İzahlı lüğət

VƏSİYYƏT

is. [ər.] Ölərkən bir şəxsin öz övladına, yaxud yaxınlarına verdiyi tapşırıq, göstəriş, sərəncam, məsləhət, son sözü. [Hacı Xəlil:] Mənim vəsiyyətim qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Ə.Haqverdiyev. Xədicə əlavə etdi: - Üçüncü və axırıncı vəsiyyətim də budur ki, məni qəbiristanda basdırmayınız. S.Hüseyn. □ Vəsiyyət etmək (eləmək) - ölərkən, yaxud sağ ikən tapşırmaq, sərəncam vermək, məsləhət görmək, son arzusunu bildirmək. [Əbdül:] Biçarə qız əvvəldən ölməyini yəqin eləmişdi, kağız da yazıb vəsiyyət eləyibdir. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed