1
İzahlı lüğət - Ç hərfi ilə başlayanlar - H. 10
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

ÇƏMƏN (ID - 6935)

is. [fars.] Yaşıl otla örtülmüş sahə; yaşıllıq. Yaşıl çəmən. - Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən; İsti yoxdur, hələ var bir balaca meh gecədən. A.Səhhət. Laləli, nərgizli çəmənlərə də; Baxırıq maşının...

ÇƏMƏNCİK (ID - 6936)

is. Kiçik çəmən, balaca çəmənlik.

ÇƏMƏNÇİ (ID - 6937)

is. Çəmənçilik mütəxəssisi.

ÇƏMƏNÇİLİK (ID - 6938)

is. Kənd təsərrüfatının, təbii çəmənləri yaxşılaşdırmaq və yeni çəmənlər salmaqla məşğul olan sahəsi.

ÇƏMƏNLİ (ID - 6939)

sif. Çəmənləri olan, çəmənlik. Gəzdim ovçu kimi hər oylağında; Çəmənli, çiçəkli göy yaylağında. Aşıq Şəmşir. Göy çəmənli yaylaqlarım! Qəlbim isti, canım sağdır. S.Vurğun.

ÇƏMƏNLİK (ID - 6940)

is. Çəmən olan sahə, yaşıl ot bitmiş yer. Gördüm ki, bir rəna çəmənlikdəyəm; Dörd yanımda var al-əlvan çiçəklər.
Səhhət. Qulaq asdı sıra dağlar, çəmənliklər, zəmilər; Göy üzündə təyyarələr, su altında gəmilər....

ÇƏMƏNZAR, ÇƏMƏNGAH (ID - 6941)

ÇƏM-XƏM (ID - 6942)

is. dan. Naz, qəmzə, əzilibbüzülmə. Bilsə idim dözəməm mən nazına, çəm-xəminə; Heç qoyub üstümə bu adı, mən evlənməz idim! Ə.Nəzmi. [Ataş:] Qızların nazı, çəm-xəmi, umu-küsüsü, lap axırda da hirsi, hikkələri. Ə.Vəliyev.
...

ÇƏM-XƏMLİ (ID - 6943)

sif. dan. Nazlı, qəmzəli, naz-qəmzəli. Dolanım başına, ey nazlıca yarım, bəri bax; Şivəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax. S.Ə.Şirvani.

ÇƏMKİRMƏ (ID - 6944)

“Çəmkirmək”dən f.is.

ÇƏMKİRMƏK (ID - 6945)

bax çımxırmaq. Rəngi qaçmış və güclə nəfəs alan qadın hərdənbir çocuqlara çəmkirirdi. Çəmənzəminli. [Adilənin] anası diksinib ayağa qalxdı, ərinə nə isə demək istəyirdi ki, birdən dönüb Fatı qarının üstünə çəmkirdi:...

ÇƏN1 (ID - 6946)

is. İçində maye, qaz və s. saxlanılan çox yekə qab; rezervuar. Sıxılmış hava çəni. Nefti çənə axıtmaq. - [Maya:] Beş-on metr hündürlükdə bir çən qoyulur, suvuran nasoslar çayın suyunu ora qaldırır. M.İbrahimov. Böyük çənləri...

ÇƏN2 (ID - 6947)

is. Rütubətli duman pərdəsi; sis. Çən get-gedə daha da qatılaşırdı. M.Hüseyn. [Mübaşir Məmməd və Əli əmniyyəbaşı] qara bir kölgə kimi payız səhərinin çəni içərisində itdilər. M.İbrahimov.

ÇƏNBƏR (ID - 6948)

is. [fars.] 1. Çəllək və s.-nin dövrəsinə keçirilən dəmir və s. materialdan qurşaq. Çəlləyin çənbəri. Dəmir çənbər.
Dəf və bu kimi şeylərin dairəsi; sağanaq. Dəfin çənbəri.
Keçmişdə: suya və ya neftə yaxşı...

ÇƏNBƏRBIĞ(LI) (ID - 6949)

sif. Bığının ucları çənbər kimi yuxarıya doğru əyilmiş olan. İndi artıq heç bir şübhə yeri qalmadı... o çənbərbığlı gənc Vəlidən başqa kim ola bilərdi? M.Hüseyn.

ÇƏNBƏRBURUN(LU) (ID - 6950)

sif. Bumunun ucu geriyə doğru əyilmiş olan. Çənbərburun qoca.

ÇƏNBƏRQUYRUQ (ID - 6951)

1. is. məh. Əqrəb.
2. B ax çənbərquyruqlu. Çənbərquyruq it.

ÇƏNBƏRQUYRUQLU (ID - 6952)

sif. Quyruğu çənbər şəklində əyilmiş olan; devrik. Çənbərquyruqlu dovşan. - [Güləli] çənbərquyruqlu ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov.

ÇƏNBƏRLƏMƏ (ID - 6953)

“Çənbərləmək”dən f.is.

ÇƏNBƏRLƏMƏK (ID - 6954)

f. 1. Çəllək və s.-yə çənbər keçirmək; qurşaqlamaq. Çəlləyi çənbərləmək.
2. Çənbər şəklinə salmaq. Əqrəb quyruğunu çənbərlədi. - Qərəz, arvad ilan kimin quyruğun çənbərləyib qoydu belinə. (Nağıl).

ÇƏN-DUMAN (ID - 6955)

is. Qatı duman, sis. Hərdən elə olurdu ki, bir su içim saatda çən-duman Çənlibeli bürüyürdü. “Koroğlu”. Yenə Muğanın üfüqləri daralmağa, mavi boşluqları çənədumana bürünməyə başlayırdı. M.İbrahimov.

ÇƏNƏ (ID - 6956)

is. 1. Üzün ağzı əmələ gətirən iki yarımdairə sümüyü; üst çənə burundan aşağıda, ağızdan yuxarıda, alt çənə ağızdan aşağıda yerləşir, alt çənə mütəhərrikdir, qalxıbenir. Xanım masanın üstündən kitabı götürdü,...

ÇƏNƏBAZAR (ID - 6957)

is. dan. Mübahisə, sözləşmə. [Faytonçu:] Yəqin çənəbazar ilə də aran yoxdur. Ə.Haqverdiyev.
□□ Çənəbazara (çənəbazarına) çıxmaq -
mübahisə etmək. [Həkim:] Bura sənin dükanın deyil, çənəbazarına çıxasan. Xahiş...

ÇƏNƏ-BOĞAZ (ID - 6958)

is. dan. Mübahisə. [Yunis:] Vaxtında bir, ya beş gün əvvəl material tədarükünə düşsəniz, çənə-boğaza ehtiyac qalmaz. Mir Cəlal.
□□ Çənə-boğaz etmək (döymək) - mübahisə etmək. [Leylək Ələmdar:] Qanacağınız olsun,...

ÇƏNƏLƏŞMƏ (ID - 6959)

“Çənələşmək”dən f.is.

ÇƏNƏLƏŞMƏK (ID - 6960)

f Mübahisə etmək. Starşina ilə, pristavla çənələşmək asan iş deyil, bir az hətta xatası da var. N.Nərimanov.

ÇƏNG1 (ID - 6961)

is.: çəng olmaq - qıc olmaq, keyləşmək, hərəkətdən düşmək, hissizləşmək. Əl-ayağı çəng olmaq. - [Gülo:] Deməli, mənim yaşamağım üçün o ölməlidir! Sonra? Bəs sonra?! - deyib, iflic tutmuş kimi barmaqları çəng olub qıvrıldı....

ÇƏNG2 (ID - 6962)

is. [fars.] Əl, pəncə. Tülək tərlan təki qafil Həsən bəy; Şığıyıb çənginə götürdü bayaq. Q.Zakir.
□□ Çənginə keçirmək - ələ keçirmək, pəncəsinə keçirmək.

ÇƏNG3 (ID - 6963)

is. [fars.] Formaca arfaya oxşayan qədim Şərq simli musiqi alətlərindən biri. O yanda Sədi vəquranə çöhrəsilə baxar; Bu yanda nayü dəfü çəng kainatı yıxar. M.Hadi. İki dəqiqə keçməmişdi, bir dəstə cariyə əllərində ud və...

ÇƏNG4 (ID - 6964)

is. Dırmıq (kənd təsərrüfatı aləti).

ÇƏNGƏ (ID - 6965)

is. [fars.] Bir ovucluq. (adətən rəqəmlərlə). Bir çəngə ot. - [Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər! Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darıyım, elə şitəngilik edir.. M.F.Axundzadə. Sənəm qarı...

ÇƏNGƏL (ID - 6966)

is. [fars.] 1. Yeyilən şeyin parçalarını götürmək üçün bir neçə uzun dişi olan alət. Qubernator çəngəlin ucu ilə xörəyi yoxlayaraq soruşdu.. M.S.Ordubadi. Qafar əllərini yuduqdan sonra kiçik şkafdan stol üstünə boşqab və...

ÇƏNGƏL-BIÇAQ (ID - 6967)

top. Çəngəl və bıçaqlardan ibarət yemək alətləri komplekti. [Cəfər] qulluqçunu çağırdı. Boşqablar və çəngəl-bıçaq gəldi, qarpız kəsildi. Çəmənzəminli. Evdə hər cür örtüklər, qab-qacaq, çəngəl-bıçaq və sairə...

ÇƏNGƏLƏMƏ (ID - 6968)

“Çəngələmək”dən f.is.

ÇƏNGƏLƏMƏK (ID - 6969)

ÇƏNGƏLƏŞMƏ (ID - 6970)

“Çəngələşmək”dən f.is.

ÇƏNGƏLƏŞMƏK (ID - 6971)

qarş. dan. Əlbəyaxa vuruşmaq. [Şərif:] Mən əjdahalarla çəngələşmişəm. C.Cabbarlı.

ÇƏNGƏLLƏMƏ (ID - 6972)

“Çəngəlləmək”dən f.is.

ÇƏNGƏLLƏMƏK (ID - 6973)

f Çəngələ taxmaq, çəngələ keçirmək, çəngəllə götürmək.

ÇƏNGƏLLƏNMƏ (ID - 6974)

“Çəngəllənmək”dən f.is.

ÇƏNGƏLLƏNMƏK (ID - 6975)

məch. Çəngələ taxılmaq, çəngələ keçirilmək, çəngəllə götürülmək.

ÇƏNGİ (ID - 6976)

is. 1. Dəf çalıb oxuyan və göbək atmaq kimi rəqslər oynayan rəqqasə (başlıca qaraçı qızlardan olur). [Şəhrəbanu xanım:] [Hatəmxan ağa] israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, 0amaxı çəngilərinin vədəsini...

ÇƏNGLİK (ID - 6977)

is. Çəngolma, qıcolma; epilepsiya. Çənglik tutması zamanı xəstə çox zaman dilini dişləyir. Belə tutmalar çox ağır şəkildə keçir. “Sağlam məişət uğrunda”.

ÇƏNLƏŞMƏ (ID - 6978)

“Çənləşmək”dən f.is.

ÇƏNLƏŞMƏK (ID - 6979)

f Çən olmaq, çən basmaq, duman basmaq, sis basmaq, dumanlanmaq (bax çən2#). Gecə-gündüz tənləşir; Hava hərdən çənləşir. A.Səhhət.

ÇƏNLİ (ID - 6980)

sif. Çən olan, çən basmış, dumanlı, sisli. Çənli birpayız səhəri idi. H.Nəzərli. Yadındamı, tutqun, çənli bir səhər; Göygözlü oğlunu düşmən apardı. R.Rza.

ÇƏP (ID - 6981)

is. və sif. [fars.] 1. Bəbəkləri eyni istiqamətə baxmayan (göz haqqında). [Fərəc bəy:] Mənə əyri-əyri baxır, çəp gözünü qıyır, lopa bığlarının ucunu ağzına salıb gəmirir.. Ə.Vəliyev.
2. Sol (rast əksi). Çəp əl.
...

ÇƏPBUCAQLI (ID - 6982)

sif. Bucağı çəp və ya küt olan. Çəpbucaqlı üçbucaq.

ÇƏP-ÇƏP (ID - 6983)

zərf: çəp-çəp baxmaq - şübhə ilə, qeyri-dostanə baxmaq. Ona niyə belə çəp-çəp baxdın?

ÇƏPƏKİ (ID - 6984)

zərf ['fars.] 1. Əyrisinə, əyri-əyri; yanakı, çəp, çəpəndazı. Şoferin yanında çəpəki oturan prokuror sükutdan darıxaraq geri döndü. İ.Şıxlı. Fəridə güldü. Nərgiz isə ona çəpəki nəzər salıb qocaya dedi.. Ə.Məmmədxanlı.
Düzünə...

Bu səhifə 166 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif