ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

VAYSILANMAQ (ID - 41441)

bax vaysınmaq. [İlyas] təzə köynəyini geyib, güzgünün önündə dayananda, üzünü saqqal basdığını görüb vaysılandı. Mir Cəlal.

VAYSINMA (ID - 41442)

“Vaysmmaq”dan f.is.

VAYSINMAQ (ID - 41443)

f . dan. Heyifsilənmək, axvay etmək, çox təəssüf etmək. Nəbi yoldaşı Mahmudun ölməsi üçün çox vaysılanırdı. “Qaçaq Nəbi” . [Tubu:] Gedirsən, get. Sonra vaysınanda danışaram. Ə.Haqverdiyev.

VAZ1 (ID - 41444)

is. Baramaçılıqda: kələfcə şəklində sarman incə yalınqat ipək teli.

VAZ2 (ID - 41445)

: vaz keçmək - əl çəkmək, fikrindən daşınmaq. Öz fikrindən, niyyətindən vaz keçmək. - Axırda mülahizələr yürütməkdən vaz keçərək sükuta daldım. Çəmənzəminli. [Sərdar Rəşid:] Təbiidir ki, mən sizin şərəfinizə toxunmamaq...

VAZ3 (ID - 41446)

vaz atmaq - hoppanmaq, sıçramaq, atılmaq, atılıb-düşmək. Sürü üstündə çobanlar yatmaz qorxudan; Çöldə heyvan ya maral vaz atmaz qorxudan. A.Səhhət. Budur, qız, getsənə, ilk qatar gəlir; Ürkərək vaz atıb qaçır dəvələr. S.Rüstəm....

VAZA (ID - 41447)

[fr.] İçinə meyvə, şirniyyat, çiçək və s. qoymaq, yaxud bəzək üçün qəşəng qab. Gülməyir vazamda artıq gül, çiçək; Məni düşündürür indi hər sözün. S.Rüstəm. [Hüseyn və Mirmahmud] uzun büllur vazalardakı mürəbbədən,...

VAZEH (ID - 41448)

sif. və zərf [ər.] Aşkar, açıq-aydın, şübhəsiz. [Səkinə xanım:] Nə danışırsan, vazeh danış, görüm mətləbin nədir? M.F.Axundzadə. Hicran qəminin badeyigülgundür əlacı; Vazeh danışırlar bunu meyxanələr içrə. Q.Zakir....

VAZEHLİK (ID - 41449)

is. Aşkarlıq, açıqlıq, aydınlıq.

VAZELIN (ID - 41450)

[fr.] Neftdən istehsal edilən, ətriyyat və texnikada işlənən yağlı maddə.

VAZELİNLƏMƏ (ID - 41451)

“Vazelinləmək”dən f.is.

VAZELİNLƏMƏK (ID - 41452)

f Vazelin sürtmək.

VAZELİNLƏNMƏ (ID - 41453)

“Vazelinlənmək”dən f.is.

VAZELİNLƏNMƏK (ID - 41454)

məch. Vazelin sürtülmək.

VAZELİNLİ (ID - 41455)

sif. 1. Tərkibində vazelin olan. Vazelinli sabun.
2. Vazelin sürtülmüş.

VAZIMAQ (ID - 41456)

f. məh. Qaçmaq. [Rüstəm bəy:] Əliqılınclı, qabağımdan dovşan tazı qabağından qaçan kimi vazıyırdı. N.Vəzirov.

VAZLAMAQ (ID - 41457)

bax vaz atmaq (“vaz3” da). Ceyran yana sıçradı, buynuzlarını boynuna qısıb daha da bərk vazladı. M.Rzaquluzadə.

VE (ID - 41458)

“V” hərfinin və bu hərflə işarə olunan samitinin səssizin adı.

VEC (ID - 41459)

Adətən feillərlə işlənir: vecə gəlmək - lazım olmaq, gərək olmaq, yararlıq göstərmək, yaramaq. [Bəylərdən birisi:] Həkim tayfasının ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə. [Bəbir bəy:] Ancaq ki özün yovuşan...

VECSİZ (ID - 41460)

sif. Lazımsız, gərəksiz, yararsız, karsız, yaramaz, dəyərsiz, xeyirsiz, işəgəlməz, bikara. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir. Mən hərdən oturub fikirləşirəm və bu əqidəyə gəlirəm...

VECSİZLİK (ID - 41461)

is. Yararsızlıq, yaramazlıq, dəyərsizlik, faydasızlıq, karsızlıq, heç bir şeyə lazım olmama. [Salavat] əlinə keçirdiyi düşmənin belə vecsizliyindən pərt olub, narazılıqla mırıldandı. Ə.Əbülhəsən. // Mənasızlıq.

VEÇE (ID - 41462)

is. [rus.] Qədim və orta əsr rus şəhərlərində xalq yığıncağı.

VEDA (ID - 41463)

[sanskr.] Hindistanın dini.

VEDALAR (ID - 41464)

cəm Qədim Hindistanın dörd müqəddəs kitabı.

VEDRƏ (ID - 41465)

is. [rus. Beäpo] Su və başqa mayeləri daşımaq və saxlamaq üçün silindrşəkilli qab; böyük satıl. Uşaqlar itin quyruğuna vedrə bağlayıb qovurlar. Ə.Haqverdiyev.
□□ Vedrə bağlamaq dan. - ələ salmaq, araya qoymaq, lağa qoymaq,...

VEDRƏCİK (ID - 41466)

is. Kiçik vedrə.

VEDRƏLƏMƏ (ID - 41467)

dan. “Vedrələmək”dən f.is.

VEDRƏLƏMƏK (ID - 41468)

f. dan. bax vedrə bağlamaq (“vedrə” də).

VEGETARİAN (ID - 41469)

is. [ing.] Yalnız bitki yeməkləri ilə qidalanan adam.

VEGETASİYA (ID - 41470)

[lat.] Bitkinin cücərməsi, boy atması və inkişaf dövrü. Çay bitkisinin vegetasiya dövründə istiyə çox ehtiyacı vardır.

VEGETATİV (ID - 41471)

sif. bot. zool. Canlı orqanizmlərin inkişaf və qidasına aid olan. Çay bitkisinin vegetativ üsulla artırılması seleksiyatoxumçuluq işində geniş tətbiq edilir. □ Vegetativ çoxalma bot. - bitkilərin qeyri-cinsi çoxalması üsulu. Vegetativ...

VEKSEL (ID - 41472)

[alm.] Bir şəxsə və ya idarəyə müəyyən müddətdə, müəyyən miqdarda pul verməli olan şəxs tərəfindən verilən iltizamnamə. [Dükançı:] A kişi, yaxşı yadıma düşdü, Hacı Imamqulunun vekselinin vaxtıdır, aparım onun pulunu...

VEKTOR (ID - 41473)

[lat.] riyaz. Ədədi qiyməti və istiqaməti olan riyazi kəmiyyət və bu kəmiyyətin qrafik təsviri.

VEKTORİAL (ID - 41474)

sif. Vektora aid olan. Bektorial hesablama. Vektorial kəmiyyət.

VELİKORÜS (ID - 41475)

VELODROM (ID - 41476)

[fr. velo və yun. drom] Velosipedləri sınamaq və velosiped yarışları keçirmək üçün xüsusi meydan, betonlu yol.

VELOSİPED (ID - 41477)

[lat.] Ayaqlarla hərəkətə gətirilən ikitəkərli, yaxud üçtəkərli minik maşını. Velosiped yarışı. Uşaq velosipedi.

VELOSİPEDÇİ (ID - 41478)

is. Velosiped sürən adam, velosipeddə gəzən, yaxud velosiped ilə məşğul olan adam. Velosipedçilərin yarışı.

VELÜR (ID - 41479)

[fr.] 1. toxuc. Drapın, məxmərin ən yaxşı növlərinin adı. Velür şlyapa. Velür palto. Qoyun, yunundan, xüsusilə zərif və yarımzərif yundan ən qiymətli parçalar - baston, triko, velür və başqaları hasil olur.
2. Zamşaya (üzüxovlu...

VELVET (ID - 41480)

is. [ing.] Nazik iplikdən toxunmuş qabarıq milləri olan parça.

VENA (ID - 41481)

[lat.] anat. Qanı ürəyə aparan qan damarı.

VENERA1 (ID - 41482)

is. [lat.] Qədim yunan mifologiyasında məhəbbət və gözəllik ilahəsi.

VENERA2 (ID - 41483)

is. [lat.] Günəş sistemində Günəşə yaxınlığına görə ikinci planet.

VENEROLOGİYA (ID - 41484)

[yun.] tib. Tibb elminin zöhrəvi xəstəliklər bəhsi.

VENEROLOJİ (ID - 41485)

sif. Venerologiyaya aid olan. Veneroloji dispanser.

VENEROLOQ (ID - 41486)

[yun.] tib. Zöhrəvi xəstəliklər mütəxəssisi; həkim.

VENET(LƏR) (ID - 41487)

is. [lat.] Qədimdə Adriatik dənizinin şimal sahillərində yaşamış tayfalar qrupu.

VENOZ (ID - 41488)

sif. anat. Venalara aid olan, yaxud venaların içində olan.

VENTİL (ID - 41489)

[alm.] tex. Borularda, cihazlarda və s.-də mayenin, qazın, yaxud buxarın yolunu açıb-bağlamaq üçün qurğu, qapaq.

VENTİLYASİYA (ID - 41490)

Bu səhifə 156 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
CCBot/2.0 (https://commoncrawl.org/faq/)