İzahlı lüğət

ÇİLƏMƏK

f 1. Sıçrantı halında, damcı-damcı tökmək, səpmək, sıçratmaq. Başına odekolon çiləmək. - Əsgərin gözü Kosanın qayırmış olduğu çalaya sataşdı. Kosa sısqa arx ilə su gətirər, bu çalaya doldurar, buradan da bostanına çilər və ləzzət alardı. S.Rəhimov. [Qız] hisli lampanın neftini bədəninə çiləyib özünü yandırdı. M.Hüseyn.
Az-az, seyrək-seyrək yağmaq, səpələmək (yağış haqqında). Hava çiləyir. - Çiləyir narın-narın ilıq Bakı yağışı; Bizim qəşəng şəhərin birdir payızı, qışı. S.Rüstəm.
Artıq gecədən keçmişdi. Arabir yağış çiləyirdi. S.Vəliyev.
məc. Səpələmək. Camaat çayın qırağına gələndə ay yavaş-yavaş özünü göstərdi. Bulanıq suya nə qədər nur çilədisə, onu parıldada bilmədi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed