1
VARİASİYA sözünün izahı / VARİASİYA sözünün mənası
ZE+education
kitab_satishi+

İzahlı lüğət

VARİASİYA

[lat.] 1. mus. Əsas musiqi mövzusunun, onun ayrı-ayrı elementlərini (ritm, harmoniya və s.) dəyişdirmək yolu ilə başqa şəklə salınması. “Vilayəti” nin birinci cümləsi variasiya şəklində təkrar olunmasını tələb edir. U.Hacıbəyov. Adından bəlli olduğu kimi, variasiya tərzində yazılmış əsərlərdə müəyyən bir melodiya (tema) sonradan müxtəlif surətdə başqa şəkildə dəyişdirilərək, hər dəfə yeni bir variantda ifadə edilir. Ə.Bədəlbəyli. // Cəm şəklində: variasiyalar mus. əsas mövzunun təkrarından və müxtəlif şəkildə işlənməsindən ibarət musiqi əsəri, rəqs və s.
2. biol. Təbii və ya süni şərait təsiri altında heyvanların və ya bitkilərin öz əsas tipindən kənara çıxması, bir qədər dəyişməsi. Oxşar heyvanların cütləşdirilməsi faydalı variasiyaları cütləşdirməkdən əlavə, bir də bu variasiyaları nəslə mümkün qədər daha yaxşı vermək qabiliyyətini heyvanlarda təlim etmək məqsədini güdür. “Ümumi zootexniya” .
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

VA

VAQ

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif