İzahlı lüğət

OĞURLATMA (ID - 31399)

“Oğurlatmaq” dan f.is.

OĞURLATMAQ (ID - 31400)

icb. 1. Bir şeyi başqasının vasitəsilə xəlvəti əlinə keçirmək. [Xaqani:] Bir yanda toy-büsat, bir yanda matəm; 0ah qız oğurladır, rəzalətə bax. M.Rahim.
2. Bir şeyin oğurlanmasına səbəb olmaq, başısoyuqluq, diqqətsizlik,...

OĞURLUQ (ID - 31401)

is. 1. Başqasının malını, şeyini, pulunu və s. oğurlama işi; oğrunun işi, peşəsi. Oğurluqla məşğul olmaq. Oğurluq cinayətdir. - [Şahbaz bəy:] Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Ömründə...

OĞURLUQCA (ID - 31402)

zərf Gizlicə, xəlvəti, başqalarına sezdirmədən. Oğurluqca içəri girmək. - ..Mən üç yüz evin kattası ola-ola bir ulağ da tapa bilmirəm, gedərəm oğurluqca özgələrin eşşəyini gətirrəm? C.Məmmədquluzadə.

OĞURSAQ (ID - 31403)

is. məh. Balası öldükdən sonra süd verən inək. Oğursağı sağmaq.

OĞUZ (ID - 31404)

is. Göytürk imperatorluğu dövründə 9 tayfadan birini təşkil edən, bugünkü Azərbaycan və Türkiyə türkləri ilə yanaşı türkmən və qaqauzların da mənşəyində dayanan böyük bir türk boyu (tarixən oğuzların bir qolu boz-ok,...

OH (ID - 31405)

nida. 1. Heyrət, təəccüb bildirir. Oh, nə hündür ağacdır. Qorxu, ürək sıxıntısı bildirir, yaxud zəhmət və sıxıntıdan qurtardığına dəlalət edir. Oh, canım qurtardı. - [Səməd] birdən beyninə hücum edən bu müdhiş sualın...

OHA (ID - 31406)

təql. İnək, öküz və b. iribuynuzlu heyvanları hərəkətə gətirmək və ya hərəkətini sürətləndirmək üçün çıxarılan səs. Oha var dağa çıxarar; Oha var dağdan endirər. (Məsəl). // Is. mənasında. Yorulmuş öküz ohanı Allahdan...

OHALAMA (ID - 31407)

“Ohalamaq” dan f.is.

OHALAMAQ (ID - 31408)

f “Oha” edərək inək, öküz və b. iribuynuzlu heyvanı hərəkətə gətirmək və ya hərəkətini sürətləndirmək. Xaraba kəndin küçəsi ilə gələn bir qoca, qabağında gedən öküzü ohalayırdı. Ə.Məmmədxanlı.

OHO (ID - 31409)

nida. Gözlənilməz bir şey qarşısında təəccüb, heyranlıq, sevinc, yaxud tərif bildirir. [Səfər bəy:] Oho, xoş gəlmişsən, xoş gəlmişsən, elə bu saat sənin fikrini eləyirdik ki, niyə hacı dərviş gəlməyir.. B.Talıblı. [Aslan...

OX1 (ID - 31410)

nida. 1. Təəssüf, məyusluq, peşmançılıq, narazılıq və s. hissləri ifadə edir. Ox, bu nə işdir, elədim. Ox, başımız getdi. Ox, sənin əlindən hara qaçaq? // Heyrət, təəccüb, heyranlıq, həsrət ifadə edir. [Pəri:] Ox, belə...

OX2 (ID - 31411)

is. 1. Yayla atılan itiuclu və ya ucuna iti dəmir keçirilmiş mil (qədim silah növü). Oxu yaya qoymaq. Oxla ovu vurmaq. - Bunu fikirləşib, Koroğlu başçı durnaya bir ox atdı. “Koroğlu” . Ox, kaman, qılınc və nizələr işlətməkdə...

OXABƏNZƏR (ID - 31412)

OXALAMA (ID - 31413)

“Oxalamaq” dan f.is.

OXALAMAQ (ID - 31414)

bax ovxalamaq. [Yəhya Kamal] ..gözlərini oxalayıb bir də baxdı. Mir Cəlal.

OXALANMA (ID - 31415)

“Oxalanmaq” dan f.is.

OXALANMAQ (ID - 31416)

bax ovxalanmaq. Mururizamanla oxalandı; Töküldü ehramların daşı. O.Sarıvəlli.

OXATAN1 (ID - 31417)

is. köhn. Ox-kamanla silahlanmış əsgər.

OXATAN2 (ID - 31418)

(lat. Sagittarius) - Zodiak bürcü.

OXAY (ID - 31419)

OXDAN (ID - 31420)

is. köhn. Çiyindən asılan oxqabı, oxluq, sadaqa (dəridən və ya ağacdan olardı). [Qara Məlikin] kamanı köhnə oxdanı sadə bir dəridən ibarət idi. M.S.Ordubadi.

OX-KAMAN (ID - 31421)

top. köhn. Ox və kamandan ibarət primitiv silah; ox-yay. Elə ki, gün batdı, axşam oldu, Məlikməmməd qıvraq geyinib, ox-kamanını götürüb bağa getdi. (Nağıl). Qara Məlik vəliəhdin qəsdindən xəbərdar olduğu üçün qılıncını,...

OXQABI (ID - 31422)

OXLAMA (ID - 31423)

“Oxlamaq” dan f.is.

OXLAMAQ (ID - 31424)

f 1. Oxla vurmaq. Ceyranı oxlamaq. - Yanaqların güldü, solmaz; Oxladın, yaram sağalmaz. Aşıq Ələsgər.
2. dan. Ox keçirmək, ox salmaq (b ax ox2 cü mənada). Arabanı oxlamaq.

OXLANMA (ID - 31425)

“Oxlanmaq” dan f.is.

OXLANMAQ (ID - 31426)

məch. 1. Oxla vurulmaq. İgidim oxlanıbdı; Ürəklər qara qandı. (Bayatı).
2. dan. Ox keçirilmək, ox salınmaq (bax ox2 3-cü mənada).

OXLOV (ID - 31427)

is. Xəmir yaymaq üçün işlədilən ortası yoğun, ucları getdikcə nazikləşən taxta mildən ibarət alət. Oxlovla xəmir yaymaq.

OXLOVÇU (ID - 31428)

is. köhn. Çörəkxanada xəmir yayan işçi. Üzüpörtmüş şatır oxlovçunun verdiyi xəmiri.. təndirə yapırdı. P.Makulu.

OXLOVLAMA (ID - 31429)

“Oxlovlamaq” dan f.is.

OXLOVLAMAQ (ID - 31430)

f 1. Oxlovla yaymaq. Xəmiri oxlovlamaq.
2. Oxlovla döymək, oxlovla vurmaq. Uşağı oxlovlamaq.

OXLU (ID - 31431)

sif Oxu olan. Oxlu təkər.
□ Oxlu kirpi zool. - gəmiricilər dəstəsindən kürəyi və yanları uzun tikanlarla örtülü məməli heyvan.

OXLUQ (ID - 31432)

is. 1. Ox qayrılmaq üçün yarayan. Oxluq ağac.
Bax oxdan. 0ah oxluqdan bir ox alıb yaya qoyur. A.Şaiq.

OXRA (ID - 31433)

is. [yun.] Açıq qəhvəyi rəngli təbii boya.

OXRANMA (ID - 31434)

“Oxranmaq” dan f.is.

OXRANMAQ (ID - 31435)

f məh. Yavaşdan kişnəmək. At oxrandı.

OXRANTI (ID - 31436)

is. məh. Yavaş kişnəmə, kişnərti. Oxrantı səsi. - [Qoca:] Oyanda malın gövşəməsi, ilxının oxrantısı qulağıma gəlmir. A.Divanbəyoğlu.

OXŞADILMA (ID - 31437)

“Oxşadılmaq” dan f.is.

OXŞADILMAQ (ID - 31438)

f Bənzədilmək.

OXŞAMA1 (ID - 31439)

“Oxşamaq1’dan f.is.

OXŞAMA2 (ID - 31440)

1. “Oxşamaq2” dan f.is.
2. əd. Azərbaycan şifahi xalq ədəbiyyatında lirik şeir formalarından biri. Səhhət, Cabbarlı və Vurğun kimi sənətkarlarımız öz əsərlərində oxşamalardan ustalıqla istifadə etmişlər.

OXŞAMAQ1 (ID - 31441)

f Bənzəmək. Anasına oxşamaq. Bir-birinə oxşamaq. - [Sona:] Baxıram, siz çox yaxşı adama oxşayırsınız. H.Nəzərli.

OXŞAMAQ2 (ID - 31442)

f 1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq. [Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb .. oxşamağa başladı. Ə.Vəliyev. // Nəvaziş, sevgi, riqqət əlaməti olaraq əli ilə sığallamaq,...

OXŞANMA (ID - 31443)

“Oxşanmaq” dan f.is.

OXŞANMAQ (ID - 31444)

məch. Əzizlənmək, nəvaziş olunmaq, sevilmək, nəvazişlənmək. Ana qucağında isinərkən, mehriban əllərlə oxşanarkən .. heç bir şey sənin üçün qorxulu deyil. Mir Cəlal. Sevildi, oxşandı o, məktəbdə də; Evdə olduğu tək ərköyün...

OXŞAR (ID - 31445)

sif Bənzər, oxşayan, bənzəyən. Cəmiləyə oxşar bir ana öz toppuş qızı ilə oynayırdı. S.Rəhimov. ..Əndamlı xanım xalata oxşar, qırmızıgüllü, sarı paltar geymişdi. M.İbrahimov. // Misl, bərabər. Oxşarı yoxdur. // İs. mənasında....

OXŞARLIQ (ID - 31446)

is. Bənzərlik, uyğunluq, bənzəyiş, oxşama. Onların arasında heç bir oxşarlıq yoxdur.

OXŞATMA (ID - 31447)

“Oxşatmaq” dan f.is.

OXŞATMAQ (ID - 31448)

f. 1. Bənzətmək. [Qulam müəllim] Dəmirovu oxşatmışdı, ancaq tanıya bilməmişdi. S.Rəhimov. Qız yenə gülümsündü və bu təbəssüm onu məsum bir uşağa oxşatdı. H.Seyidbəyli.
2. Yanılıb bir şeyi başqa bir şey zənn etmək,...
......
.....i_l_bolme_mundericati