İzahlı lüğət

ÇƏRLƏTMƏK (ID - 7035)

f Bezikdirmək, usandırmaq, cana gətirmək, təngə gətirmək, canını üzmək. Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin! Çərlətdi lap məni bizim övrət, gavur qızı. M.Ə.Sabir. [Bərbərzadə:] Məni qocaltdınız, daha bəsdir, məni...

ÇƏRMƏKİ (ID - 7036)

is. Gönü döyüb yastılamaq üçün alət, çəkic. Çəkməçilər önündə döşlük, əldə çərməki, ayaqyalın çıxmışdılar. Mir Cəlal.

ÇƏRPƏLƏNG (ID - 7037)

məh. bax badban.

ÇƏRŞƏNBƏ (ID - 7038)

is. [fars.] Həftənin üçüncü günü, çərşənbə axşamınından sonra gələn gün. Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər.
Çərşənbə axşamı - həftənin ikinci günü, tək...

ÇƏRTİK (ID - 7039)

is. Çərtilmiş yer.
□ Çərtik açmaq - b ax çərtmək 2-ci mənada.

ÇƏRTİKLƏMƏ (ID - 7040)

“Çərtikləmək”dən f.is.

ÇƏRTİKLƏMƏK (ID - 7041)

f Çərtik açmaq.

ÇƏRTİLMƏ (ID - 7042)

“Çərtilmək”dən f.is.

ÇƏRTİLMƏK (ID - 7043)

məch. 1. Bıçaq və s. iti alətin ucu ilə üstü azacıq kəsilmək.
2. Yonulmaq. Dəmirov .. bir dəstə çərtilmiş (f.sif.) karandaşı qabağına qoyduqdan sonra kresloya əyləşdi. Ə.Sadıq.

ÇƏRTMƏ (ID - 7044)

1. “Çərtmək”dən f.is.
2. Taxtanın, ağacın, metalın və s.-nin səthindən itiuclu alətlə azacıq kəsib götürmə; kərtik. Sırğa və qolbaqların bəzəyində .. döymə, çərtmə üsullarından geniş istifadə olunur. “Elm və...

ÇƏRTMƏK (ID - 7045)

f 1. İti bıçağın və ya başqa iti alətin ucu ilə yaranın və s.-nin üstünü azacıq kəsmək. Həkim yaranı çərtib, irini çıxardı.
Məhərrəmlikdə kərbəlayı altıaylıq uşaqların başını çərtirdi.. Çəmənzəminli.
...

ÇƏTƏ (ID - 7046)

is. [alb.] Qeyri-müəyyən silahlı dəstə.

ÇƏTƏÇİ (ID - 7047)

is. Çətə iştirakçısı.

ÇƏTƏN (ID - 7048)

is. məh. Qarğıdan, ağac çubuqlarından hörülmüş çəpər, hörgü. [Tubu:] Orada, çətənin dalında göydən asılıb. Ə.Haqverdiyev. Qəhrəmanlar camaatı bir zamanlar bu qarğılardan qırıb çətən toxuyar, dəyələrin və alaçıqların...

ÇƏTƏNƏ (ID - 7049)

is. bot. Saplağından kəndir, tumlarından yağ hazırlanan birillik ot bitkisi. Çay qırağı çətənə; Gül göndərdim vətənə. Allah qismət eləsin? Öz könlüməyatana. (Bayatı).
Çətənə qoz bot. - qabığı çox bərk olan və ləpəsi...

ÇƏTİN (ID - 7050)

sif. İcrası, həyata keçirilməsi, aradan qaldırılması, həlli, başa düşülməsi və s. çox böyük zəhmət, səy, gərginlik tələb edən (asan ziddi). Çətin iş. Çətin vəzifə. Çətin imtahan. - [Nuriyyə:] Ən çətin məsələ-misallar...

ÇƏTİNLƏŞDİRİLMƏ (ID - 7051)

“Çətinləşdirilmək”dən f.is.

ÇƏTİNLƏŞDİRİLMƏK (ID - 7052)

məch. Daha da çətin edilmək, ağırlaşdırılmaq.

ÇƏTİNLƏŞDİRMƏ (ID - 7053)

“Çətinləşdirmək”dən f.is.

ÇƏTİNLƏŞDİRMƏK (ID - 7054)

f. 1. Daha da çətin etmək; ağırlaşdırmaq. Bürkü tənəffüsü daha da çətinləşdirir.
2. Daha da ağırlaşdırmaq, mürəkkəbləşdirmək, çətin etmək. İşi çətinləşdirmək.

ÇƏTİNLƏŞMƏ (ID - 7055)

“Çətinləşmək”dən f.is.

ÇƏTİNLƏŞMƏK (ID - 7056)

f. Daha da çətin olmaq; ağırlaşmaq. [Ələkbər:] İşlər günbəgün çətinləşir. Ə.Haqverdiyev. Səlimin vəziyyəti yamanca çətinləşdi. B.Bayramov.

ÇƏTİNLİK (ID - 7057)

is. 1. Çətin şeyin halı; çətin olma (asanlıq ziddi). Yolun çətinliyi. Məsələnin çətinliyi. - Səba xanım adəti üzrə vəzifəsində çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq: - Əlacım nədir. M.S.Ordubadi. [Cahan:]...

ÇƏTİR (ID - 7058)

is. 1. Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan günlük; yağmurluq, zontik. Onların gözündə nə rəngli eynək; Nə də başlarında əlvan çətir var. B.Vahabzadə. Əlində alabəzək bir çətir olan qız maşına...

ÇƏTİRCİK (ID - 7059)

is. 1. Kiçik çətir, balaca zontik. Uşaq çətirciyi.
2. bot. Balaca çətiri olan (b ax çətir 4-cü mənada). Tingin çətirciyi.

ÇƏTİRÇİÇƏKLİLƏR (ID - 7060)

cəm. bot. Çətirli çiçəkləri olan bitki fəsiləsi (bax çətirli 2-ci mənada). Keşniş birillik ot bitkisidir, çətirçiçəklilər fəsiləsinə aiddir. “Elm və həyat”.

ÇƏTİRLİ (ID - 7061)

sif. 1. Çətiri olan; saçını çətir kimi kəsdirib alnına tökmüş. Çətirli qız.
2. bot. Çətiri (4-cü mənada) olan. Zeytun bütün il müddətində gümüşü rəngdə yarpaqlarla örtülü olan sıx çətirli çoxillik meyvə bitkisidir....

ÇƏTVƏR (ID - 7062)

is. [rus. четверть] köhn. Metr sistemi tətbiqindən əvvəl 100 qrama bərabər ağırlıq ölçüsü. Bir çətvər xına.

ÇƏYİRDƏK (ID - 7063)

is. bot. Alça, gavalı, albalı, zoğal və b. meyvələrin tumu. Gülsüm xala uşağın ağzını əli ilə örtüb, üzündən üflərdi, sonra barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından...

ÇƏYİRDƏKLİ (ID - 7064)

sif. Çəyirdəyi olan; tumlu. Çəyirdəkli meyvələrə gilas, albalı, gavalı, alça, qaysı, hulu, şaftalı, zoğal və s. daxildir.

ÇƏYİRDƏKSİZ (ID - 7065)

sif. Çəyirdəyi olmayan; tumsuz. Çəyirdəksiz meyvə.

ÇƏYİRTKƏ (ID - 7066)

is. zool. Cırcıramaya oxşayan, uzun dal ayaqlarına dayanaraq uzağa sıçraya bilən, böyük dəstələrlə uçub, bitkiləri və əkinləri məhv edən cücü - kənd təsərrüfatı üçün təhlükəli ziyanverici. Çayın o tayındakı yoncalıqlarda...

ÇIĞ (ID - 7067)

is. 1. Xırda qamış, qarğı.
2. Qarğı süzgəc; qarğıdan düzəldilmiş aşsüzən.

ÇIĞIR-BAĞIR (ID - 7068)

is. Çığırtı, bağırtı, qışqırıq, hay-küy. [Hacı Mehdi:] Mən sənin bu çığır-bağırından heç bir şey başa düşmürəm. Ə.Haqverdiyev. [Qadınlar] yalnız çığır-bağır salmaqla döyülən qadına yardım etmək istəyirdilər....

ÇIĞIRĞAN (ID - 7069)

sif. dan. Çox çığıran; çığırmağa, bağırmağa, qışqırmağa adət etmiş. Çığırğan adam.

ÇIĞIRIQ (ID - 7070)

bax çıgırtı. Körpü sakit oldu, səs və hay-küy, çığırıq kəsildi. T.Ş.Simurq.

ÇIĞIRIŞMA (ID - 7071)

“Çığırışmaq”dan f.is.

ÇIĞIRIŞMAQ (ID - 7072)

qarş. Bir ağızdan hamı çığırmaq, hamı birdən yerbəyerdən çığırmaq; bağırışmaq. Arvad qışqırdı, uşaqlar çığırışdılar, məcməyi üzüqoylu çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi. Çəmənzəminli....

ÇIĞIRMA (ID - 7073)

“Çığırmaq”dan f.is.

ÇIĞIRMAQ (ID - 7074)

f 1. Bərk qışqırmaq, bağırmaq. Nə üçün çığırırsan? Çığırmaqdan səsi batdı. - Atalar doğru deyib: - Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Ə.Vəliyev.
// Çığıra-çığıra demək, bərk səslə demək. Polad...

ÇIĞIRTI (ID - 7075)

is. Bağırma, çığırıq səsi, qışqırıq, bağırtı. Rüstəm kişi əlini dəstəyin üstünə basaraq üzünü divara tutmuşdu ki, Telli arvadın çığırtısı raykomda eşidilməsin. M.İbrahimov. [Güllünün] diqqətini başı üzərindən...

ÇIĞIRTMA1 (ID - 7076)

is. Qızardılmış pomidor, badımcan və ya ət tikələrindən ibarət xörək (bəzən yumurta da vurulur). Pomidor (badımcan) çığırtması. - [Fərhad:] Musa ilə ikimiz bir cücənin çığırtmasını bir çörək ilə doyunca yemişik. Ə.Haqverdiyev....

ÇIĞIRTMA2 (ID - 7077)

“Çığırtmaq”dan f.is.

ÇIĞIRTMAQ (ID - 7078)

icb. 1. Çığırmasına səbəb olmaq; bağırtmaq, qışqırtmaq.
Ağlatmaq, bağırtmaq. Uşağı nə üçün çığırdırsan?

ÇIĞIRTMALIQ (ID - 7079)

sif. Çığırtmaya yarayan, çığırtma üçün. Çığırtmalıq cücə.

ÇIĞLIQ (ID - 7080)

is. Fəryad, fəğan, şivən. Ətrafda qarğaşalıq və çığlıq qopar. H.Cavid.

ÇIĞNAMAQ1 (ID - 7081)

f Qarğını ortasından yarmaq.

ÇIĞNAMAQ2 (ID - 7082)

f Ayaqlamaq, tapdalamaq.

ÇIXACAQ (ID - 7083)

ÇIXAN (ID - 7084)

is. riyaz. Çıxma əməlində: birinci ədəd (rəqəm); azalan.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed