İzahlı lüğət

OTARILMA (ID - 31699)

“Otarılmaq” dan f.is.

OTARILMAQ (ID - 31700)

məch. Otlaqda heyvanlara ot yedirdilmək.

OTARMA (ID - 31701)

“Otarmaq” dan f.is.

OTARMAQ (ID - 31702)

OTARTMA (ID - 31703)

“Otartmaq” dan f.is.

OTARTMAQ (ID - 31704)

icb. Yerdə bitən otu, bitkini otlamasına imkan vermək və ya bu işi gördürmək. ..Qonşunun əkinini otardanlar manifestə düşür, düşmənin tayasına od vuranlar manifestə düşür. C.Məmmədquluzadə.

OTBİÇƏN (ID - 31705)

is. Otbiçən maşın, alət. Otbiçəni təmir etmək. // Sif. mənasında. Ümid .. otbiçən maşının, kombaynın yan-yörəsinə dolandı. B.Bayramov.

OTÇALAN (ID - 31706)

is. Otçalan maşın, alət; otbiçən. Otçalanı yoxlamaq. // Sif. mənasında. ..Kreditlə iki yüngül traktor, otçalan maşın və sairə aldım. M.İbrahimov.

OTDOĞRAYAN (ID - 31707)

is. Biçilmiş otu doğrayıb xırdalandıran maşın, alət. // Sif. mənasında. Otdoğrayan maşın.

OTEL (ID - 31708)

[fr.] Mehmanxana. Otel sahibi və onun dalısınca bir əcnəbi nömrəyə girdilər. S.M.Qənizadə. Restorandan aşağı Nemətin nəzərinə çarpan böyük bir otel oldu. Çəmənzəminli.

OTLAQ (ID - 31709)

is. 1. Çoxlu ot bitən və mal-qara otarılan yer. Naxırı otlağa buraxmaq. - Inək, camış, qoyun, quzu çıxar naxırda otlağa; Köçər arandan el, gedər yavaş-yavaşca yaylağa. A.Səhhət. Otlaqdan geri dönüb; Gəlir kəndə quzular. M.Seyidzadə.
B...

OTLAMA (ID - 31710)

“Otlamaq” dan f.is. Quzuçuların həvəslə oynamaları, quzuların iştahla otlamaları Gülşada ləzzət verirdi. Ə.Vəliyev.

OTLAMAQ (ID - 31711)

f Otlaqda ot yemək. Quzuları otlamağa aparmaq. - [Vəzir:] Hər yerdə sürüylə otlayır ceyran. A.Şaiq. Sürülər çöldə otlayırdı. M.İbrahimov.

OTLATMA (ID - 31712)

“Otlatmaq” dan f.is.

OTLATMAQ (ID - 31713)

b ax otarmaq. [Şeyx Mərdan:] O qadından qaçan böyük Sənan; Donuz otlatmaq üzrə oldu çoban. H.Cavid.

OTLU (ID - 31714)

sif Ot olan, ot bitmiş. Otlu sahə. Otlu yer.

OTLUQ (ID - 31715)

is. Çoxlu ot bitmiş yer; çəmən. Birdən otluqdan iki-üç qırqovul qalxdı. Çəmənzəminli. Ulaqları o tərəfdəki otluğa buraxıb gələn Yusif atasının yanında durdu. Ə.Abasov.

OTSUZ (ID - 31716)

sif Ot bitməyən, ot olmayan; çılpaq. Otsuz düzənlik.

OTTARLALI (ID - 31717)

sif k.t. Torpağın məhsuldarlığını bərpa etmək üçün tarlada vaxtaşırı ot əkməkdən ibarət əkin üsulu. Ottarlalı əkin növü.

OTTİSK (ID - 31718)

is. [rus.] Çap olunmuş materialların ayrıca nüsxəsi; basmaca.

OTUXMA (ID - 31719)

"Otuxmaq” dan f.is.

OTUXMAQ (ID - 31720)

f məh. Ot yeməyə başlamaq (körpə otyeyən heyvanlar haqqında).

OTURACAQ (ID - 31721)

is. 1. Oturulan yer, üstündə oturmaq üçün şey, üstündə oturula biləcək hər şey. Maşının oturacağı. - Divara söykənmiş oturacaqlarda oturduq. S.Rəhimov. Əlabbas tütün qutusunu oturacağa qoyub traktorun altına keçdi. H.Seyidbəyli....

OTURACAQLI (ID - 31722)

sif. Oturacağı olan.

OTURAQ (ID - 31723)

1. sif. Köçəri həyat keçirməyən, daim bir yerdə yaşayan (köçəri ziddi). Oturaq əhali. - Lakin Camal kəndə gəlmək və oturaq həyat keçirmək istəmirdi. M.S.Ordubadi. Çox vaxt oturaq zehniyyəti ilə köçəri zehniyyəti bir-biri ilə...

OTURAQLIQ (ID - 31724)

is. Oturaq həyat sürmə, oturaq həyat tərzi (köçərilik ziddi).

OTURDULMA (ID - 31725)

“Oturdulmaq” dan f.is.

OTURDULMAQ (ID - 31726)

məch. Oturmağa məcbur edilmək, əyləşdirilmək.

OTURMA (ID - 31727)

“Oturmaq” dan f.is.

OTURMAQ (ID - 31728)

f. 1. Yanını bir yerə, ya oturacağa qoyub oturaq vəziyyət almaq, əyləşmək. Buyurun, oturun! - [Hacı Əhməd Almasa:] Heç, elə belə gəldik, baş çəkək. Oturmaq olar? Cabbarlı. Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək...

OTURTMA (ID - 31729)

“Oturtmaq” dan f.is.

OTURTMAQ (ID - 31730)

icb. 1. Əyləşdirmək. Yanında oturtmaq. - Mənzilimdən sandalya alıb [gələnləri] münasib bir yerdə oturtdum. S.Hüseyn. Mədinə həmişəki kimin Vaqifi Topxanaya baxan bəzəklipəncərənin içində oturtdu. Çəmənzəminli. Səkinə gəlini...

OTURUB-DURMA (ID - 31731)

1. “Oturub-durmaq’dan f.is.
2. Əlaqə, yoldaşlıq etmə, vaxtını bir yerdə keçirmə.

OTURUB-DURMAQ (ID - 31732)

f 1. Əlaqə saxlamaq, dostluq etmək, yoldaşlıq etmək. [Pəricahan xanım:] Mehdi ağanın nəvəsi Ağca xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq yaraşmaz. S.S.Axundov. [Balaş Sevilə:] ..Mən indi böyük cəmiyyət adamıyam,...

OTURUM (ID - 31733)

is. Oturmaq işi, oturma.

OTURUŞ (ID - 31734)

is. Oturma tərzi, oturma qaydası. Oturuşuna fikir vermək. - Oturuşu Şirin, duruşu Leyli; Həm özü, həm fikrü xəyali sərxoş! M.P.Vaqif. Gəldiyevin bu sakit oturuşu xiffət çəkən adamın oturuşuna oxşamır. Mir Cəlal.

OTURUŞMA (ID - 31735)

“Oturuşmaq” dan f.is.

OTURUŞMAQ (ID - 31736)

f 1. Hamı özünə yer tapıb oturmaq. Qonaqlar oturuşdular.
2. məc. Yaşa dolmaq, ahıllaşmaq, köhnəlmək, qartmaq.

OTURUŞMUŞ (ID - 31737)

sif. və is. dan. Yaşlı, ahıl, qartımış. Müəllim yaşca oturuşmuş adamdı. Ə.Vəliyev.

OTUZ (ID - 31738)

say. İyirmi doqquzdan sonra gələn say - 30. Otuz manat. Otuz nəfər. - Altmış nisbi, otuz cüzi müttəsil; Doxsan min kəlmədə tamamı vardır. Aşıq Ələsgər.

OTUZCA (ID - 31739)

say. Ancaq otuz, yalnız otuz. Otuzca manat pulum var. - [Mirzədadaş:] Hətta mən ondan otuzca manat cib xərcliyi alaram. N.Vəzirov.

OTUZGÜNLÜK (ID - 31740)

sif Otuz gün sürən və ya sürmüş; biraylıq. Otuzgünlük ezamiyyət. // Otuz gün vaxt tələb edən; biraylıq. Otuzgünlük işimiz qalıb.

OTUZİLLİK (ID - 31741)

sif. 1. Otuz il davam etmiş və ya edən. Otuzillikbir dövr. Otuzillik mübarizə. Otuz illiyə həsr olunmuş, otuz ilin tamam olması ilə əlaqədar olan. Otuzillik yubiley.

OTUZLUQ (ID - 31742)

1. is. köhn. Üç onluqdan ibarət, otuz manat dəyərində olan kağız pul. Otuzluğu xırdalamaq. - [Poçtalyon:] Elə ki, şad xəbər gətirirəm, çıxarıb bir otuzluq ilə yola salırsınız. Mir Cəlal.
2. sif Bir şeyin dərəcəsini, nömrəsini,...

OTUZMƏRTƏBƏ(Lİ) (ID - 31743)

sif. Otuz mərtəbəsi olan. Otuzmərtəbəli bina.

OTUZUNCU (ID - 31744)

“Otuz” dan sıra s. Otuzuncu sıra. Otuzuncu ev.

OTYEYƏN (ID - 31745)

sif Otla qidalanan. Otyeyən heyvanlar.

OTYIĞAN (ID - 31746)

is. Biçilmiş otu yığan maşın, alət və s. // Sif. mənasında. Otyığan maşın.

OV (ID - 31747)

is. 1. Vəhşi heyvan, quş vurma və ya tutma, həmçinin balıq tutma işi. Ova getmək. Ov eləmək. Ovumuz uğurlu oldu. - Atam məni həmişə ova aparırdı. M.Rzaquluzadə. □ Ov heyvanı (quşu) - ov üçün heyvan (və ya quş), ovlanan (quş)....

OVA (ID - 31748)

is. dan. Düzənlik, düzəngah, düzən yer; ovalıq. Bizimdir bu əngin, atlas ovalar; Qoynunda qartal bəsləyən qayalar. A.Şaiq. Çöldə traktorun səsi canlanır; Ovalar şənlənir, həyəcanlanır. S.Vurğun.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed