İzahlı lüğət

ÇAYDAN (ID - 6785)

[çin. çay və fars. ...dan] 1. Bax çayqabı.
2. Bax çaynik. Piri kişi.. çaydandan ikifincan çay töküb süfrəyə qoydu. S.S.Axundov.
Nigar pilətəni yandırıb, çaydanı üzərinə qoydu.. Çəmənzəminli.

ÇAYDAŞI (ID - 6786)

ÇAYƏTRAFI (ID - 6787)

ÇAYXANA (ID - 6788)

is. [çin. çay və fars. ...xanə] Əsasən çay içilən ictimai iaşə müəssisəsi; çayçı, çayçıxana. [Əbdül:] Yorulmuşdum, döndüm çayxanaya ki, bir-iki fincan qəhvə içim. Ə.Haqverdiyev. [Rüstəm] lakin qərarı yerinə yetirməmiş...

ÇAYXƏRÇƏNGİ (ID - 6789)

is. zool. Şirin sularda yaşayan xərçəng növü.

ÇAYXOR (ID - 6790)

sif. [çin. çay vəfars. ...xor] Çox çay içən, çox çay içməyi sevən adam. Çayxor adam.

ÇAYIR (ID - 6791)

is. 1. bot. Taxıllar fəsiləsindən kökümsovlu alaq otu. Belin ağzı saralmış çayırları xırpıltı ilə kəsə-kəsə yekə bir dairə cızdı. İ.Məlikzadə.
2. Çəmən. [Çinarların] arasından çıxan sərin çeşmə yol açdığı...

ÇAYIR-ÇƏMƏN (ID - 6792)

is. Çəmən, çəmənlik. İçib sudan pərvazlandı çayır-çəmən; Gözəlləşdi kəndyenidən. B.Vahabzadə.

ÇAYIRLIQ (ID - 6793)

is. Çoxlu çayır bitmiş, çayır basmış yer. [Heybət] ..vədinə vəfa edib, axşam düşənə kimi iki parça yeri şumladı, çayırlığa yetişdi. M.Hüseyn. [Gülşən:] Çayırlıqların hamısını iki dəfə belləməliyik. Ə.Vəliyev.

ÇAYQABI (ID - 6794)

is. Quru çayı saxlamaq üçün qab, qutu; çaydan.

ÇAYQIRAĞI (ID - 6795)

1. sif. Çayın sahilində olan, yaşayan. [Həsrət Yusifə:] Xaçının sizin tərəflərdə dəryaça edilməsi.. bütün çayqırağı camaatının böyükxoşbəxtliyidir. B.Bayramov.
2. zərf Çayın qırağı ilə, sahili ilə. Çayqırağı...

ÇAYQOVUŞAN (ID - 6796)

is. İki çayın qovuşduğu, birləşdiyi yer. [Aşıq Valeh] çayqovuşana çatanda yoldan buruldu. Ə.Məmmədxanlı.

ÇAYLAQ (ID - 6797)

is. Quru çay yatağı. Xınalıqdan 0ah dağına getmək üçün əvvəlcə çaylağa enməli olursan. R.Rza. [Döyüşçülər] bir az yoxuşla dırmaşdıqdan sonra enişə, həm də çaylağa endilər. Ə.Vəliyev.
□ Çaylaq daşı
bax çaydaşı....

ÇAYLAMA (ID - 6798)

“Çaylamaq”dan f.is.

ÇAYLAMAQ (ID - 6799)

f dan. Çay içmək.

ÇAYNİK (ID - 6800)

is. [çin. çay və rus. ...nik] Çay dəmləmək və ya su qaynatmaq üçün dəstəsi və lüləyi olan qab. Elektrik çayniki. - Ənvər bərk susamışdı, bir stəkan çay içmək üçün samovarın başından çayniki götürdü. Ə.Vəliyev. Tükəzban...

ÇAYPULU (ID - 6801)

is. Aşxanaya və s.-yə gələnlərin xırda xidmət üçün xidmətçiyə verdikləri pul.

ÇAYSÜNGƏRİ (ID - 6802)

is. zool. Şirin sularda yaşayan süngər.

ÇAYSÜZƏN (ID - 6803)

is. Dəm çaynikindən rəng tökərkən çay dənələrinin stəkana düşməməsi üçün onun lüləyinin ağzına keçirilən və ya stəkanın ağzına qoyulan tor.

ÇAYTİKANI (ID - 6804)

is. bot. b ax ağtikan. Ağtikan və ya çaytikanı .. cinsinin yarpaqları ensiz olub, iydə yarpaqlarına oxşayır. M.Qasımov.

ÇAYYIĞAN (ID - 6805)

is. Tarlada çay yarpaqları yığan, dərən (adam və ya maşın). Qabaqcıl çayyığanlar.
// Sif. mənasında. Yenimarkalı çayyığan maşın.

ÇAYYUXARI (ID - 6806)

zərf Çayın ağzından başlanğıcı istiqamətində, suyun axdığı tərəfin əksinə, çayla başıyuxarı. Çayyuxarı üzmək.
Yelkən çayyuxarı o qədər də böyük sürətlə getmirdi. M.S.Ordubadi. [Uşaqların] gülüşü, hay-harayı...

ÇE (ID - 6807)

“Ç” hərfinin və bu hərflə işarə olunan samitin adı.

ÇEÇEN (ID - 6808)

is. İnquşlara qohum olan Qafqaz xalqı və bu xalqa mənsub adam.

ÇEÇENCƏ (ID - 6809)

sif. və zərf Çeçen dilində. Çeçencə-rusca lüğət.

ÇEÇƏLƏ (ID - 6810)

ÇEÇƏMƏ (ID - 6811)

“Çeçəmək”dən f.is.

ÇEÇƏMƏK (ID - 6812)

f Nəfəs borusuna bir şey düşməsi nəticəsində təngnəfəs olmaq; anən boğulmaq. Tahir çeçədi. Ağız-burnuna dolmuş acı su ürəyini bulandırırdı. M.Hüseyn. Veys hətta bir dəfə çeçədi. Ə.Əbülhəsən.

ÇEX (ID - 6813)

is. Slavyan xalqlarından birinin adı və bu xalqa mənsub olan adam.

ÇEXCƏ (ID - 6814)

sif və zərf 1. Çex dili. Çexcərusca lüğət.
2. Çex dilində. Çexcə gözəl bilir. Çexcə yazılmış kitab.

ÇEXOXBİLİ (ID - 6815)

is. [gürcü.] aşp. Gürcü yeməyi; toyuq ətindən xamalı və qozlu bozartma. [Xortdan:] Tiflisdə.. çığırtmanın adını çexoxbili qoyub, gətirib verirlər adama. Ə.Haqverdiyev.

ÇEXOL (ID - 6816)

ÇEXOLLU (ID - 6817)

sif Çexolu olan, çexol geydirilmiş, çexola salınmış. Əntərzadə çexollu çamadanı götürüb, qapıya çıxdı. Mir Cəlal.

ÇEK (ID - 6818)

[ing.] 1. Təqdim edənə cari hesabdan müəyyən miqdarda pul verilməsi və ya onun hesabına keçirilməsi haqqında pul sahibinin sərəncamı olan sənəd. Rəhim bəy çeki [Turabın] əlindən dartıb aldı. Qol çəkdi. M.Hüseyn. [Salmanov:]...

ÇEKA (ID - 6819)

[baş hərflərlə] [rus] Sovet hakimiyyətinin ilk illərində əks-inqilab, sabotaj və ehtikarla mübarizə aparan fövqəladə komissiya (idarə adı).

ÇEKIST (ID - 6820)

is. [rus.] ÇEKA əməkdaşı (bax ÇEKA).

ÇEMPİON (ID - 6821)

is. [ing.] İdman yarışlarında qələbə qazanan komandaya və ya şəxsə verilən ad. Şahmat üzrə dünya çempionu. Mütləq çempion. Azərbaycan çempionu.

ÇEMPİONAT (ID - 6822)

is. [ing.] Hər hansı idman növü, idman oyunları üzrə birincilik uğrunda yarış, yarışma. Futbol çempionatı. Boks üzrə dünya çempionatı. Respublika çempionatı.

ÇEMPİONLUQ (ID - 6823)

is. Çempion adı.

ÇERTYOJ (ID - 6824)

is. [rus.] Bir şeyin müəyyən üsullarla səth (kağız, kalka, taxta və s.) üzərində çəkilmiş şərti qrafik təsviri; cizgi. Layihənin çertyoju. Binanın çertyoju. - Lətif ona tapşırılan detalın çertyojunu alıb, böyük həvəslə...

ÇERTYOJÇU (ID - 6825)

is. Çertyoj çəkən mütəxəssis; cizgiçi. Laboratoriyada 17 işçi, o cümlədən iki konstruktor, çertyojçu, tokar, çilingər və başqa ixtisaslı fəhlə işləyir. (Qəzetlərdən).

ÇERVON (ID - 6826)

is. [rus. цервонец] köhn. 1. Keçmişdə: Rusiyada beş və ya on manatlıq qızıl pul. Mirzə Mustafa qarını yola salanda ovcuna bir çervon basdı.. E.Sultanov.
2. tar. SSRİ-də 1922-ci ildən 1947-ci ilə qədər işlənmiş onmanatlıq...

ÇESUÇA (ID - 6827)

[çin.] Kətan kimi toxunan sıx ipək parça. Çində vəhşi ipəkqurdlarının baramalarından “çesuça ” adlı toxumalar hazırlayırlar. “Əmtəəşünaslıq”.
// Bu parçadan tikilmiş. Cavanların arasından çesuça kostyumla lak...

ÇEŞİD (ID - 6828)

is. 1. Hər hansı bir malın keyfiyyət və qiymətcə növü, sort. İkinci çeşiddən olan un. Parçanın çeşidi.
// İstehsalına, materialına və c.-yə görə malın müxtəlifliyi; növ. Parçanın çeşidləri. - [Qızlar] iki-iki, üç-üç...

ÇEŞİDLƏMƏ (ID - 6829)

“Çeşidləmək”dən f.is.

ÇEŞİDLƏMƏK (ID - 6830)

f. Çeşidlərə, növlərə ayırmaq. Kartofu çeşidləmək.

ÇEŞİDLƏNMƏ (ID - 6831)

“Çeşidlənmək”dən f.is.

ÇEŞİDLƏNMƏK (ID - 6832)

məch. Çeşidlərə, növlərə ayrılmaq. Toxum döyülən və çeşidlənən (f.sif.) zaman əmələ gələn çıxdaşdan yem kimi istifadə edilməlidir. “Pambıqçılıq”.

ÇEŞİDLƏYİCİ (ID - 6833)

is. və sif. Bir şeyi çeşidlərə ayıran işçi; çeşidçi.
// Eyni vəzifəni görən maşın, cihaz, mexanizm.

ÇEŞİDLİ (ID - 6834)

sif. Müxtəlif növlü, cürbəcür, növ-növ. [Aşpaz] işindən söz açdı: ..gözəl və səliqəli yeməkxana, dadlı və çeşidli xörəklər... “Az. qad”.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed