İzahlı lüğət

ÇƏNƏ

is. 1. Üzün ağzı əmələ gətirən iki yarımdairə sümüyü; üst çənə burundan aşağıda, ağızdan yuxarıda, alt çənə ağızdan aşağıda yerləşir, alt çənə mütəhərrikdir, qalxıbenir. Xanım masanın üstündən kitabı götürdü, dirsəyinə dayaq verərək əlini çənəsinə söykədi. Çəmənzəminli. Bir əli ilə anasının döşündən möhkəm yapışmış körpə o biri əli ilə anasının üzünü, çənəsini əlləyirdi. Ə.Vəliyev.
xüs. Məngənə və s. sıxıcı alətlərin şeyi sıxan tərəflərindən hər biri. Məngənənin çənələrini yeyilməkdən qorumaq üçün onların işlək üzlərinə vintlər vasitəsilə poladdan hazırlanmış və su verilmiş dodaqlar bağlanır. “Neft maşmqayırma texnologiyası”.
□□ Çənə atmaq - can vermək. [Hacı Fərəc Molla Ələsgərə:] Yasini avaz ilə oxu! Görməyirsən, kişi çənə atır. M.Əliyev. Çənə vurmaq (döymək) - l) çox danışmaq. [Səfər bəy:] Səndən qabaq o biri otaqda oturub, Molla Abuşla azı dörd saat çənə döymüşəm ki, qızı mənə versin. B.Talıblı; 2) mübahisə etmək. [Vəzir Cahana:] Ağa Kərim xanla bu işdə mən o qədər çənə vurmuşam, dilim-dodağım qabar olub. N.Vəzirov. Alış-verişçilər də İrandan gələn alış-verişçilərə yanaşaraq, düyü, kişmiş və sair şeylərin qiyməti üzərində çənə döyürdülər. M.S.Ordubadi. Çənəsi qızışmaq - həddən çox danışmaq, danışığına ara verməmək. Hümmətin çənəsi elə qızışmışdı ki, suallarına cavab gözləmirdi. B.Bayramov. Çənəsini boş qoymaq - danışığma fikir verməmək, ağzıboşluq göstərmək. Manafın can yandırması, qayğıkeşliyi müqabilində [Bəyim] çənəsini boş qoyub ağzına gələnləri dedi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed