İzahlı lüğət

ÇÖMÇƏ (ID - 7535)

is. dan. Uzun dəstəkli qaşıq; abgərdən. Bircə baqqal çömçə ilə qazandan qatığı qovzayıb, kobud səsiylə deyirdi: - Qatığa gəl, qadan alım, qatığa gəl! Çəmənzəminli. [Qoca] əlində yonduğu ağac parçalarından qaşıq və...

ÇÖMÇƏBALIĞI (ID - 7536)

is. zool. Karp fəsiləsindən olub, adətən qurudulmuş halda yeyilən balıq.

ÇÖMÇƏQUYRUQ (ID - 7537)

is. zool. Suda-quruda yaşayan heyvanların (qurbağanın, quruqurbağasının) quyruqlu sürfəsi. Qurbağa sürfəsi yetişkən qurbağaya heç oxşamır və çömçəquyruq adlanır. Çömçəquyruğun bədəni oxlov şəkilli və quyruğu uzun olur....

ÇÖMÇƏLƏMƏ (ID - 7538)

“Çömçələmək”dən f.sif

ÇÖMÇƏLƏMƏK (ID - 7539)

f. Çömçə ilə götürmək və ya qarışdırmaq. Dovğanı çömçələmək.

ÇÖNDƏRMƏ (ID - 7540)

“Çöndərmək”dən f.sif.

ÇÖNDƏRMƏK (ID - 7541)

f. Döndərmək, çevirmək. Xəbər gəldi ki, nəçəlnik gəlir. Hamı üzünü çöndərdi Hacı Namazalının qapısına səmt və səs-səda lap kəsildi. C.Məmmədquluzadə. Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub, .. nə...

ÇÖNMƏ (ID - 7542)

“Çönmək”dən f.sif.

ÇÖNMƏK (ID - 7543)

f. Dönmək. [Kiçikbəyim] kolların şaqqıltısını eşidib çöndü. Məmməd bəy göründü. Çəmənzəminli. Sərvər birdən çönüb cəld qaçır. Ü.Hacıbəyov.

ÇÖP (ID - 7544)

is. 1. Taxta, ağac, saman və s. parçacığı. Dişini çöplə təmizləmək. - Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal.
Bədənin bir yerinə batmış belə qırıntı,...

ÇÖPÇÜ (ID - 7545)

is. Keçmişdə: uşağın boğazında qalmış sümük və s.-ni çıxarmaqla məşğul olan arahəkimi. Çöpçü uşağın boğazını və burnunu əlləşdirdi. Sonra başını bulayıb acıqlı-acıqlı Vəli kişiyə dedi: - Uşağın boğazı sümüklə,...

ÇÖPÇÜLÜK (ID - 7546)

is. Keçmişdə: uşağın boğazından çöp çıxaran arahəkiminin peşəsi.
[Yetər] yeri düşəndə noxudla fala da baxırdı, çöpçülükdə də mahir idi. Çəmənzəminli.

ÇÖPLÜK (ID - 7547)

sif. Çoxlu çöp (alaq qırıntısı və s.) olan. Payız əkini üçün saxlanan çöplükyerlərdə kotanlar işləyir, dəmirlərin parıltısı göyə qalxır, yay şumları qaldırılırdı. S.Rəhimov.

ÇÖPÜK (ID - 7548)

sif. 1. Yunun, kətanın arıtlanandan və daranandan sonra qalan hissəsi.
2. Kilkələnmiş yun.

ÇÖR-ÇÖP (ID - 7549)

top. Alaq, ağac, ot və s. qırıntısı. Üç qızın yığıb bir yerə qaladığı çör-çöpə Güldanə od vurdu. Ə.Vəliyev. Torpağın qış aratına qoyulması yerdə qalmış çör-çöpün çürüntüyə çevrilməsinə, torpağın qidalanmasına...

ÇÖRƏK (ID - 7550)

is. 1. Undan bişirilən qida məhsulu. Buğda çörəyi. Ağ çörək (buğda unundan bişirilən çörək). Qara çörək (qarabaşaq unundan bişirilən çörək). - Mirzənin zamanında bazarda ucuzluq idi; yaxşı qoyun ətinin girvənkəsi dörd...

ÇÖRƏKAĞACI (ID - 7551)

is. 1. bot. Nişasta ilə zəngin meyvələri bişirilmiş və ya qızardılmış halda yeyilən tropik ağac. Tropik meşələrə məxsus nadir bitkilərdən biri də çörəkağacıdır. M.İbrahimov.
məc. dan. Yaşama mənbəyi, dolanacaq vasitəsi,...

ÇÖRƏKBİŞİRƏN (ID - 7552)

sif. Çörək bişirməklə məşğul olan. Çörəkbişirən fəhlə.

ÇÖRƏKBİŞİRMƏ (ID - 7553)

is. Çörək bişirmə işi və bu işlə məşğul olma. Çörəkbişirmə sənayesi. - Əminik ki, həmin təşkilatlar Binəqədidəki çörəkbişirmə sexinin əsaslı təmiri qayğısına qalacaq. (Qəzetlərdən).

ÇÖRƏKÇİ (ID - 7554)

is. 1. Çörək dükanı.
Çörək dükanında işləyən adam; çörəksatan.
Keçmişdə: çörək bişirib satmaqla məşğul olan adam.
// Keçmişdə: başqaları üçün muzdla çörək bişirən. Axşamçağı Xavərnisənin üç bacısı,...

ÇÖRƏKÇİLİK (ID - 7555)

is. 1. Yeyinti sənayesinin çörəkbişirmə sahəsi.
2. Keçmişdə: çörək bişirib satmaqla məşğul olan adamın işi, peşəsi. Əhalinin bir qismi də xırda ticarətlə - halvaçılıq, çörəkçilik, həlimaşıçılıq, baqqallıq, bəzzazlıqla...

ÇÖRƏKDAŞIYAN (ID - 7556)

sif Çörək daşımaq üçün istifadə olunan. Çörəkdaşıyan maşın.

ÇÖRƏKXANA (ID - 7557)

is. Çörək bişirilən müəssisə. Kənd çörəkxanası. - Bəşirli gülümsündü: - ..bir çörəkxana düzəltsələr yaxşı olar. Ə.Vəliyev.

ÇÖRƏKİTİRƏN (ID - 7558)

sif Başqasının zəhmətini, yaxşılığının unudan, çörəyi dizinin üstündə olan; nankor. [Səməd:] Mən çörəkitirən adam deyiləm. Atanın yaxşılığına qarşı sizi darda qoymaram. C.Cabbarlı. [Əsgər bəy:] Bayaqdan Ataşı qınayırıq...

ÇÖRƏKQABI (ID - 7559)

is. Çörək qoymaq üçün qab. [Nisə xalanın] dalınca da əlində çörəkqabı və boşqablar olan Əkbər gəldi. S.Rəhman.

ÇÖRƏKLƏMƏ (ID - 7560)

“Çörəkləmək”dən f.sif

ÇÖRƏKLƏMƏK (ID - 7561)

f. Çörək verib bəsləmək, saxlamaq, yedirib-içirmək. [2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev.

ÇÖRƏKLİ (ID - 7562)

sif 1. Firavan yaşayan, çörəyi bol olan; varlı, bərəkətli. [Nəcəfalı Şahmara:] Hümmət bu kəndi çörəkli eləyib, bala!
Bayramov.
// məc. Səxavətli, əliaçıq, qonaqpərvər. [Səlimə:] Allah səni həmişə qonaqlı, çörəkli...

ÇÖRƏKPULU (ID - 7563)

is. dan. Gündəlik dolanmaq, yaşamaq üçün cüzi pul, vəsait. [Ağa:] İldə beşon şahı qulbeçələrinə çörəkpulu aparıram. Ə.Haqverdiyev. [Hacı Sultan:] Yavaş-yavaş alver edib, çörəkpulusunu qazanırdı. S.Hüseyn.

ÇÖRƏKSATAN (ID - 7564)

b a x çörəkçi 2-ci mənada.

ÇÖRƏKVERƏN (ID - 7565)

sif dan. Əliaçıq, səxavət-comərd. Mir Cümə qapısıaçıq, çörəkverən bir adamdı. P.Makulu.

ÇÖRƏKVERMƏZ (ID - 7566)

sif Simic, xəsis. Çörəkverməzlər də tez tanınıbdır; Dönük xislətiylə, əqidəsiylə. Ə.Kürçaylı.

ÇÖRƏKYAPAN (ID - 7567)

sif Çörək yapmaqla məşğul olan; çörəkbişirən, çörəkçi. [Arvadlardan] biri çörəkyapandı. Ə.Əbülhəsən.

ÇÖTKƏ (ID - 7568)

is. [rus.] köhn. Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaqçuq hesab elədi. S.M.Qənizadə. [Hesabdar] çötkə...

ÇÖVKƏN (ID - 7569)

is. Keçmişdə at üstündə ucu əyri çomaqla oynanılan top-top oyunu. Çövkən oynamaq. Çövkən oyunu.
// Həmin oyunda istifadə olunan iri top. Koroğlu der: olan qalsın; Dağı-daşı talan qalsın; Çövkən alıb çalan qalsın; Meydandadır...

ÇÖVKİRMƏ (ID - 7570)

“Çövkirmək”dən f.is.

ÇÖVKİRMƏK (ID - 7571)

f köhn. Çevirmək, döndərmək. Havanın ələfiyyata lazım olmağın belə bəyan etmək olur: bir göyərən otu istəkanı çövkirib onun altında saxlayanda ot quruyub tələf olur. “Əkinçi”.

ÇÖYRÜKMƏ (ID - 7572)

“Çöyrükmək”dən f.is.

ÇÖYRÜKMƏK (ID - 7573)

f köhn. Çevrilmək. Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb düşürdü. Çəmənzəminli.

ÇÖZ (ID - 7574)

is. anat. Bağırsaqları qarın boşluğunun dal divarına bağlayan periton büküşü; mezenterium.

ÇÖZƏLƏMƏK (ID - 7575)

f Sarınmış, düyünlənmiş şeyləri tədricən açmaq.
□ Yumağı çözələmək - düyünü çözələmək.

ÇÖZƏNƏK (ID - 7576)

is. Tör-töküntü.

ÇÖZMƏK (ID - 7577)

f Təhlil etmək, şərh etmək, izah etmək, aydınlaşdırmaq, tədqiq etmək.

ÇÖZÜM (ID - 7578)

is. Şərh, tədqiqat.

ÇUBUQ (ID - 7579)

is. 1. Elastik, yarpaqsız, nazik, düz budaq, şüy. Çubuqla yun döymək. Söyüd çubuğu. - Mirzağa əlində tutub gəzdirmək üçün bağçadan bir çubuq kəsmişdi. S.Hüseyn. Kərim baba .. iki barmaq qalınlığında yaş çubuğu yonurdu....

ÇUBUQBAŞI (ID - 7580)

is. Çubuğun (3-cü mənada) içərisinə tənbəki qoyulub yandırılan hissəsi.

ÇUBUQCUQ (ID - 7581)

“Çubuq”dan kiç. Nar çubuqcuğu.

ÇUBUQLAMA (ID - 7582)

“Çubuqlamaq”dan f.sif.

ÇUBUQLAMAQ (ID - 7583)

f Çubuqla vurmaq, çubuqla döyəcləmək, çubuqla çırpmaq. Xalçanı çubuqlamaq.
// Çubuqla döymək, çubuqla vurmaq. Kəli çubuqlamaq.

ÇUBUQLANMA (ID - 7584)

“Çubuqlanmaq”dan f.sif.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed