İzahlı lüğət

OĞLAN

is. 1. Kişi cinsdən olan uşaq. Uşaqlarından biri oğlandır, ikisi qız. - [Arvad:] Aradan bir az keçdi, Allah vurdu, mənə bir oğlan da verdi. Çəmənzəminli.
2. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş gənc. Getdim alagözlü yarla danışam; Dedi: - Oğlan, dur get, söz vaxtı deyil. M.P.Vaqif. Nazim də Nəcibə kimi atasızanasız böyümüş bir oğlan idi. Mir Cəlal.
□ Oğlan gəlmisən, ya qız? - tapşırığı yerinə yetirib yetirmədiyini bilmək üçün birinə zarafat təriqində verilən sual. ...oğlan çağı adətən fəsillərin adı ilə işlənib onların əsas xüsusiyyətlərini özündə əks etdirən dövrünü bildirir. Qışın oğlan çağı idi, bərk qar yağırdı. - Yazın oğlan vaxtı, selli çağları; Qanıq ilə Qavrı, bir də dəli Kür; Birləşib üçü də, uçurur, tökür. H.K.Sanılı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

OF

OL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed