Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

VİCDAN (ID - 41741)

is. [ər.] Öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və ya pis olduğunu duyma. Vicdanı təmiz olmaq. - Ürək al qanə dönmüş, Hadiya, hüzni-ümumidən; Bu hüznü bəxş edən kimdir...

VİCDANƏN (ID - 41742)

VİCDANİ (ID - 41743)

sif [ər.] Vicdana mənsub və aid olan. [Məlikə xanım:] Oğlum, daxili saflıq və vicdani saflıq insan üçün böyük bir vüqardır! S.Rəhimov.

VİCDANLI (ID - 41744)

sif. Vicdanı olan, öz iş və hərəkəti üçün mənəvi məsuliyyət hiss edən; ürəyindəki təmiz hiss qüvvətli olan; insaflı. Həyat vicdanlı və namuslu adamı mübarizlər cərgəsinə çıxarmışdır. S.Rəhman.

VİCDANLILIQ (ID - 41745)

is. Vicdanı olma, vicdanla hərəkət etmə, vicdanlı münasibət.

VİCDANSIZ (ID - 41746)

sif. Vicdanı olmayan, öz hərəkəti üçün cəmiyyət qarşısında mənəvi məsuliyyət hiss etməyən, ürək hissi təmiz olmayan; insafsız. Vicdansız adam. Vicdansız hərəkət. - [Sara:] Əbdül adi bir nökər isə də, sizin kimi vicdansız...

VİCDANSIZCA(SINA) (ID - 41747)

zərf Vicdana uymayan bir tərzdə, insafsızcasma; həyasızcasına. Vicdansızcasına hərəkət.

VİCDANSIZLIQ (ID - 41748)

is. Vicdanı olmama; öz hərəkəti üçün mənəvi məsuliyyət hissinin olmaması; insafsızlıq. Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. C.Cabbarlı. islam Tellinin izzətinəfsini ayağı altına alıb...

VİCƏ (ID - 41749)

dan. bax vicvicə. Məni vicə tutdu.

VİCƏLƏNDİRMƏ (ID - 41750)

“Vicələndirmək”dən f.is.

VİCƏLƏNDİRMƏK (ID - 41751)

f Yüngül üşütmə əmələ gətirmək, vicə gətirmək.

VİCƏLƏNMƏ (ID - 41752)

“Vicələnmək”dən f.is.

VİCƏLƏNMƏK (ID - 41753)

f. Bədənində yüngül üşütmə hiss etmək. O, şübhəli nəzərlərlə içəri girənləri süzüb, əllərini ovuşdurdu və vicələnirmiş kimi: - A bala, o pəncərəni örtün, dedi. “Kirpi” .

VİC-VİC (ID - 41754)

təql. Quşların cikkiltisi. iki yolçu sevimli qırlanğıc; Ötüşür bir budaqda şən: “vic-vic!” A.Şaiq.

VİCVİCƏ (ID - 41755)

is. dan. Üşütmə. Canıma vicvicə
düşdü.

VİDA (ID - 41756)

is. [ər.] Görüşüb bir-birindən müvəqqəti və ya həmişəlik ayrılma; xudahafizləşmə, sağollaşma; əlvida. Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. M.S.Ordubadi. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca,...

VİDALAŞMA (ID - 41757)

“Vidalaşmaq”dan f.is.

VİDALAŞMAQ (ID - 41758)

f . Görüşüb bir-birindən (həmişəlik, ya müvəqqəti) ayrılmaq; xudahafizləşmək, sağollaşmaq. Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli. ikinci zəng vurulduqda miniklər vaqonlara minməyə...

VİDEO (ID - 41759)

is. [lat.] Televiziya, radiolokasiya siqnalları və başqa mürəkkəb elektrik siqnallarının elektron şüa borusu ekranında təsviri ilə bağlılıq bildirən mürəkkəb sözlərdə önlük. Videokamera, videomaqnitafon və s.

VİKA (ID - 41760)

[lat.] bot. Çölnoxudu; noxudaoxşar yem otu.

VİKARİ (ID - 41761)

is. [ing.] Əvəzedici, əvəz edən, vəkil olunmuş şəxs.

VİKİNQ (ID - 41762)

[skand.] Qədim Skandinaviya dəniz döyüşçüsü; dəniz qulduru.

VİKONT (ID - 41763)

[fr.] Köhnə Fransada, İngiltərədə və bəzi başqa dövlətlərdə: baron ilə qraf arasında orta zadəgan rütbəsi və bu rütbəyə sahib olan adam.

VİKTORİNA (ID - 41764)

[lat.] Biliyin müxtəlif sahələrindən şifahi və ya yazılı sualların cavabını tapma oyunu.

VİLAYƏT (ID - 41765)

is. [ər.] 1. Böyük inzibati ərazi bölgüsü. Dağlıq Qarabağ Muxtar Vilayəti.
2. Ölkə, məmləkət, mahal, əyalət, ərazi, yer. Buna görə mən .. müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri...

VİLAYƏTİ (ID - 41766)

is. [ər.] mus. Azərbaycan klassik muğamlarının bəzilərinin tərkibində olan əsas şöbələrdən birinin adı. “Vilayəti” nin birinci cümləsi variasiya şəklində təkrar olunmasını tələb edir. Ü.Hacıbəyov.

VİLLA (ID - 41767)

[lat.] Şəhər kənarında bağ-bağat içərisində qəşəng ev; köşk. Burada çox gözəl villalar tikilmiş, həyətlər, bağçalar səliqəyə salınmışdır. M.İbrahimov.

VİNEQRET (ID - 41768)

is. [fr.] 1. Kartof, kələm, çuğundur, yumurta və sirkə ilə hazırlanan soyuq yemək; qəlyanaltı yeməyi.
2. Həftəbecər.

VİNETKA (ID - 41769)

is. [fr.] Orta və ya ali məktəbi qutaranların fərdi şəkillərdən ibarət kollektiv şəkli.

VİNİL (ID - 41770)

is. Kimyəvi maddə.

VİNT (ID - 41771)

[rus.] 1. Burğulu mıx, burğu şəklində olan mıx. Vintlə bərkitmək. Vinti boşaltmaq. // dan. Ümumiyyətlə, yivli şeylər: şurup, bolt və s. [Məmməd:] Bir kranı və ya vinti burmaqda kompressorların və ya motorların işini nizama salırlar....

VİNTAÇAN, VİNTBURAN (ID - 41772)

is. Vinti burub bərkitmək və ya açmaq üçün alət. Bıçağın üç-dörd tiyəsi, qayçısı, dırnaqtutanı, konservaçanı, vintburanı, tıxac çıxardanı vardı. M.Hüseyn.

VİNTLƏMƏ (ID - 41773)

“Vintləmək”dən f.is.

VİNTLƏMƏK (ID - 41774)

f Vintlə bərkitmək, vintlə bir şeyi başqa şeyə rəbt etmək.

VİNTLƏNMƏ (ID - 41775)

“Vintlənmək”dən f.is.

VİNTLƏNMƏK (ID - 41776)

məch. Vintlə bərkidilmək.

VİNTLƏNMİŞ (ID - 41777)

f sif Vintlə bərkidilmiş. Döşəməyə vintlənmiş skamya.

VİNTLİ (ID - 41778)

sif 1. Bərkitmək üçün vinti olan. Vintlə bərkidilmiş, vintlənmiş.
xüs. Vintlə təchiz edilmiş (bax vint 2-ci mənada). Vintli təyyarələr dövründən sonra reaktiv təyyarələr dövrü gəlmişdir.

VİNTVARİ (ID - 41779)

sif. Vintə oxşayan, vintşəkilli, vint kimi, burğuya oxşayan. Minarənin yuxarısına çıxmaq üçün tikilmiş daş pilləkən vintvari şəkildə olub, qüllənin içərisində yerləşmişdir. O.Salamzadə.

VİOLA (ID - 41780)

[ital.] mus. 1. XV-XVIII əsrlərdə Qərbi Avropada yayılmış müxtəlif ölçü və diapazonlu, yayla çalınan, adətən altısimli musiqi aləti.
2. Yayla çalınan dördsimli musiqi aləti; alt.

VİOLONÇEL (ID - 41781)

[ital.] mus. Skripka tipində düzəldilmiş yayla çalınan bastenor diapazonlu dördsimli musiqi aləti. Daşıdığı adından bəlli olduğu kimi, simli orkestrin tərkibi yalnız simli musiqi alətlərindən (skripka, alt, violonçel və kontrabas)...

VİOLONÇELÇALAN, VİOLONÇELÇİ (ID - 41782)

is. Violonçel çalan çalğıçı.

VİRAJ (ID - 41783)

is. [fr.] 1. Döngə. Təyyarənin üfüqi müstəvidə pilotaj fiquru.
Fotoqrafiyada pozitiv fototəsvirlərə rəng verilməsi üçün istifadə olunan məhlul.

VİRAN (ID - 41784)

sif. [fars.] Uçuq, yıxıq, dağılmış; viranə qalmış; bərbad. Viran şəhər. Viran ev. Viran ölkə. - Açdı mənə dərdli ağac; Viran bağın məlalını. M.Rahim. □ Viran qalsın (olsun)! - dağılsın! məhv olsun! (qarğış). Zülm...

VİRANEDİCİ (ID - 41785)

sif. Viranə halına salan, yıxıb-dağıdıcı, xarabazara çevirən. Viranedici müharibələr. Viranedici zəlzələ.

VİRANƏ (ID - 41786)

is. [fars.] Xaraba, yıxıq bina, uçuq bina qalıqları. Mənzil olur gəh mənə viranələr; Cin görürəm, can görürəm, qorxmuram. M.Ə.Sabir. Mən onda bildim ki, yaranmaq nədir? Bəşərsiz kainat bir viranədir. S.Vurğun. // klas. Məc....

VİRANƏLƏNMƏK (ID - 41787)

f . Viranə halına gəlmək, dağılmaq, bərbad olmaq. // Məc. mənada. Bir qəmzəsi qanlı, həramı, yağı; Çapdı könlüm şəhrin, viranələnmiş. M.V.Vidadi.

VİRANƏLİK (ID - 41788)

is. Xarabazar yer, viran olmuş yer; xarabalıq, xarabazarlıq.

VİRANXANA (ID - 41789)

is. [fars.] Xaraba, viranə, xaraba qalmış ev (hiddət, yaxud kədər məqamında evə işarədir). [Qarı:] Öz viranxananda otur, .. bu il taxılımız da yaxşıdı. M.Hüseyn.

VİRD (ID - 41790)

is. [ər.] Dindarların bir savab iş kimi tez-tez söylədikləri, təkrar etdikləri dini kəlam, söz, ifadə. Gər vəfa qıl bu Xətayi bəndənə, ya qılma, kim; Ruzü şəb verdim sənə zikrü duadır, bilmiş ol. Xətayi. Əhli-dünyayə virdi...

Bu səhifə 69 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla