Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

VOLTERÇİLİK (ID - 41841)

is. tar. Din və feodalizm düşməni olan məşhur fransız yazıçısı və mütəfəkkiri Volterin (1694-1778) fəlsəfi görüşləri üzərində qurulmuş dünyagörüşü (XVIII əsrin ikinci yarısında və XIX əsrin əvvəllərində volterçilik...

VOLTMETR (ID - 41842)

[ital. xüs. Volt və yun. metr] fiz. Elektrik dövrəsinin iki nöqtəsi arasındakı elektrik cərəyanının gərginliyini ölçmək üçün cihaz. [Yaşar:] Tanya, sən də voltmetri qur, reostatı işlət. C.Cabbarlı.

VOLYER (ID - 41843)

is. [fr.] Heyvan saxlamaq üçün qəfəs, evcik və heyvanların gəzişməsi üçün topla hasarlanmış meydança.

VOLYUNTARİST (ID - 41844)

[lat.] fəls. psix. 1. Volyuntarizm tərəfdarı.
2. Volyuntarizmə əsaslanan.

VOLYUNTARİZM (ID - 41845)

[lat.] 1. fəls. İradənin dünyanın inkişafında əsas rol oynadığını iddia, təbiət və cəmiyyətdə obyektiv qanunauyğunluğu və zəruriyyəti inkar edən mürtəceidealist fəlsəfi cərəyan.
2. psix. Ağlı deyil, iradəni psixik həyatın...

VOLYÜTA (ID - 41846)

is. [lat.] Mərkəzində dairəsi olan spiralşəkilli memarlıq bəzəyi.

VONA (ID - 41847)

is. Koreya Xalq Demokratik Respublikasında pul vahidi.

VOTUM (ID - 41848)

[lat.] Səsvermə vasitəsilə qəbul edilən qərar, fikir. □ Etimad, yaxud qeyrietimad votumu - parlamentin, hökumətin, yaxud onun ayrı-ayrı üzvlərinin - nazirlərin fəaliyyətini bəyənib-bəyənmədiyini səsə qoyma vasitəsilə ifadə...

VTULKA (ID - 41849)

is. [rus.] 1. tex. Çarxların içərisində sürtünməni azaltmaq üçün metal borucuq və halqa.
2. Tıxac.

VUAL (ID - 41850)

is. [fr.] 1. Nazik daraqlanmış yun, pambıq, yaxud ipək sapdan hazırlanan hamar, şəffaf parça.
2. Örtük, örpək.

VULKAN1 (ID - 41851)

[lat.] Təpəsindəki deşikdən od, qaz püskürən konusşəkilli dağ; yanar dağ. Palçıq vulkanı. Sönmüş vulkan. - Vulkan hadisələri dedikdə, biz yerin dərin qatlarından yanar odlu maddənin (maqmanın) yer səthinə çıxmasını nəzərdə...

VULKAN2 (ID - 41852)

is. [lat.] Qədim Roma mifologiyasında od allahı.

VULKANİK (ID - 41853)

sif Vulkandan əmələ gələn, vulkan nəticəsində baş verən, vulkanizm hadisəsi ilə əlaqədar olan. Vulkanik hadisələr. Vulkanik maddələr (lava, qazlar, kül və s.). Vulkanik adalar (dənizdə vulkan püskürməsi nəticəsində əmələ...

VULKANİZASİYA (ID - 41854)

[lat.] xüs. 1. Materiala daha artıq möhkəmlik vermək üçün kauçuku və quttaperçanı əsasən qaynar halda işləmə üsulu.
2. Xarab olmuş, deşilmiş, zədələnmiş avtomobil, velosiped şinlərini təmiretmə üsulu.

VULKANİZATOR (ID - 41855)

[lat.] xüs. Avtomobil, velosiped və s. şinlərini və ümumiyyətlə, kauçukdan qayrılmış şeyləri vulkanizasiya üsulu ilə təmir etmək üçün cihaz.

VULKANİZM (ID - 41856)

[lat.] Yer kürəsinin dərinliklərindən qalxan ərgin silikat kütləsinin (maqmanın) hərəkəti ilə əlaqədar olan hadisələrin məcmusu. Vulkanizm prosesi. - Geologiya elminin vulkanizm haqqında olan bəhsini rus alimləri düzgün yola salmışlar....

VULQAR (ID - 41857)

sif. [əsli lat.] 1. Həddən artıq sadələşdirilərək (bəsitləşdirilərək) təhrif edilmiş; bayağı, qaba. □ Vulqar materializm - XIX əsrin 50-60-cı illərində Almaniyada meydana gəlmiş xırda burjua fəlsəfi cərəyanı. Vulqar materialistlər...

VULQARCASINA (ID - 41858)

zərf Bayağı surətdə, qaba şəkildə.

VULQARIZM (ID - 41859)

[lat.] dilç. Ədəbi dil normalarına zidd olan qaba (qeyri-ədəbi) söz və ya ifadə.

VULQARLAŞDIRAN, VULQARLAŞDIRICI (ID - 41860)

sif. Bayağılaşdıran, qabalaşdıran; bir məsələnin, fikrin mənasını təhrif olunacaq dərəcədə sadələşdirən.

VULQARLAŞDIRILMA (ID - 41861)

“Vulqarlaşdırılmaq”dan f.is.

VULQARLAŞDIRILMAQ (ID - 41862)

məch. Bayağılaşdırılmaq, qabalaşdırılmaq, mənası təhrif olunacaq dərəcədə sadələşdirilmək.

VULQARLAŞDIRMAQ (ID - 41863)

f sif Bayağılaşdırılmış, qabalaşdırılmış, mənası təhrif olunacaq dərəcədə sadələşdirilmiş.

VULQARLAŞMA (ID - 41864)

“Vulqarlaşdırmaq”dan f.is.

VULQARLAŞMAQ (ID - 41865)

f Bayağılaşmaq, qabalaşmaq.

VULQARLIQ (ID - 41866)

is. Vulqar şeyin halı; bayağılıq, qabalıq.

VURAĞAN (ID - 41867)

VURAĞANLIQ (ID - 41868)

is. Vurağan heyvanın xasiyyəti.

VURAN1 (ID - 41869)

is. riyaz. Vurma əməlində: vurma hasilini almaq üçün bir ədədin digər ədədə neçə dəfə vurulduğunu göstərən ədəd.

VURAN2 (ID - 41870)

f sif bax vurağan 1-ci mənada. Vuran öküzə Allah buynuz verməz. (Ata. sözü).

VURÇATLASIN (ID - 41871)

is. dan. Qarmaqarışıqlıq, ara qızışma, mərəkə, səs-küy; dava-vuruşma (adətən bir işin, hadisənin qızışdığını, ən qızğın çağını bildirir). Bəli, vurçatlasın, çal oynasın, yeddi gün, yeddi gecə toy eyləyib, axırıncı...

VURDURMA (ID - 41872)

“Vurdurmaq”dan f.is.

VURDURMAQ (ID - 41873)

“Vurmaq”dan icb.

VURĞU1 (ID - 41874)

is. 1. Vuruş, zərbə. Yan alan gəmilərin vurğusundan qorumaq üçün əsasın qabaq hissəsində xüsusi qoruyucu qoyulur. Quliyev. Günəş şüalarından düzgün istifadə etmədikdə, dərinin yanması, ümumi əzginlik, Günəş vurğusu kimi...

VURĞU2 (ID - 41875)

is. qram. Kəlmədə müəyyən səsin (səslinin) ucalması və bunun üçün o səsin və ya hərfin üzərinə qoyulan işarə. Vurğu işarəsi.

VURĞULU (ID - 41876)

sif. dilç. Üzərində vurğu (vurğu işarəsi) olan. Vurğulu hərf.

VURĞUN (ID - 41877)

sif. 1. Vurulmuş, aşiq olmuş, həddindən artıq sevən; məftun. Zəfər sözünün də vurğunuyam mən; Günəşdən ucadır onun bayrağı! S.Vurğun. [Aybəniz:] Elçin Reyhanın vurğunudur, .. mən onların məhəbbətinə mane olmaq istəmirəm....

VURĞUSUZ (ID - 41878)

sif. dilç. Vurğusu olmayan. Vurğusuz heca.

VURĞUSUZLUQ (ID - 41879)

is. dilç. Vurğu olmaması.

VURHAVUR (ID - 41880)

1. is. Dava, vuruşma, dalaşma, qarmaqarışıqlıq, səs-küy, qalmaqal. Kazım gülərək dedi: - Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq. Çəmənzəminli. Açıldı bayraqlar, çalında boru; Fələk görməmişdi bu vurhavuru....

VURHAY, VURHARAY (ID - 41881)

is. dan. Səs-küy, qalmaqal, vurçatlasın.

VURMA (ID - 41882)

1. “Vurmaq”dan f.is.
2. riyaz. Hasil almaq üçün bir ədədin başqa bir ədədə, yaxud öz-özünə vurulması. Vurma əməli. Vurma cədvəli.

VURMAQ (ID - 41883)

f 1. Əli ilə və ya əldə tutulan bir şeylə çırpmaq, zərbə endirmək. Ağacla vurmaq. Şillə vurmaq. Qamçı ilə vurmaq. Əllərinə vurmaq. - [İvan bəy:] Səsini kəs, buyuraram, başına yüz tatarı vurarlar. N.Vəzirov. Fərraşlar Məşədi...

VURNUXMA (ID - 41884)

1. “Vumuxmaq”dan f.is.
2. is. Təlaş, təşviş, həyəcan, çaxnaşma. □ Canına vurnuxma salmaq - qorxuya salmaq. Bu görülən işlərin hamısı düşmənin canına vurnuxma salmışdı. Ə.Vəliyev.

VURNUXMAQ (ID - 41885)

f 1. Boş-boşuna o tərəf-bu tərəfə getmək; qurdalanmaq, yerində hərəkət etmək, boş-boşuna daim hərəkətdə olmaq, əlləşmək, çalışıb-çapalamaq. Səhərdən axşamadək vurnuxmaq. - [Dayım] sonra yenə bir o tərəf-bu tərəfə...

VUR-TUT (ID - 41886)

Cəmi, hamısı, ancaq, var-yox. [Şaqqulu:] Vur-tut səkkiz manat pul var idi. Cabbarlı. [Baxış oğlu Həsənin] anası isə gözünün yaşını töküb, vur-tut bir dənə balasının əlindən getməsinə ağlayırdı. B.Talıblı. [idris] burada...

VURUB-YIXAN (ID - 41887)

sif Azğın, qudurğan; şuluqçu, dəcəl, zərər verən (bəzən qoçaq, qorxmaz mənasında da işlənir). Teymur ağa həm məşhur kefçi, həm də nüfuzlu və vurub-yıxan cavanlardan idi. M.S.Ordubadi. Səfər doğrudan da qızların xoşuna...

VURUQ (ID - 41888)

is. riyaz. Vurma əməlində: iki və ikidən çox bir-birinə vurulan ədədlərdən biri.

VURULAN (ID - 41889)

is. riyaz. Hesabda: tam ədədlərin vurulmasında eyni toplanan kimi təkrar edilən ədəd.

VURULMA1 (ID - 41890)

“Vurulmaq1”dan f.is.

Bu səhifə 137 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<