İzahlı lüğət

ÇIXAR (ID - 7085)

is. Xərc, məxaric, xərclənən miqdar (gəlir qarşılığı). Kasıb çıxarını bilsə, geydiyi atlaz olar. (Ata. sözü).

ÇIXARICI (ID - 7086)

is. xüs. Çətin çıxan bir şeyi çıxarmaq üçün alət. Lehmə nasosunun klapan yuvasını çıxarmaq üçün çıxarıcıdan .. istifadə olunur. “Qazmada təhlükəsizlik texnikası”.

ÇIXARILMA (ID - 7087)

“Çıxarılmaq”dan f.is.

ÇIXARILMAQ (ID - 7088)

“Çıxarmaq”dan məch. Əsgərlik yaşında olan bəzi gənclər siyahıdan çıxarılmışdı. S.Hüseyn. Uzun çəkişmədən sonra Aslan bəy çıxarılacaq neftin otuz faizini Quluya verməyə razı oldu. A.Şaiq.

ÇIXARIŞ (ID - 7089)

is. 1. Hər hansı mətndən (sənəddən) eynilə köçürülmüş hissə. Qərardan çıxarış. Çıxarışın məxəzini göstərmək.
Çıxartmaq işi; çıxarma.
Texnoloji proses nəticəsində bir məhsuldan alınan başqa məhsul; ekstrakt....

ÇIXAR(T)DIRMA (ID - 7090)

“Çıxar(t)dırmaq”dan f.is.

ÇIXAR(T)DIRMAQ (ID - 7091)

“Çıxar(t)maq”dan icb. İşdən çıxar(t)dırmaq. Mənzildən çıxar(t)dırmaq.

ÇIXAR(T)MA (ID - 7092)

“Çıxar(t)maq”dan f.is.

ÇIXAR(T)MAQ (ID - 7093)

f 1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq.
// Bir yerdən götürüb başqa yerə qoymaq. Mebeli otaqdan çıxar(t)maq. - [Mehriban] vaxtın gec olmasına baxmayaraq, küçə balkonuna bir masa çıxarıb, süfrə düzəltdi....

ÇIXDAŞ (ID - 7094)

is. Pis, keyfiyyətsiz, zay mal; nöqsanı, zədəsi olan məhsul; brak.

ÇIXDAŞÇI (ID - 7095)

is. Pis, keyfiyyətsiz malı yaxşısından ayıran fəhlə.

ÇIXIQ (ID - 7096)

1. is. Oynaqda sümüklərin yerindən oynaması. İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez salınmasa yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. S.S.Axundov.
2. sif. Yerindən çıxmış,...

ÇIXILAN (ID - 7097)

is. riyaz. Çıxma əməlində: başqa ədəddən (rəqəmdən) çıxılacaq ədəd (rəqəm); ikinci ədəd (rəqəm).

ÇIXILMAZ (ID - 7098)

sif. 1. Çıxmaq, qalxmaq çətin olan və ya mümkün olmayan. Çıxılmaz dağ.
[Aydəmir:] Allah, özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı.
məc. Ümidsiz, çarəsiz,...

ÇIXINTI (ID - 7099)

is. Bir şeyin irəli çıxmış, qalxıq hissəsi. Qayanın çıxıntısı. Girinti və çıxıntı.

ÇIXIŞ (ID - 7100)

is. 1. Çıxmaq işi, çıxma. Vasya tez-tez bayıra çıxıb, yenə qayıdırdı. Susanna bu çıxışın papiros çəkmək üçün olduğunu duyub dedi.. M.S.Ordubadi.
Çıxmaq üçün qapı, yol və s.; çıxacaq (giriş əksi). Çıxışda gözləmək....

ÇIXIŞLIQ (ID - 7101)

çıxışlıq hal qram. - ismin kimdən? nədən? suallarına cavab verən halı.

ÇIXMA (ID - 7102)

1. “Çıxmaq”dan f.is. Yarməmmədin otaqdan çıxması ilə sarı qovluğu qoltuğuna vurub qayıtması bir oldu. M.İbrahimov.
Doğma, doğuş, tülu. Ayın çıxması. - Mən sevirəm səhərlər; Günəşin çıxmasını. NXəzri.
riyaz....

ÇIXMAQ (ID - 7103)

f 1. Bir yerdən (binadan, otaqdan və s.-dən) kənar olmaq, içəridən dışarıya varmaq, getmək, xaric olmaq. Evdən çıxmaq. Kabinetdən çıxmaq. - Çay hazır olanadək mən özümə əlcəklər alım, - deyib Sona otaqdan çıxdı. N.Nərimanov.
Bir...

ÇIXMAZ (ID - 7104)

b ax çıxılmaz.

ÇIQQILDAMA (ID - 7105)

“Çıqqıldamaq”dan f.sif.

ÇIQQILDAMAQ (ID - 7106)

f. Çıqqıltı səsi vermək, çıq-çıq eləmək. Saat çıqqıldayır. - Daşlara toxunan nallar çıqqıldayırdı. S.Rəhimov. İri mis kəfgir ağır-ağır çıqqıldayırdı. Q.İlkin.

ÇIQQILDATMA (ID - 7107)

“Çıqqıldatmaq”dan f.sif.

ÇIQQILDATMAQ (ID - 7108)

f. Bir şeyi bir şeyə toxunduraraq çıqqıltı səsi çıxarmaq, belə bir səsin çıxmasına səbəb olmaq. Tahir .. divardakı elektrik açarına yanaşdı, onu sol əlilə bir-iki dəfə çıqqıldatdı. M.Hüseyn. Fərman Qədir kişi ilə əl...

ÇIQQILTI (ID - 7109)

is. Saat işlərkən və ya xırda şeylər bir-birinə toxunarkən çıxan səs. Mollayev yenə təsbehini çıqqıltı ilə çevirməyə başladı. M.Hüseyn. Saat vurur divarda; Hər çıqqıltı bir saat. B.Vahabzadə.

ÇIL-ÇILPAQ (ID - 7110)

sif. və zərf 1. Tamamilə çılpaq, lüt. Fatma gecənin yarısı çıl-çılpaq küçələrə düşüb, özünə sığınacaq yer arayır. Çəmənzəminli.
2. məc. Qətiyyən ağac bitirməyən, tamamilə bitkisiz. Çıl-çılpaq çöl. - [Bayram...

ÇIL-ÇIRPI (ID - 7111)

bax çırpı. [Ovçular] çıl-çırpıdan, otlardan qayırdıqları kiçik daxmalarda gizlənib, sümsünü çalardılar. A.Şaiq.

ÇILDAQ (ID - 7112)

is. Dini müalicə üsulu. Çıldağa getmək.

ÇILDAQLAMA (ID - 7113)

“Çıldaqlamaq”dan f.is.

ÇILDAQLAMAQ (ID - 7114)

f Çıldaq etmək (b ax çıldaq). [Rəşid:] [Qorxmasına] görə bina qoyulur ki, qızı K. kəndinə aparıb çıldaqlasınlar, qorxuluğunu götürsünlər. T.Ş.Simurq.

ÇILĞIN (ID - 7115)

sif. Coşqun, odlu-alovlu. Çılğın dühalar ki hökm edər qərbə; Onlar səbəb olmuş bir geniş hərbə. S.Vurğun.
// Dəli kimi, dəlicəsinə, özünü itirmişcəsinə. [Məhəd] dəli kimi çılğın bir hərəkdtlə irəli şığıyıb,...

ÇILĞINCA(SINA) (ID - 7116)

zərf 1. Dəli kimi, dəlicəsinə. Fırlatdı bir qəhqəhə; Çılğınca qalxdı birdən. Ə.Cavad. Gülgəz çılğıncasına atasının yaxasını didişdirməyə başladı. İ.Hüseynov.
məc. Ehtirasla, dəlicəsinə. Çılğıncasına sevmək....

ÇILĞINLAŞMA (ID - 7117)

“Çılğmlaşmaq”dan f.sif.

ÇILĞINLAŞMAQ (ID - 7118)

f Azğınlaşmaq, coşmaq, dəli kimi hərəkət etmək.
// məc. Coşmaq, qudurmaq, azğınlaşmaq. Dəniz getdikcə çılğınlaşırdı.

ÇILĞINLIQ (ID - 7119)

is. Çılğın adamın hal və keyfiyyəti; dəlicəsinə, azğıncasına hərəkət. Çılğınlıq etmək.

ÇILPAQ (ID - 7120)

sif. 1. Əynində heç bir paltar olmayan, bədəni heç bir şeylə örtülməmiş; paltar geyməmiş; soyunmuş, lüt-üryan. Çılpaq uşaq. Çılpaq bədən. - Bu qızlar təqribən tamamilə çılpaq idi(lər), onların önə tutduqları bir parça...

ÇILPAQCA (ID - 7121)

1. sif. və zərf Çılpaq, lüt-üryan. Çılpaqca uşaq. Çılpaqca oturmaq.
2. is. zool. Ağzının künclərində və başmda bığı olan girdəbaşlı balıq növü.

ÇILPAQLANMA (ID - 7122)

“Çılpaqlanmaq”danf.sif.

ÇILPAQLANMAQ (ID - 7123)

ÇILPAQLAŞMA (ID - 7124)

“Çılpaqlaşmaq”dan f.sif.

ÇILPAQLAŞMAQ (ID - 7125)

f. 1. Bax çılpaqlanmaq 1-ci mənada. [Tahir] sonra tamam çılpaqlaşıb, özünü duşun altına verdi. M.Hüseyn.
məc. Yarpaqlarını tökmək, bitkisi məhv olmaq; dazlaşmaq. Kollar çılpaqlaşıb. - Təpələrin üstünü və tamamilə çılpaqlaşmış...

ÇILPAQLIQ (ID - 7126)

is. 1. Çılpaq vəziyyət; lütlük, üryanlıq.
məc. Otu, bitkisi qurumuş, məhv olmuş yerin halı. Çölün çılpaqlığı.
məc. Yarpağı tökülmüş ağacın, bitkinin halı; yarpaqsızlıq. Ağacın çılpaqlığı.

ÇIMXIRMA (ID - 7127)

“Çımxırmaq”dan f.is.

ÇIMXIRMAQ (ID - 7128)

f. Məzəmmətlə qışqırmaq, töhmətləndirmək. [Baloğlan:] [Almaz] əvvəl bir çımxırdı üstümə, mən də bir təpindim ona. Cabbarlı. Əlyarov.. şoferinin üzünə baxmadan çımxırdı. M.Hüseyn.

ÇINQIL (ID - 7129)

is. Tikinti işlərində istifadə olunan daş qırıntısı, xırda daş. Çəpərlər aradan bir-bir sökülsün; Palçıqlı yollara çınqıl tökülsün. S.Vurğun. Sən gəzdiyin torpağın çınqılı, çəlik daşı; Sanıram ki, misilsiz bir...

ÇINQILLI (ID - 7130)

sif. Çınqıl olan, çınqıldan ibarət olan. Uzaqdan çınqıllı dağdan götürülən böyük arx kəndin günçıxan qoluna qədər gətirilir və böyük bir daşın yarığından üzüaşağı buraxılırdı. S.Rəhimov. Onu yaşadacaq hər dərə,...

ÇINQILLIQ (ID - 7131)

is. Çoxlu çınqıl olan yer, çınqıl çıxarılan yer. Çınqıllıqdan çınqıl çıxarmaq. - Çınqıllıq yuxarı qanadlanan Bozat çoxdan Sarıbaba dağının gədəyini aşmışdı. S.Rəhimov. Bura çınqıllıq bir güney idi. Mir Cəlal.

ÇINQILOTU (ID - 7132)

is. bot. Meşələrdə, dağ-çəmənlərdə və çox rütubətli çınqıllı yerlərdə bitən çoxillik ot bitkisi.

ÇINQIR (ID - 7133)

is. dan. Səs, səs-səmir, çınqırtı.
Çınqırını çəkməmək - səs çıxarmamaq, ağzını açmamaq.

ÇINQIRIQ (ID - 7134)

is. Zəng. Birdən-birə qapının çınqırığı vuruldu. A.Şaiq. Anaxanım Novruz qızı küçələri sürətlə keçib, evinə yetişdi, yuxarı qalxıb, əlini hirslə çınqırıq düyməsinə basdı. S.Rəhimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed