İzahlı lüğət

VİDA

is. [ər.] Görüşüb bir-birindən müvəqqəti və ya həmişəlik ayrılma; xudahafizləşmə, sağollaşma; əlvida. Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. M.S.Ordubadi. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca, Gülsümün vidasına cavabən: “Get, Allah səni xoşbəxt eləsin!” deyirdilər. Ə.Haqverdiyev. □ Vida etmək (eləmək) 1) görüşüb ayrılmaq, vidalaşmaq, əlvida etmək, xudahafizləşmək, sağollaşmaq. Xülaseyi-kəlam, vida etdilər; Rahi-Yəmən tutub səhər getdilər. Q.Zakir. Göz yumub onlara Azər, köpürən; Gurlayan şəhrə vida etdi həmən. H.Cavid. Elm və maarif arzusunda olan Abbasqulu ağa cavan yaşlarında Amsar kəndinə vida edib, təhsil dalınca getdi. Ə.Sadıq; // məc. mənada. Gülzara hənuz yetmədən xar; Gül qıldı vidayi-səhni-gülzar. Füzuli; 2) bax həyata vida etmək. Qulam müəllimin arzusu o idi ki, yetmiş-səksən yaşına qədər ömür sürsün və bu ömrün hamısını da müəllimliyə sərf etsin, axırıncı dəfə məsum çocuq gözlərinə baxıb vida etsin. S.Rəhimov. Həyata vida etmək, vidayi-həyat etmək - həyatla vidalaşmaq, ölmək. Dursunun gəncliyinin ən azğın çağında atası Pirverdi bütün sərvətini ona buraxıb həyata vida etdi. A.Şaiq. - Çörək! Çörək! - deyərək eyləyir vidayi-həyat; Kömək dilər kimi ətrafını süzər sakit. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed