İzahlı lüğət

VƏLİƏHD

is. [ər.] 1. Padşahın yerini tutmalı olan şəxs. Vəliəhd bu etimadsızlığı.. sərdar Rəşiddən gördüyü üçün, onlarla çox etinasız bir surətdə görüşdü. M.S.Ordubadi. [Anaxatun] yaxşı bilirdi ki, .. yeganə vəliəhdini vurmağa xanın əli gəlməzdi. M.Rzaquluzadə.
məc. Oğul, qız, övlad. [Piri baba:] Sən də mənə vəliəhd olacaqsan. S.S.Axundov.
zar. Əvəz, birinin yerini tutmalı olan şəxs. [Müaviyyə Abdullaya:] Səni yerimdə vəliəhd etmək istəyirəm. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
first box will be shown second NOT