İzahlı lüğət

VARİS

is. [ər.] 1. Bir şəxsin ölümündən sonra, yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun var və mülkünə sahib olan adam; vərəsə, xələf. Mərhumun varisləri bir-birinin üzünə baxıb.. pulları verirlər. Ə.Haqverdiyev. □ Varis olmaq - varislik yolu ilə sahib olmaq, yiyələnmək. [Səkinə xanım:] Qardaşımın övladı yoxdur ki, puluna varis ola. M.F.Axundzadə.
İrs olaraq ata-anasından, nəslindən bir xassə, bir şey almış adam və ya heyvan. Təbiətdə irsiyyətin xüsusiyyəti miras və varisdə olduğunun eynidir. “Ümumi zootexniya” .
məc. Bir işi davam etdirən; davametdirici, davamçı. Təyyarəçi olmaq, yəni döyüş ənənələrinin varisi və davametdiricisi olmaq böyük şərəfə nail olmaq deməkdir. - [Qara] ənənələrin qulu deyil, həqiqi varisidir. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

VAQ

VIJ

......
first box will be shown second NOT