ZE+education
kitab_satishi+600x100
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

VƏHŞİYYƏT (ID - 41591)

is. [ər.] Vəhşilik. Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşiyyət vadisində sərgərdan qoydu. U.Hacıbəyov.

VƏHY (ID - 41592)

is. [ər.] İslam dini etiqadına görə, bir fikir və ya hökmün Allah tərəfindən peyğəmbərə ilham olunması, çatdırılması, verilməsi. // məc. İlahi səs, son dərəcə gözəl, məftunedici səs mənasında. Hər nəfəsin bir ayə,...

VƏKALƏT (ID - 41593)

is. [ər.] 1. Bir işi görmək üçün birisinə verilən hüquq; vəkillik. Mələkənin hüzuruna göndərilən heyətə geniş vəkalət verilmişdir. M.S.Ordubadi.
2. Nazirlik, nəzarət, vükəlalıq.

VƏKALƏTƏN (ID - 41594)

zərf [ər.] Vəkalət yolu ilə, vəkalətlə.

VƏKALƏTNAMƏ (ID - 41595)

is. [ər. vəkalət və fars. ...namə] Vəkillik kağızı; birinin bir işi görmək üçün vəkil olduğuna dair vəkil edən şəxs və ya idarə tərəfindən verilən sənəd. Pul almaq üçün vəkalətnamə vermək. Vəkalətnaməsini təqdim...

VƏKİL (ID - 41596)

is. [ər.] 1. Vəkalətə əsasən iş görən şəxs. [Səkinə xanım:] Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. M.F.Axundzadə. □ Vəkil etmək öz əvəzinə bir işi görmək üçün birinə vəkalət vermək,...

VƏKİLLİK (ID - 41597)

is. Vəkilin gördüyü iş, vəkil vəzifəsi. □ Vəkillik etmək - 1) vəkil sifəti ilə məhkəmədə və s.-də başqasının işini aparmaq; 2) başqasının əvəzinə danışmaq, iş görmək (mənfi mənada işlənir).

VƏQƏ (ID - 41598)

is. [ər.] Baş vermiş hadisə, macəra, qəziyyə.

VƏQF (ID - 41599)

is. [ər.] İslamiyyətdə: dini məqsədlə bir şəxs tərəfindən hər hansı bir iş üçün təxsis edilən və ya bağışlanan mal-mülk, pul və s. Hacı Məcid əfəndi Cümə məscid mədrəsəsinin nizamını pozdu və mollalara vəqfdən...

VƏQFİYYAT (ID - 41600)

is. [ər.] Vəqf olunmuş şeylər - mal, mülk, pul və s. (bax vəqf).

VƏQFİYYƏ (ID - 41601)

[ər.] bax vəqfnamə.

VƏQFNAMƏ (ID - 41602)

is. [ər. vəqf və fars. ...namə] Bir vəqfin şərtlərini və idarə olunma qaydalarını müəyyən edən sənəd (bax vəqf).

VƏQT (ID - 41603)

[ər.] bax vaxt

VƏQTA (ID - 41604)

Kİ bağl. köhn. Bir zaman ki, bir halda ki, elə ki, o vaxt ki. Vəqta ki qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. [Məmmədhəsən ağa:] - Rusiyə ilə, - dedi, - anlaşmaq lazımdır, vəqta ki özləri buna müştaqdır:...

VƏL (ID - 41605)

is. Alt tərəfindəki oyuqlara balaca daşlar keçirilmiş, yaxud yan-yana dəmir dişləri olan ağacdan, taxtadan qayrılmış ibtidai xırman aləti (taxıldöyən alət). Biçinə çin gərəkdi, xırmana vəl. S.Ə.Şirvani. Əsəd minib vəlin...

VƏLAKİN (ID - 41606)

bağl. [ər.] klas. Lakin, amma, ancaq, fəqət.

VƏLƏ (ID - 41607)

is. məh. Bir yaba dolusu, bir yabanın götürə biləcəyi qədər ot, kol və s.; şələ, qucaq. Qaranlıq çökəndə Qaraxan Məcidin qəbri üstə bir vələ tikan odlayıb alov elədi. S.Rəhimov.

VƏLƏD (ID - 41608)

is. [ər.] köhn. Uşaq, oğul, övlad. Amandı! Qoymayın, övladınız azıb çıxa yoldan; Ola bu yaxşı vələdlər yaman; Bu boydabu boyda! M.Ə.Sabir.

VƏLƏMBƏ (ID - 41609)

is. Göz qapağı.

VƏLƏMİR (ID - 41610)

is. bot. Taxıl fəsiləsindən dənli yem bitkisi.

VƏLƏS (ID - 41611)

VƏLƏZZALİN (ID - 41612)

[ər.] Ərəbcə bir tərkib olub, azərbaycanca ancaq uzunçuluq mənasında işlənir. Vələzzalin söyləmə (uzunçuluq etmə).

VƏLİ1 (ID - 41613)

is. [ər.] 1. Hami, himayəçi. Yaxın dost.
Ağa.

VƏLİ2 (ID - 41614)

VƏLİƏHD (ID - 41615)

is. [ər.] 1. Padşahın yerini tutmalı olan şəxs. Vəliəhd bu etimadsızlığı.. sərdar Rəşiddən gördüyü üçün, onlarla çox etinasız bir surətdə görüşdü. M.S.Ordubadi. [Anaxatun] yaxşı bilirdi ki, .. yeganə vəliəhdini vurmağa...

VƏLİƏHDLİK (ID - 41616)

is. Taxt-taca sahib olma qaydası. Hidayət ağanın düzəlib işi; Vəliəhdliyi möhkəm olubdur. Q.Zakir. Azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. M.S.Ordubadi.

VƏLİM (ID - 41617)

is. məh. Çör-çöp. Bir bağ vəlim tapammır biçarə yandıra; Möhtacdır özü və əyalı hərarətə. M.Möcüz.

VƏLİNEMƏT (ID - 41618)

is. [ər.] köhn. Birini böyüdüb bəsləyən, saxlayan, boynunda haqqı olan adam.

VƏLİYYÜNNEMƏ(T) (ID - 41619)

[ər.] köhn. bax vəlinemət. [Münəvvər xanım:] Ana, insaf elə, mürüvvət elə, insan da Qulam xan kimi nakəsdən ötrü öz vəliyyün-nemətinə ağ olar? M.S.Ordubadi.

VƏLLƏMƏ (ID - 41620)

“Vəlləmək”dənf.is.

VƏLLƏMƏK (ID - 41621)

f. Xırmanda taxılı vəl ilə döymək.

VƏLVƏLƏ (ID - 41622)

is. Səs-küy, gurultu-patırtı, həyəcan, çaxnaşma, qarmaqarışıqlıq. O gecəki vəlvələdən ancaq bunu görə bildim. A.Şaiq. □ Vəlvələ düşmək - qarmaqarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan (gurultu-patırtı) düşmək....

VƏN (ID - 41623)

is. bot. Qabığı ağ, bərk oduncaqlı meşə ağacı. Neçə il qabaq quruyub çığrığa dönmüş yoğun vənlərin qabıqları çürümək üzrə idi. Ə.Vəliyev.

VƏNGİLDƏMƏ (ID - 41624)

“Vəngildəmək”dən f.is.

VƏNGİLDƏMƏK (ID - 41625)

f Vurulmaqdan və ya başqa bir səbəbdən yazıq-yazıq, ucadan səs çıxarmaq (it haqqında).

VƏNGİLDƏTMƏK (ID - 41626)

icb. Vəngildəməsinə səbəb olmaq.

VƏNGİLTİ (ID - 41627)

is. Vurulmaq və ya başqa bir səbəb nəticəsində ağrıdan itin yazıq-yazıq çıxardığı səs.

VƏR1 (ID - 41628)

is. məh. Əkin və ya otlağın biçilməli olan bir sahəsi. Sərvinazın manqa üzvləri vəri başa vurub geri qayıtdıqda yenə də nəşəli idilər. Ə.Vəliyev.

VƏR2 (ID - 41629)

is. [fars.] Tərəf, cəhət.

VƏR3 (ID - 41630)

bağ. [fars.] Mömin, dindar olma.

VƏRASƏT (ID - 41631)

is. [ər.] bax varislik. Şirvan şahlığının hökumət quruluşundakı vərasət məsələsi ləğv olunduğu zaman Şimali Azərbaycanın mərkəzini Şirvana köçürmək və oranı Azərbaycan paytaxtı adlandırmaq mümkün idi. M.S.Ordubadi.

VƏRDƏLƏMƏ (ID - 41632)

bax vərdənələmə.

VƏRDƏLƏMƏK (ID - 41633)

bax vərdənələmək.

VƏRDƏNƏ (ID - 41634)

is. 1. Xəmir və s. yaymaq üçün ağacdan və s.-dən qayrılan silindrşəkilli alət. Gənclər bir tərəfi nazik olan vərdənəyə bənzər millərdən yapışıb oynatmağa başladılar. Çəmənzəminli. [Usta] şagirdinin vərdənə ilə yaydığı...

VƏRDƏNƏLƏMƏ (ID - 41635)

“Vərdənələmək”dən f.is.

VƏRDƏNƏLƏMƏK (ID - 41636)

f . Vərdənə ilə yaymaq, yastılamaq, hamarlamaq.

VƏRDƏNƏLƏNMƏ (ID - 41637)

dan. “Vərdənələnmək”dən f.is.

VƏRDƏNƏLƏNMƏK (ID - 41638)

məch. Vərdənə ilə yayılmaq, yastıladılmaq, hamarladılmaq.

VƏRDİŞ (ID - 41639)

is. Təcrübə, təkrarlama və çox işləmək nəticəsində əldə edilən iş bacarığı, adət edilmiş şey; insanın öz həyatının müəyyən dövründə öyrəşdiyi, adət etdiyi şey. Əmək vərdişi. - Uzun illərin vərdişi onu [Kərimbəyi]...

VƏRDİŞLİ (ID - 41640)

sif. Vərdişi olan, vərdiş əldə etmiş, bir şeyə adət etmiş; təcrübəli. // Vərdiş etmiş, adət etmiş.

Bu səhifə 124 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.