Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ÇİÇƏK1 (ID - 7185)

is. 1. bot. Çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin ləçək tacından və erkəkciklə dişicikdən ibarət çoxalma orqanı. Alma ağacı çiçəyi. Yasəmən çiçəyi. Sarı çiçək. - [Dilbərgilin] həyətlərindəki yasəmən, ərik,...

ÇİÇƏK2 (ID - 7186)

is. tib. Dəridə və selikli qişalarda qabarcıqlı səpgi və titrətmə-qızdırma şəklində təzahür edən ağır keçici xəstəlik. [Gülbadamın] uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi! N.Nərimanov. Şaban...

ÇİÇƏKAÇMA (ID - 7187)

is. bot. Çiçəklənmə. Ağacların çiçəkaçma dövrü.

ÇİÇƏKAYAQCIĞI (ID - 7188)

is. bot. Budağın çiçək olan hissəsi.

ÇİÇƏKÇİ (ID - 7189)

is. Çiçək yetişdirməklə məşğul olan adam, çiçəkçilik mütəxəssisi; gülçü.

ÇİÇƏKÇİLİK (ID - 7190)

is. Bağçılığın bir sahəsi kimi çiçək, bəzək bitkiləri becərib yetişdirmə işi. Heç şübhə yoxdur ki, ildən-ilə genişlənən elmi tədqiqat işləri bir çox bəzək bitkilərini müəyyənləşdirib, bəzək çiçəkçiliyinə daxil...

ÇİÇƏKDAN (ID - 7191)

bax güldan.

ÇİÇƏKDÖYMƏ (ID - 7192)

is. Çiçəyə qarşı peyvənd etmə (bax çiçək2#).

ÇİÇƏKKORLUĞU (ID - 7193)

b ax daltonizm.

ÇİÇƏKLƏMƏ (ID - 7194)

“Çiçəkləmək”dən f.is.

ÇİÇƏKLƏMƏK (ID - 7195)

f Çiçək açmaq, çiçəklənmək. Ağaclar çiçəkləmişdi. Meşələr bahar səslərilə dolu idi. İ.Əfəndiyev.

ÇİÇƏKLƏNDİRMƏ (ID - 7196)

“Çiçəkləndirmək”dən f.is.

ÇİÇƏKLƏNDİRMƏK (ID - 7197)

f 1. Bir yerdə çiçək əkib becərmək. Bağçanı çiçəkləndirmək.
// Bir yeri çiçəklərlə bəzəmək.
məc. İnkişaf etdirmək, tərəqqi etdirmək. Mədəniyyəti çiçəkləndirmək.

ÇİÇƏKLƏNMƏ (ID - 7198)

“Çiçəklənmək”dən f.is.

ÇİÇƏKLƏNMƏK (ID - 7199)

f 1. Çiçək açmaq, gül açmaq, çiçəkləmək. Çiçəklənib bar verir sulananda bağ-bağat; Su ilə boz səhrada canlanıb qalxır həyat. N.Rəfıbəyli. Bahar çağı Qubada; Çiçəklənir ağaclar. M.Seyidzadə.
məc. İnkişaf etmək,...

ÇİÇƏKLİ (ID - 7200)

sif Çiçək açmış, gül açmış: çiçəklənmiş. Bir yanda kəkliklər, ayna bulaqlar; Bir yanda bülbüllər, çiçəkli bağlar. M.Müşfiq. Gəzdim ovçu kimi hər oylağında; Çəmənli, çiçəkli göy yaylağında. Aşıq Şəmşir.
...

ÇİÇƏKLİK (ID - 7201)

is. Çiçək əkilmiş yer, çoxlu çiçək bitən lək, bağça. Xanın evinin qabağı çiçəklik və böyük bağçalıqdı. M.S.Ordubadi. Ellər şərəfinə qurulmuş toy-düyün; Dörd yanın bağçadır - güllük, çiçəklik. N.Rəfibəyli.

ÇİÇƏKPƏRƏST (ID - 7202)

bax gülpərəst.

ÇİÇƏKSEVƏN (ID - 7203)

1. Bax çiçəkpərəst.
2. is. zool. Ağacın çürümüş yerlərində yaşayan cücü.

ÇİÇƏKYATAĞI (ID - 7204)

is. bot. Çiçəkayaqcığının yuxarı, enli hissəsi.

ÇİÇƏKYEYƏN (ID - 7205)

is. Bitkilərin çiçək və qönçələri ilə qidalanan bəzi böcəklərin adı.

ÇİFAYDA (ID - 7206)

ara s. [fars.] Nə olsun ki, nə xeyri var, təəssüf ki. Sərraf əlində olsan əgər yoxdu qiymətin; Bir ləlsən, çifaidə, yox qədrini bilən. S.Ə.Şirvani. Mərvdən gələn kağızda yazılıb ki, “camaat artıq meyil edirlər, abunə olub...

ÇİL1 (ID - 7207)

is. 1. Dəridə, əksərən üzdə əmələ gələn qəhvəyi və ya sarımtıl rəngli xırda ləkələr, çillər; ləkə, xal. [Direktorun] üzündə çopura oxşayan çil vardı. Mir Cəlal. Kəramətin çil, dolu çöhrəsi kimi dolğun da səsi...

ÇİL2 (ID - 7208)

is. zool. Tetraquşular ailəsindən alabəzək kiçik meşə quşu.

ÇİL3 (ID - 7209)

is. bot. Kökümsovlu çoxillik ot bitkisi.

ÇİL-ÇİL (ID - 7210)

sif. Çoxlu çili olan, çil basmış, çil. Çil-çil xoruz. Çil-çil toyuq. - Cücələrim bəzəklidir; Bəzəklidir, düzəklidir; Sarı, çilçil hər rənglidir. A.Səhhət. [Səmədin] sevindiyindən üst dodağı ikiqat açılıb, burnunun dibinə...

ÇİLÇIRAQ (ID - 7211)

is. Bir neçə lampadan (keçmişdə şamdan) ibarət asma tavan çırağı, qəndil, lüstr, avizə. Tükəzban qarı çayı-çörəyi gətirib üzərindən göyörtüklü çilçıraq sallanan böyükyemək masasına qoyanda Lalə də özünü səliqəyə...

ÇİLÇIRAQBAN (ID - 7212)

bax çilçıraqlı 2-ci mənada. Çilçıraqban küçə.

ÇİLÇIRAQLI (ID - 7213)

ÇİLƏ (ID - 7214)

is. 1. Kotanın bıçaq, qoşqu qarmağı və s. bərkidilən uzun tirdən ibarət hissəsi. Yoxlama zamanı kultivatorun çiləsi .. və çərçivəsi üfüqi vəziyyətdə olmalıdır. (Qəzetlərdən).
2. Böyük dərd, əzab. Mən qürbətdə ölərsəm...

ÇİLƏGƏN (ID - 7215)

is. Suvağı saxlamaq üçün onun altına vurulan nazik, ensiz taxta.

ÇİLƏMƏ (ID - 7216)

“Çiləmək”dən f.sif

ÇİLƏMƏK (ID - 7217)

f 1. Sıçrantı halında, damcı-damcı tökmək, səpmək, sıçratmaq. Başına odekolon çiləmək. - Əsgərin gözü Kosanın qayırmış olduğu çalaya sataşdı. Kosa sısqa arx ilə su gətirər, bu çalaya doldurar, buradan da bostanına çilər...

ÇİLƏNMƏ (ID - 7218)

“Çilənmək”dən f.sif

ÇİLƏNMƏK (ID - 7219)

f 1. Damcı-damcı, sıçrantı halında tökülmək; səpilmək. Bəzən su damcıları yağış halında fəhlələrin üstünə səpələnir, üz-gözlərinə çilənirdi. M.Hüseyn. Yaşar arabir üzünə çilənən (f.sif) yağışın soyuqluğunu...

ÇİLƏYƏN, ÇİLƏYİCİ (ID - 7220)

is. Maye çiləmək üçün cihaz; pulverizator. Kimi əlindəki çiləyiciyə maye tökür, kimi pambıq kollarına dərman çiləyirdi. (Qəzetlərdən).
// Sif. mənasında. Çiləyici aparatlar zəhərli maddələri məhlul halında bitkinin üzərinə...

ÇİLİK (ID - 7221)

bax çəlik. Qasım əmi istədi ulağı sürə, amma Molla Cəfər əlindəki çilik ilə ulağın başını öz evinə tərəf qaytarıb yapışdı Qasım kişinin yaxasından ki, gərək bizə gedib, mənə qonaq olasan. C.Məmmədquluzadə.

ÇİLİK-ÇİLİK (ID - 7222)

zərf Parça-parça, tikə-tikə.
Çilik-çilik eləmək (dogramaq) - tikətikə etmək (doğramaq). [Fatma xanım:] Çox artıq danışarsan, durub, hamısını çilik-çilik eylərəm. N.Vəzirov. Çilik-çilik olmaq tikə-tikə olmaq, sınıq-sınıq...

ÇİLİKLƏMƏ (ID - 7223)

“Çilikləmək”dən f.is.

ÇİLİKLƏMƏK (ID - 7224)

f Qısa-qısa, çilik kimi doğramaq.

ÇİLİNG1 (ID - 7225)

is. Çilingağac oyununda pəli vurmaq üçün ağac parçası.

ÇİLİNG2 (ID - 7226)

bax çəlik.

ÇİLİNGAĞAC (ID - 7227)

is. İki dəstə oyunçunun çiliyi və ya topu ağacla vurub müəyyən məsafəyə çatdırmasından ibarət uşaq oyunu. [Uşaqlar] yaşıl bir yastanada çilingağac oynamağa başladılar. Ə.Abasov.

ÇİLİNGƏR (ID - 7228)

is. Əllə metaldan müxtəlif şeylər qayıran, quraşdıran və ya təmir edən usta. Avtomobil çilingəri. - Çıxmışdılar yarışa qayışlar, təkərlər; Çıxmışdılar yarışa mədənçi, çilingər. M.Müşfiq. Dəmiryol deposunda çilingər...

ÇİLİNGƏRXANA (ID - 7229)

is. Çilingər emalatxanası. Çilingərxanaların yanında təzə silah bazarı düzəlmişdi. Mir Cəlal.

ÇİLİNGƏRLİK (ID - 7230)

is. Çilingərin sənəti, işi, ixtisası. Yazsam çilingərin iş, hünərindən; Sanki çilingərlik sənətim də var. S.Vurğun. [Əjdər:] Mən kitabpaylayana dedim: - Sənətim çilingərlikdir.. S.Rəhman.

ÇİLLƏ (ID - 7231)

is. 1. Doğuşdan, toydan və ya ölümdən keçən qırxgünlük müddət.
2. Qışın böyük və kiçik çillədən ibarət ilk iki ayı (60 gün). [Mirzə Qoşunəli:] İndi kimə demək olar ki, sən qışın çilləsində, gecə yarısı get,...

ÇİLLİ (ID - 7232)

bax çil-çil. Çilli qız. Çilli toyuq.

ÇİLOV (ID - 7233)

is. Lobya, mərci, əriştə və düyüdən bişirilmiş aş, plov. Aşpaz çilovu verir. Mollayeyib görür ki, doymadı. “M.N.lətif.”.

ÇİLOVPƏZ, ÇİLOVÇU (ID - 7234)

is. Keçmişdə: çilov bişirib satmaqla məşğul olan adam, aşpaz. [Molla Nəsrəddin] bir az fıkirləşəndən sonra dümdüz gedib girir çilovçu dükanına ki: - Bir çilov ver. “MN.lətif.”. [Ağa Mərdan:] Ağa Kərim, bizim nökərlərdən...

Bu səhifə 80 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla