İzahlı lüğət

ÇAY-ÇÖRƏK

top. Çay, çörək, yağ, pendir və s.-dən ibarət yemək. Bu halda Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı içəri daxil oldu. S.S.Axundov. Tükəzban qarı çayı-çörəyi gətirib, .. yemək masasının üstünə qoyanda Lalə də özünü səliqəyə salıb gəldi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!