Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ODLANMA (ID - 31349)

“Odlanmaq” dan f.is.

ODLANMAQ (ID - 31350)

qayıd. 1. Yandırılmaq, yanğm törədilmək. Evi odlanan mən, əli kösövlü sən. (Ata. sözü). // Od düşüb yanmaq, alışmaq, alışıb-yanmaq. [Yaqut] yanan canının ağrısını əks etdirən dəhşətli bir səslə: - Burax məni, Yunus,...

ODLU (ID - 31351)

sif. 1. Odu olan; yanar, alovlu, közərən. Odlu ocaq. - Çox zaman qurduğum tələdəki quşlar yerinə gözlərimə anamın dəhşətlə təsvir etdiyi əllərində odlu kösövlər olan inkirminkirlər görünürdü. M.İbrahimov. Səbzəlinin dodaqlarından...

ODLU-ALOVLU (ID - 31352)

sif və zərf 1. Gərgin, şiddətli, dəhşətli, qızğın. ..Həryerdə odlu-alovlu vuruş gedir, nəriltili-gurultulu atışma kəsmək bilmirdi. S.Rəhimov.
2. Bax odlu 3-cü mənada. Odlu-alovlu danışmaq. Odlu-alovlu nitq.

ODLUQ (ID - 31353)

is. 1. Samovar, soba və s.-də od yanan hissə. Lampanın odluğu. - Odluq içərisinə doldurulmuş ulas ağacının mis kimi möhkəm kömürləri qıpqırmızı qızarır, samovar yırğalanır, sanki ayaqlanıb yeriyirdi. S.Rəhimov.
2. köhn....

OD-OCAQ (ID - 31354)

top. Ocaq, tonqal, soba və s. Kür qırağı, Qarayazı, göy çəmən; Qoşa palıd, tüstülənən od-ocaq! S.Vurğun. Enirəm qazmaya; Qazma soyuq, dar; Od-ocaq yoxsa da bir işıltı var. Ə.Cəmil.

ODPÜSKÜRDÜCÜ, ODPÜSKÜRƏN (ID - 31355)

sif İçərisindən od çıxan. Odpüskürən dağ (vulkan).

ODSAÇAN (ID - 31356)

is. Yanar maye saçan odlu silah. Xüsusi ağır mina və odsaçan batareyalar, ağır top və tanklar gətirildi. Ə.Əbülhəsən.

ODSÖNDÜRƏN (ID - 31357)

is. Yanğını söndürmək üçün xüsusi cihaz. [Zabit soldatları:] Tez şlanqları alın, odsöndürəni! Tez olun, tez! S.Vəliyev.

ODUN (ID - 31358)

is. 1. Yandırmaq üçün kəsilmiş və doğranmış ağac parçası; ağac yanacağı. Yaş odun. Doğranmış odun. - Odunlar alışıb çıtırtı ilə yanmağa başlayanda bir neçə addımlıq yer işıqlandı. M.Hüseyn. Qərənfil xala quru odunlardan...

ODUNCAQ (ID - 31359)

is. Ağacın, yaxud kolun qabıq altında olan ən sıx, bərk hissəsi.

ODUNCAQLAŞMA (ID - 31360)

"Oduncaqlaşmaq” dan f.is..

ODUNCAQLAŞMAQ (ID - 31361)

bax odunlaşmaq.

ODUNÇU (ID - 31362)

is. Meşədən odun doğrayıb satmaqla məşğul olan adam. Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər. A.Səhhət. Odunçu öz iki oğlu ilə odun yığır. Ü.Hacıbəyov.

ODUNÇULUQ (ID - 31363)

is. Odunçunun işi, peşəsi, odun doğrayıb satma işi. [Qurban:] Axırda əlacım kəsildi, başladım odunçuluğa. Ə.Haqverdiyev.

ODUNXANA (ID - 31364)

bax odunluq 2-ci mənada.

ODUNKƏSƏN (ID - 31365)

is. zool. Ağacların, kolların qabıq və oduncağını yeyən böcək və onun sürfəsi.

ODUNQIRAN (ID - 31366)

1. sif. Odun qırmaq üçün işlədilən, odun doğramağa məxsus. Əhmədin arvadı Nisə götürüb odunqıran baltanı üz qoydu meşəyə. (Nağıl).
2. B ax odunçu.

ODUNLAŞMA (ID - 31367)

“Odunlaşmaq” dan f.is. ..Fosfor gübrəsi meyvələrin inkişafını, kalium gübrəsi isə zoğların inkişafını və vaxtında odunlaşmasını təmin edir. İ.Axundzadə.

ODUNLAŞMAQ (ID - 31368)

f 1. Bərkiyib ağaca dönmək; oduncaqlaşmaq (bitkilərin zoğları haqqında).
2. məc. Keyləşmək, hissizləşmək, oduna dönmək.

ODUNLUQ (ID - 31369)

sif. 1. Odun üçün yarayan, odun kimi kəsmək üçün ayrılmış. Odunluq ağac.
2. Odun saxlanılan yer, odun anbarı. Doğranmış odunu odunluğa yığmaq.

OD-YALOV (ID - 31370)

bax od-alov. [Məşədi Müslüm:] ..Demə qız od-yalov imiş. Mir Cəlal.

OF (ID - 31371)

b ax uf. [Əsgər Cahana:] Of ay xala! Yenə bilmədin nə istəyirəm?.. Ü.Hacıbəyov. Of həyat nə qədər şirindir. Mir Cəlal.

OFİSİANT (ID - 31372)

is. [lat.] Restoranda, aşxanada xörək paylayan.

OFSET (ID - 31373)

[ing. offset] Çap üsulu: bu üsulda çap qəlibi üzərindəki rəng (şəkil) rezin lövhəyə, oradan da kağız üzərinə köçürülür.

OFTALMOLOGİYA (ID - 31374)

[yun. oftalmos - göz və logos - elm, nəzəriyyə] Göz xəstəlikləri və onların müalicəsi üsullarından bəhs edən elm.

OĞLAQ (ID - 31375)

is. Körpə, südəmər keçi balası; çəpiş. Analarını əmməsinlər deyə quzuları, oğlaqları bir ağıla doldururdular. A.Şaiq.

OĞLAN (ID - 31376)

is. 1. Kişi cinsdən olan uşaq. Uşaqlarından biri oğlandır, ikisi qız. - [Arvad:] Aradan bir az keçdi, Allah vurdu, mənə bir oğlan da verdi. Çəmənzəminli.
2. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş gənc. Getdim alagözlü...

OĞLANCIĞAZ (ID - 31377)

“Oğlan” dan ox0. Oğlancığaz bərk xəstədir.

OĞLANCIQ (ID - 31378)

is. Kiçik oğlan uşağı.

OĞLANLIQ (ID - 31379)

is. Kişi cinsinin evlənənə qədər olan halı, oğlan olma dövrü.

OĞLANLI-QIZLI (ID - 31380)

top. Həm oğlan(lar), həm də qız(lar), oğlanlarla qızlar birlikdə. Oğlanlı-qızlı köməyə gəlmək. - [Yaşlı kişi:] Oğlanlı-qızlı bir araya toplaşır, Şərəf xalagilin ağ və təmiz qumdan ibarət olan təpəliyində oynardıq....

OĞRU (ID - 31381)

1. is. Oğurluq edən adam, oğurluqla məşğul olan adam. Casusmusan ki, yoxsa oğru? Ya əyrimisən ki, yoxsa doğru? Xətayi. Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir.
B ax oğrun. Bu bir gözəllikdir...

OĞRUBAŞI (ID - 31382)

is. Oğru dəstəsinin başçısı, oğrulara başçılıq edən adam. [Qulu:] Bəli, Tehran həbsxanasından qaçmış oğrubaşı Səftərsən. S.S.Axundov. Zahirən Leylək zabitəli bir divanbəyi, içəridən bir oğrubaşı idi. S.Rəhimov.

OĞRU-ƏYRİ (ID - 31383)

top. Oğrular, oğurluqla məşğul olan adamlar, əli düz olmayan adamlar; cinayətkarlar. [Cındırlı kişi:] Burada oğruəyri çox olduğundan müştəriləri nərdivan ilə çıxardıb, sonra nərdivanı götürürük. Ə.Haqverdiyev. Çoxdan bəri...

OĞRU-QULDUR (ID - 31384)

top. Oğurluqla, quldurluqla məşğul olan adamlar. Leylək oğruquldurun əzizi, iki gözü idi. S.Rəhimov.

OĞRUN (ID - 31385)

zərf və sif Gizlicə, başqalarına sezdirmədən, başqalarına bildirmədən. Ovçu görmüş maral kimi səksənib; Oğrun baxabaxa bu yanə gəlsin! Q.Zakir. Səlimin oğrun baxışları Dilaranın xəyalından çıxmırdı. M.İbrahimov.

OĞRUNCA (ID - 31386)

bax oğrun. Oğrunca nəzər salmaq. - Nəbi kişi göz qapaqlarını qaldırıb tərs-tərs, ancaq oğrunca saqqalına dən düşmüş memara baxdı. S.Rəhimov.

OĞRUN-OĞRUN (ID - 31387)

zərf bax oğrun. Gəlinin başına bəy alma atır; Gəlin oğrun-oğrun baxıb naz satır. Şəhriyar.

OĞUL (ID - 31388)

is. 1. Kişi cinsindən olan övlad. Onun oğlu olub. Iki qızı, bir oğlu var. - [Qurbanəli:] Qaldır başını, sən axı Qurbanəlinin oğlusan. H.Nəzərli. Son zaman Rüstəm kişi oğlunun tora düşməsində, pis bir günah işləməsindən qorxurdu....

OĞULLUQ (ID - 31389)

is. 1. Oğulun ata-ana qarşısında borcu, vəzifəsi, haqqı; övladlıq. Oğulluq borcu. Oğulluq etmək.
2. Biri tərəfindən övladlığa götürülmüş, yaxud ana ardınca kişinin evinə gətirilən oğlan uşağı. □ Oğulluğa götürmək...

OĞULSUZ (ID - 31390)

sif. Oğlan övladı olmayan, oğlu olmayan, yaxud oğlu ölmüş. Oğulsuz analar yasa batmışdır. S.Vurğun.

OĞULSUZLUQ (ID - 31391)

is. Oğlan övladı olmayan ata-ananın halı, oğlu olmama.

OĞUL-UŞAQ (ID - 31392)

top. Oğullar, qızlar bir yerdə. [Murad] ..evli və oğul-uşaq sahibi idi. S.Hüseyn. [Cahan:] Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol.. Ü.Hacıbəyov.

OĞURLAMA (ID - 31393)

"Oğurlamaq” dan f.is.

OĞURLAMAQ (ID - 31394)

f Başqasına məxsus şeyi, malı, pulu və s.-ni gizlincə götürüb mənimsəmək, aparmaq. [Odabaşı Xudayar bəyə:] ..Yekə kişi, xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama. Məmmədquluzadə. [Dostəli:] Bilmək...

OĞURLANMA (ID - 31395)

"Oğurlanmaq” dan f.is.

OĞURLANMAQ (ID - 31396)

1. məch. Oğurluqla mənimsənilmək, aparılmaq, ələ keçirilmək. Kassa oğurlandı.
2. f Gizli olaraq görmək, başqalarına sezdirmədən görmək (bir işi). [Tutu] ..adamlardan oğurlanıb birbaş Mürsəlin yanına gəlir.. Ə.Vəliyev.

OĞURLATDIRMA (ID - 31397)

“Oğurlatdırmaq” dan f.is.

OĞURLATDIRMAQ (ID - 31398)

icb. Başqası vasitəsilə oğurlatmaq, ələ keçirtmək. O məlun kəbin verməmək üçün bu kağızı bizdən oğurlatdırmışdır. M.S.Ordubadi.

Bu səhifə 157 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<