333333 İzahlı lüğət - V hərfi ilə başlayanlar - H. 9
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

VƏRƏQ (ID - 41641)

is. 1. Müəyyən şəkildə və ölçüdə kəsilmiş kağız parçası, kağız təbəqəsi. Bir vərəq kağız. // Səhifə. Bir yeni aləm var hər vərəqində. S.Vurğun.
mətb. Çap mətninin on altı səhifədən ibarət olan ölçü vahidi....

VƏRƏQBƏVƏRƏQ (ID - 41642)

zərf Vərəq-vərəq, vərəqləri bir-bir çevirərək. Kitabı vərəqbəvərəq gözdən keçirdim.

VƏRƏQƏ (ID - 41643)

is. 1. Kiçik vərəq; vərəq. Sual vərəqəsi. Anket vərəqəsi.
2. Üzərində mühüm siyasi xəbərlər və s. çap olunmuş kiçik kağız vərəqi. [Müsafir:] Sən məndən sonra söylədiklərini anlatmalısan. Tapşırdıqlarımı unutma!...

VƏRƏQLƏMƏ (ID - 41644)

“Vərəqləmək”dən f.is.

VƏRƏQLƏMƏK (ID - 41645)

f Kitabın və s.-nin vərəqələrini (səhifələrini) bir-bir çevirmək. Kitabı vərəqləmək. - Şəmsiyyə hamıdan axırda durmuş, nə isə əlində bir kitab vərəqləyir, məşğul kimi görünürdü. M.Ibrahimov.

VƏRƏQLƏNMƏ (ID - 41646)

“Vərəqlənmək”dən f.is.

VƏRƏQLƏNMƏK (ID - 41647)

məch. Vərəqləri, səhifələri bir-bir çevrilmək. Kitab çox vərəqlənməkdən dağılmışdır. - Bu sinə dəftəri hər gün açılır, onun tükənməz səhifələri Ağabəyimin qarşısında vərəqlənirdi. Çəmənzəminli.

VƏRƏQLƏTMƏK (ID - 41648)

icb. Vərəqləri, səhifələri bir-bir açdırmaq, çevirtdirmək.

VƏRƏQPARƏ (ID - 41649)

is. [ər. vərəq və fars. ...parə]
Kağız parçası. Kitabi-mərifətdir əhli-həqqə hər vərəqparən. S.Ə.Şirvani.
2. Heç bir qiyməti və əhəmiyyəti olmayan kağız parçası.

VƏRƏM (ID - 41650)

is. [ər.] tib. Ağ ciyərdə və bəzən bədənin başqa hissələrində Kox mikrobu adlanan xüsusi mikrobun törətdiyi yoluxucu xəstəlik. Ciyər vərəmi. Sümük vərəmi. Vərəm aşısı. Vərəm mikrobu.

VƏRƏMLƏMƏ (ID - 41651)

“Vərəmləmək”dən f.is.

VƏRƏMLƏMƏK (ID - 41652)

f. 1. Bax vərəmlənmək. Yüksəklərə, mavi göylərə doğru boylanan bacalar Qaraşəhərin zirzəmilərində vərəmləyən fəhlələrin dastanını oxuyurdu. M.S.Ordubadi.
2. məc. Dərdə düşmək, dığlamaq. Vaqif haqdan dilər lütfü...

VƏRƏMLƏNDİRİLMƏ (ID - 41653)

“Vərəmləndirilmək”dən f.is.

VƏRƏMLƏNDİRİLMƏK (ID - 41654)

məch. Vərəm xəstəliyinə tutulmasına səbəb olmaq, dığlandırılmaq.

VƏRƏMLƏNDİRMƏ (ID - 41655)

“Vərəmləndirmək”dən f.is.

VƏRƏMLƏNDİRMƏK (ID - 41656)

bax vərəmlətmək.

VƏRƏMLƏNMƏ (ID - 41657)

“Vərəmlənmək”dən f.is.

VƏRƏMLƏNMƏK (ID - 41658)

f . Vərəm xəstəliyinə tutulmaq.

VƏRƏMLƏTMƏ (ID - 41659)

“Vərəmlətmək”dən f.is.

VƏRƏMLƏTMƏK (ID - 41660)

f . 1. Vərəmlə xəstələndirmək.
2. məc. Dığlandırmaq, azara salmaq, dərdə salmaq (acıqdan, fikirdən, qüssədən və s.dən).

VƏRƏMLİ (ID - 41661)

sif və is. Vərəm xəstəliyi olan.

VƏRƏNDAZ (ID - 41662)

is. dan. Götür-qoy, ölçübbiçmə, təkrar-təkrar yoxlama. □ Vərəndaz etmək - götür-qoy eləmək, ölçüb-biçmək, təkrar-təkrar yoxlamaq. [Xoruz-oğlu:] Vallah, o qədər vərəndaz eləmədim, ancaq kişi təsdiq elədi. S.Rəhimov.

VƏRƏSAT (ID - 41663)

is. [ər.] bax varislik.

VƏRƏSƏ (ID - 41664)

is. [ər.] köhn. rəs. Ölən bir adamdan sonra yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun mülk və malına sahib olan şəxs(lər); varis(lər). Vərəsə arasında dava .. vaqe olubdur. M.F.Axundzadə. Sərdar Rəşidin vərəsələri ev şeylərini...

VƏRƏSƏLİ (ID - 41665)

sif. Vərəsəsi olan, varis(lər)i olan.

VƏRƏSƏLİK (ID - 41666)

is. Vərəsənin hüquqi vəziyyəti; varislik.

VƏRƏSƏSİZ (ID - 41667)

sif. Vərəsəsi, varisi olmayan.

VƏRLƏMƏK (ID - 41668)

f. k.t. məh. Əkilmiş yeri zolaqlar şəklində sahələrə ayırmaq.

VƏRNİ (ID - 41669)

is. Xovsuz xalça növü.

VƏRŞİKƏST (ID - 41670)

is. [fars.] köhn. Böyük zərər nəticəsində tacirin mayadan düşməsi, borclarını ödəmək iqtidarını itirməsi, iflas etməsi; iflas, müflislik. □ Vərşikəst olmaq (düşmək) - iflas etmək, müflis olmaq, sınıq çıxmaq. [Ağa Qurban]...

VƏRŞİKƏSTLİK (ID - 41671)

is. Müflislik, sınıq çıxma, iflas.

VƏRTƏ (ID - 41672)

is. [ər.] Uçurum; təhlükə. Boz at, səni sər töylədə bağlaram; Əgər bizi bu vərtədən qurtarsan; Ayağına qızıl, gümüş nallaram. “Qaçaq Nəbi” .

VƏSAİT (ID - 41673)

is. [ər. “vasitə” söz. cəmi] 1. Bax vasitə 2-ci mənada. // Ləvazimat. İstehkam hissələrinin əlində kifayət qədər vəsait olmurdu. Mir Cəlal.
Pul, kredit. Maliyyə vəsaiti. Maddi vəsait. İnşaat üçün vəsait buraxmaq. Ayrılmış...

VƏSAİTLİ (ID - 41674)

sif Vəsaiti olan.

VƏSATƏT (ID - 41675)

is. [ər.] köhn. rəs. Arada vasitə olma; vasitəçilik, araçılıq, miyançılıq; rəsmi xahiş. Vəsatət istəyirəm qəhrə getmiş eşqin üçün; Necə ki, tövbəni rind sındırar rizası ilə. Şəhriyar.

VƏSƏT (ID - 41676)

is. [ər.] 1. Orta. Böyükxanım evin vəsətində döşək üstündə .. əyləşmişdir. M.S.Ordubadi.
2. mus. Orta səs. Tahir zildən vəsətə keçəndə bütün salon heyrət içində susmuşdu. M.Hüseyn.

VƏSF (ID - 41677)

is. [ər.] 1. Bir şəxsin və ya bir şeyin malik olduğu sifət, keyfiyyət, hal; səciyyə. Zatinə kimsə irməz, vəsfini bilməz. Nəsimi. [Vəzir:] Bəlkə bu tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. M.F.Axundzadə. □...

VƏSFƏGƏLMƏZ (ID - 41678)

VƏSFİ (ID - 41679)

sif. köhn. Bir şəxsin və ya şeyin xüsusi hal və keyfiyyətinə, vəsfinə aid olan.
□□ Vəsfi analiz kim. - maddənin tərkibinin tədqiqi, onun tərkibini təşkil edən elementlərin müəyyən edilməsi.

VƏSFİ-HAL (ID - 41680)

VƏSİ(Y) (ID - 41681)

is. [ər.] köhn. Ölmüş bir adamın vəsiyyətini yerinə yetirən. Çün Səd istədi ki, məsailini soruşsun, həzrət buyurdu ki, .. mənim fərzəndimdən soruş ki, mənim vəsiyyicanişinimdir. M.F.Axundzadə.

VƏSİQƏ (ID - 41682)

is. [ər.] Bir şeyi təsdiq edən və bir şeyə icazə verən sənəd, rəsmi kağız; şəhadətnamə. [Əbülhəsən bəy:] Biz küçələrə çıxa bilərdik. Əlimizdə vəsiqələr var idi. M.S.Ordubadi. Bəhram məktubu büküb, gərəksiz bir...

VƏSİQƏLİ (ID - 41683)

sif. Vəsiqəsi, sənədi olan.

VƏSİLƏ (ID - 41684)

is. [ər.] 1. Vasitə, yol, üsul. Öz ixlas və hüsni-xidmətini [hər kəs] bu mətləbin təhsilinə vəsilə bilsin. M.F.Axundzadə. [Mirzə Məhəmmədqulu:] .. Bu vəsilə ilə sizləri bəlkə qaranlıq aləmindən çıxarda. Məmmədquluzadə.
Vəsait....

VƏSİYYƏT (ID - 41685)

is. [ər.] Ölərkən bir şəxsin öz övladına, yaxud yaxınlarına verdiyi tapşırıq, göstəriş, sərəncam, məsləhət, son sözü. [Hacı Xəlil:] Mənim vəsiyyətim qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir....

VƏSİYYƏTNAMƏ (ID - 41686)

is. [ər. vəsiyyət və fars. ...namə] Yazılı vəsiyyət, vəsiyyət kağızı, vəsiyyət sənədi.

VƏSL (ID - 41687)

is. [ər.] klas. Sevgilisi ilə qovuşma; vüsal. Ruzü şəb vəslin xəyalı canda qaldı yadigar. Xətayi. Könlüm evi xərabtər oldu fəraqdan; Vəslin bu mülkü etmədi abad, ağlaram. Natəvan. Nə üçün verməmişəm vəsl günü canı sənə?...

VƏSMƏ (ID - 41688)

is. [ər.] köhn. 1. Möhür.
2. Qadınların qaşlarına çəkdikləri qara boya, rəng. Vəsmə bol olanda qaşa da yaxarlar, gözə də. (Ata. sözü). Qaşa vəsmə, gözə sürmə çəkəndə; Siyah zülfün dal gərdənə tökəndə. M.P.Vaqif....

VƏSMƏLİ (ID - 41689)

sif köhn. Vəsmə çəkilmiş. Vəsməli qaş. - Şöleyi-şəmi-hidayətdir cəmalün pərtövü; Qibleyi-mülki-məlaik vəsməli qaşın sənin. Kişvəri.

VƏSSƏLAM (ID - 41690)

[ər.] Sözün qısası, məsələ bitdi, iş qurtardı, bu qədər. Bəli, sözümüz oradadır ki, pişik ilə arvadın çarəsi məhz dağarcıqdır. Sözünə baxmadılar, - qat dağarcığa, ağzını bağla, vəssəlam! C.Məmmədquluzadə. [Duma:]...

Bu səhifə 144 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.