını-dövlətini göz bəbəyi kimi qoruyur. M.Hüseyn.

VARƏSTƏ (ID - 41381)

is. [fars.] Xilas olmuş, azad.

VAR-GƏL (ID - 41382)

var-gəl etmək (eləmək) dan. - gəzinmək, o başa-bu başa getmək. Xan çıxdı balkona və bir papiros yandırıb başladı vargəl eləməyə.. C.Məmmədquluzadə. Salam ayağa qalxıb kabinetdə var-gəl eləməyə, pəncərədən payız yağışına...

VARILMAZ (ID - 41383)

sif Gedib çıxmaq mümkün olmayan, əlçatmaz.

VARİANT (ID - 41384)

[lat.] 1. Bir şeyin başqa bir şəkli. // Bir planın, layihənin və s.-nin başqa şəkildə tərtibi, işlənməsi. Layihənin variantları. Planın ilk variantı vardır. - [Rəssam:] Yoldaş Əlyarov, mən tərtibat verəndə azı on-on beş variant...

VARİASİYA (ID - 41385)

[lat.] 1. mus. Əsas musiqi mövzusunun, onun ayrı-ayrı elementlərini (ritm, harmoniya və s.) dəyişdirmək yolu ilə başqa şəklə salınması. “Vilayəti” nin birinci cümləsi variasiya şəklində təkrar olunmasını tələb edir. U.Hacıbəyov....

VARİD (ID - 41386)

[ər.]: varid olmaq - çatmaq, yetişmək, girmək, daxil olmaq. [Dostəli:] Ağa dərviş, görünür ki, sən buraya təzə varid olubsan. U.Hacıbəyov. [Dərviş:] Hamımız qoca kişi ilə bir yerdə kənddən əlvida edib, şəhərimizə varid olduq....

VARİDAT (ID - 41387)

is. [ər.] Bir müəssisənin, idarənin və ya şəxsin bütün gəliri, mədaxili. Mağazanın varidatı. - Ədliyyə məmuru gəlib mərhum Ağaheydərdən qalan varidatı siyahıya alıb. N.Vəzirov. [Sərhəng] Şəmsiyyədən başqa öz övladı...

VARİS (ID - 41388)

is. [ər.] 1. Bir şəxsin ölümündən sonra, yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun var və mülkünə sahib olan adam; vərəsə, xələf. Mərhumun varisləri bir-birinin üzünə baxıb.. pulları verirlər. Ə.Haqverdiyev. □ Varis olmaq...

VARİSLİK (ID - 41389)

is. Bir adamın ölümündən sonra yaxın qohumluq və ya vəsiyyətə görə onun malına, mülkünə və s.-yə sahib olma hüququ. [Xəlifə Nəsirəddinbillahın Qızıl Arslana məktubundan] ..Xəyanətiniz nəticəsində siz Eldəniz xanədanı...

VARİSSİZ (ID - 41390)

sif Varisi olmayan.

Bu səhifə 74 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....