İzahlı lüğət

ÇATAQLAMAQ (ID - 6735)

f. bax çarpazlamaq.
// Əl barmaqlarını biri-birinə keçirmək. Biçinçilər əllərini başları altına çataqlayıb.. uzandılar. Mir Cəlal. Bəlkə uyuyanda başının altda; Kiçik əllərini çataqlayırsan. N.Xəzri.

ÇATAQLANMA (ID - 6736)

“Çataqlanmaq”dan f.is.

ÇATAQLANMAQ (ID - 6737)

bax çarpazlanmaq
1-ci mənada. Ananın əlləri Nərimanın çiynində yox, kürəklərində çataqlanmışdı. Mir Cəlal.

ÇATAL (ID - 6738)

ÇATALLANMA (ID - 6739)

“Çatallanmaq”dan f.is.

ÇATALLANMAQ (ID - 6740)

f. Çatal kimi ikiyə ayrılmaq. İrəlidə yol çatallanmışdır.

ÇATDIRILMA (ID - 6741)

“Çatdırılmaq”dan f.is.

ÇATDIRILMAQ (ID - 6742)

“Çatdırmaq”dan məch. Məktub vaxtında çatdırıldı. Əmanət sahibinə çatdırıldı.

ÇATDIRMA (ID - 6743)

“Çatdırmaq”dan f.is.

ÇATDIRMAQ (ID - 6744)

f. 1. Hər hansı bir vasitə və yolla yetişdirmək, vardırmaq. Aparıb yerinə çatdırmaq.
// Göndərilən ünvana, yerə, şəxsə, sahibinə vermək, təslim etmək. Məktubu sahibinə çatdırmaq.
// Bildirmək, məlumat vermək. Məlumatı...

ÇATI1 (ID - 6745)

is. Qıldan hörülmüş qalm kəndir. Örkən, palaz, çatı toxu, ip tovla, yun dara; Təndir qala, bişir çörək, aş, ət, gavur qızı! M.Ə.Sabir. Bir axşam varlığa yumub gözünü; Bir qırıq çatıdan asdın özünü. S.Vurğun.

ÇATI2 (ID - 6746)

is. Binanı örtən kirəmitləri, dəmir lövhələrini saxlamaq üçün müxtəlif materiallardan (ağacdan, taxtadan, dəmirdən) quraşdırılmış maili örtü. Evin çatısı.
// Bina və s. tikərkən üstündə durub işləmək üçün birbirinə...

ÇATIQ (ID - 6747)

sif. Çatılmış, ucları qovuşuq, birbirilə bitişik. Göylər də yavaş-yavaş; Açır çatıq qaşını. R.Rza.

ÇATIQQAŞ (ID - 6748)

bax çatmaqaş(lı).

ÇATILAMA (ID - 6749)

“Çatılamaq”dan f.is.

ÇATILAMAQ (ID - 6750)

ÇATILI1 (ID - 6751)

sif. 1. Yüklənmiş, dalma yük çatılmış (heyvan).
2. Cidalanmış.

ÇATILI2 (ID - 6752)

sif. Baş-başa çatılmış.

ÇATILMA (ID - 6753)

“Çatılmaq”dan f.is.

ÇATILMAQ (ID - 6754)

məch. 1. Yüklənmək, dalma yük qatılmaq (heyvanın). [Pərinisə ərinə:] ..Eşşəyin üstəyekə-yekə çuvallar çatılmışdı... C.Məmmədquluzadə. Qoca kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış (f.sif.) iki məfrəşi açıb...

ÇATILTI (ID - 6755)

b ax çatırtı.

ÇATIRDAMA (ID - 6756)

“Çatırdamaq”dan f.is.

ÇATIRDAMAQ (ID - 6757)

f Çatırtı səsi çıxarmaq; çatıldamaq. İndi ocaqdakı kömür çatırdayırdı. Q.İlkin.

ÇATIRTI (ID - 6758)

is. Taxta, odun kimi bərk şeylər yanarkən çıxan səs; çatıltı. Aşağıda ocaqlar çatırtı ilə tüstülənirdi. Q.İlkin.

ÇATIŞ (ID - 6759)

is. Çatmaq işi, çatma, yetmə.

ÇATIŞMA (ID - 6760)

“Çatışmaq”dan f.is.

ÇATIŞMAQ (ID - 6761)

bax çatmaq1 5-ci mənada. Doğrudan da, Hümmətəlinin nəyi çatışmırdı ? Son iki-üç ildə onun qazancı heç kəsinkindən az olmamışdı. M.Hüseyn. Elə bil qarajda çox qiymətli bir şey çatışmırdı. H.Seyidbəyli.

ÇATLAQ (ID - 6762)

is. Çatlamış, yarıq yer; çat. Uşaqların marağı daha da artdı və [Əsədin] arxasınca gedib yavaşca qapının çatlağından baxmağa başladılar. B.Talıblı. [Direktor:] Orada yeraltı çatlaqlar olması mümkündür. M.İbrahimov.
...

ÇATLAMA (ID - 6763)

“Çatlamaq”dan f.is.

ÇATLAMAQ (ID - 6764)

f 1. Çatıq əmələ gəlmək, çatlaq olmaq, parçalara ayrılmayacaq şəkildə yarılmaq, bütövlüyü pozulmaq. Həsən çəkməni o biri üzünə çevirdi, üst tərəf də vecdən çıxmışdı, neçə yerdən çatlamışdı. Çəmənzəminli....

ÇATLATMA (ID - 6765)

“Çatlatmaq”dan f.is.

ÇATLATMAQ (ID - 6766)

f Çatlamasına səbəb olmaq, çatıq əmələ gətirmək, çatlaq hala gətirmək. Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. (Ata. sözü).

ÇATLI (ID - 6767)

sif. Çatığı, çatlağı olan; çatlamış. [Çinaryarpaq ağcaqayının] yaşlı ağaclarının qabığı tünd-qonur rəngdə olub, azca çatlıdır. “Elm və həyat”.

ÇATMA1 (ID - 6768)

1. “Çatmaq1’dan f.is.
2. Ucları ortadan bir-birinə qovuşmuş. Qızın çatma qaşları vardı. - ..Cahandar ağanın qara sifəti tunc kimi bozardı, iri həbəşi dodaqları titrədi, qalın, qıllı çatma qaşlarının arası düyünləndi....

ÇATMA2 (ID - 6769)

“Çatmaq2”dan f.is.

ÇATMAQ1 (ID - 6770)

f 1. Bir istiqamətdə gedərək nəzərdə tutulan yerə yetişmək; varmaq. Atlılar hələ dolamaları enməmiş, Məmməd bəylə Kiçikbəyim çaya çatmışdılar. Çəmənzəminli. [Qərənfil xala] poçta çatdı, sovqat yeşiyinin üstünü yazdırdı....

ÇATMAQ2 (ID - 6771)

f 1. Yükləmək. Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Ata. sözü). Hər birinə ağır taylar çatdılar; Bizləyəbizləyə köçə qatdılar. Q.Zakir.
Ocağa, sobaya və s.-yə odun və s. qoyub yandırmaq; qalamaq....

ÇATMAQAŞ(LI) (ID - 6772)

sif. Qaşları bitişik olan, qaşları bir-birinə qovuşmuş. Çatmaqaş oğlan. - Səkinə iftixar dolu gözlərlə.. enlikürək, ucaboylu, çatmaqaşlı və qartalgözlü oğlunu süzdü. M.İbrahimov. Boz şaldan pencəkşalvar geyinmiş, şirvani...

ÇATMAMAZLIQ (ID - 6773)

is. Nöqsan; çatışmayan şey, cəhət. Çatmamazlıqları aradan qaldırmaq.

ÇAVISTAN (ID - 6774)

is. məh. Qarğı, taxta və s.-dən düzəldilmiş yüngül, kiçik tikili, ev. [Qaçayın] mənzili subay fəhlələr yaşayan taxta çavıstanlardan birində idi. Ə.Vəliyev.

ÇAY1 (ID - 6775)

is. [çin.] 1. Qurudulmuş yarpaqlarından ətirli içki hazırlanan həmişəyaşıl ağac və ya kol. Çay kolu. Çay plantasiyası.
Həmin bitkinin ətirli içki hazırlamaq üçün xüsusi surətdə qurudulmuş yarpaqları.
Həmin yarpaqlardan...

ÇAY2 (ID - 6776)

is. Öz hövzələrinə düşən atmosfer yağıntılarından və ya bulaqlardan qidalanan və özü əmələ gətirdiyi yataqla axan çoxlu və fasiləsiz təbii su axını. Çayın sahili. Çayla başıaşağı üzmək. Çay üzərində körpü.
Hindistanda...

ÇAYAN (ID - 6777)

is. Əqrəb.

ÇAYAŞAĞI (ID - 6778)

zərf Çayın başlanğıcından ağzı istiqamətində, suyun axıb getdiyi tərəfə; çayla başıaşağı. Çayaşağı üzmək. - [Nurəddin] paltarı quruyandan sonra geyinib çayaşağı xeyli getdi ki, bəlkəpapağını tapsın. S.S.Axundov....

ÇAYBASAR (ID - 6779)

is. Çayın sahilində daşqın zamanı su altında qalan sahə (yerlər).

ÇAYBECƏRƏN (ID - 6780)

bax çayçı 1-ci mənada.

ÇAYÇI (ID - 6781)

is. 1. Çay əkib-becərməklə məşğul olan adam; çaybecərən. Çayçıların yarışı.
// Çay mütəxəssisi.
Çayxanada xidmət edən adam. İri mis samovarın qabağında duran çayçı stəkan-nəlbəkini cingilti ilə yuyurdu. Q.İlkin.
...

ÇAYÇIXANA (ID - 6782)

bax çayxana. Məşədi Məmməd gündüzlər bazar-dükanı dolanıb, çayçıxanaları gəzərdi. B.Talıblı.

ÇAYÇILIQ (ID - 6783)

is. 1. Çay bitkisi əkib-becərməklə məşğul olan kənd təsərrüfatı sahəsi. Çayçılığın inkişafı seyrəkliyin ləğv edilməsindən, istehsal fondlarından, aqrotexniki tədbirlərdən .. asılıdır.
2. Çayxanada müştərilərə...

ÇAY-ÇÖRƏK (ID - 6784)

top. Çay, çörək, yağ, pendir və s.-dən ibarət yemək. Bu halda Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı içəri daxil oldu. S.S.Axundov. Tükəzban qarı çayı-çörəyi gətirib, .. yemək masasının...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed