Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

TƏKLİFSİZLİK (ID - 38886)

is. Təklifsiz adamın hərəkət tərzi; hörmətsizlik, ədəbsizlik, nəzakətsizlik, sırtıqlıq; hörmət, rəsmiyyət gözləməmə.

TƏKLİK (ID - 38887)

is. 1. Onluqda birinci, ən kiçik say; həmin sayı ifadə edən 1 (bir) rəqəmi. // Çoxrəqəmli ədədlərin axırıncı rəqəmi. Yüzlük, onluq və təklik. Yalqızlıq, tək olma; tək qalmış adamın halı. Bəli! indi mən təkəm və bu...

TƏKLİKDƏ (ID - 38888)

zərf 1. Təkcə, ayrıca, yalqız. Şair təklikdə oturub, saatlarla xəyala dalmağı da çox sevirdi. S.Rəhimov.
2. Başqasının və ya başqalarının köməyi olmadan; təkbətək, tək özü, təkbaşına. Sülü təklikdə Əliqulu ilə bacarmadı,...

TƏKLÜLƏ (ID - 38889)

is. Bir lüləsi olan tüfəng, ya tapança. Qarakişi.. gah Şahmara, gah Yusifə, gah da təklüləsinə baxıb qapıdan çıxdı. B.Bayramov. // sif. Bir lüləsi olan. [Səlim] özünə bir dəst yaxşı ov paltarı, rezin çəkmə və bir təklülə...

TƏKMƏNALI (ID - 38890)

sif. dilç. Ancaq bir mənası olan (çoxmənalı əksi). Təkmənalı söz.

TƏKMƏNALILIQ (ID - 38891)

is. dilç. Bir mənası olma (çoxmənalılıq əksi). Sözün təkmənalılığı.

TƏKMİL (ID - 38892)

is. [ər.] klas. Bir işin qurtarması, sona çatması, bitməsi. □ Təkmil etmək klas. - qurtarmaq, sona yetirmək, bitirmək, başa çatdırmaq, tamamlamaq. Söylə mənə: - Gər eyləməsəm dərsimi təkmil; Girməz başıma ər sözü, gər bitməsə...

TƏKMİLLƏŞDİRİLMƏ (ID - 38893)

“Təkmilləşdirilmək”dən f.is.

TƏKMİLLƏŞDİRİLMƏK (ID - 38894)

məch. Daha yaxşı, daha mükəmməl hala gətirilmək; mükəmməlləşdirilmək. Neftçıxarma üsulları getdikcə təkmilləşdirilir.

TƏKMİLLƏŞDİRMƏ (ID - 38895)

“Təkmilləşdirməkdən f.is. Ustalığı təkmilləşdirmə. Texnikanı təkmilləşdirmə.

TƏKMİLLƏŞDİRMƏKf (ID - 38896)

Daha yaxşı, daha mükəmməl hala gətirmək, mükəmməlləşdirmək. Neftayırma üsullarını təkmilləşdirmək.

TƏKMİLLƏŞMƏ (ID - 38897)

“Təkmilləşməkdən f.is.

TƏKMİLLƏŞMƏK (ID - 38898)

f . Daha yaxşı, daha mükəmməl hala gəlmək; mükəmməlləşmək. MTS-lər birləşib təkmilləşəndə Hatəmov da .. işə çox ciddi girişmişdi. B.Bayramov.

TƏKMİLLİLİK (ID - 38899)

is. Təkmil olma, mükəmməllilik, nöqsansızlıq, kəsirsizlik. Yağlama sisteminin təkmilliliyi.

TƏKNƏ (ID - 38900)

is. 1. Əsasən xəmir yoğurmaq üçün işlədilən dərin, iri, taxta mətbəx aləti; dərin tabaq. Mələk bacı dizləri üstə oturub, kəndli qadınlara məxsus təmkin və səliqə ilə təknədə xəmir yoğururdu. Ə.Sadıq. Burada təknə,...

TƏKRAR (ID - 38901)

is. [ər.] Bir işi bir daha, yenidən görmə, bir neçə dəfə etmə; bir sözü bir daha, yenidən söyləmə. Məqalədə təkrar çoxdur. - [Şeyx Sənan:] İbn Məryəm asıldı darə, fəqət; Onu təkrarə varmıdır hacət? H.Cavid. Yəqin ki,...

TƏKRAREDİLMƏZ (ID - 38902)

sif Tayı-bərabəri olmayan, təkrar edilə bilməyən. Təkraredilməz sənət əsəri.

TƏKRARƏN (ID - 38903)

zərf [ər.] Təkrar olaraq, təkrar-təkrar. Kərimzadə, Sənubərin gözünün içinə baxıb, Həmişəyevin fikrini təkrarən təsdiq elədi. B.Bayramov.

TƏKRARLAMA (ID - 38904)

“Təkrarlamaq”dan f.is.

TƏKRARLAMAQ (ID - 38905)

f . Təkrarən etmək, bir şeyi neçə dəfə etmək; bir sözü yenə də, bir daha, yenidən söyləmək. Elə bil təbiət bir şair kimi; Sevdiyi misranı təkrarlamışdır. N.Xəzri. [Səməndər:] İki-üç anlamazın dediklərini niyə təkrarlayırsan,...

TƏKRARLANMA (ID - 38906)

“Təkrarlanmaq”dan f.is.

TƏKRARLANMAQ (ID - 38907)

məch. Təkrarən edilmək, bir neçə dəfə edilmək, təkrar olunmaq; təkrarən, yenidən, bir daha söylənmək. Söhbət təkrarlandı. Səhvlər təkrarlandı. Qapının zəngi təkrarlandı.

TƏKRARLATMA (ID - 38908)

“Təkrarlatmaq”dan f.is.

TƏKRARLATMAQ (ID - 38909)

icb. Təkrarən etdirmək, bir işi bir neçə dəfə gördürmək, təkrar etdirmək.

TƏKRAROLUNMAZ (ID - 38910)

bax təkraredilməz.

TƏKRAR-TƏKRAR (ID - 38911)

zərf Təkrarən, bir neçə dəfə, dəfələrlə. Dinləmişəm gənc ikən Bakıda təkrar-təkrar; Sizin Şirvanzadəni, bizim Şirvanzadəni. S.Rüstəm.

TƏKRİR (ID - 38912)

is. [ər.] Təkrarlama, təkrar.

TƏKSƏSLİ (ID - 38913)

sif. mus. Yalnız bir səslə ifa edilən, bir səsdən ibarət olan. Beləliklə, əvvəllər yalnız təksəsli olan musiqi getdikcə çoxsəsli musiqi ilə əvəz edilmişdir. Ə.Bədəlbəyli.

TƏK-TƏK (ID - 38914)

sif. və zərf 1. Birbəbir, bir-bir, ayrı-ayrılıqda. Mirqasım mollaların bəzilərinə tək-tək salam verməyə başladı. S.Rəhman.
Hərdənbir, arabir, bəzən, nadir. Məni də yorduqca arabir şəhər; Muğanın seyrinə çıxıram tək-tək....

TƏK-TƏNHA (ID - 38915)

sif. və zərf Yalqız, tək, təkcə. Cəlal indi tək-tənha idi. S.Vəliyev. Ağappaq xalat geyinmiş Aydın tək-tənha öz otağında oturub gözləyirdi. H.Seyidbəyli.

TƏKTƏSƏRRÜFATÇI (ID - 38916)

is. Ayrıca müstəqil təsərrüfatı olan və kənd təsərrüfatı artelinin üzvü olmayan kəndli. Təktəsərrüfatçı əmlakı.

TƏK-TÜK (ID - 38917)

sif. Tək-tək, arabir. Ancaq təktük üstüörtülü faytonlar içində miniklər görünürdü. S.M.Qənizadə. [Koroğlu:] Doğrudur, indi də aramızda tək-tük ziyalılar tapılır. Ə.Haqverdiyev.

TƏKYƏ1 (ID - 38918)

is. [ər.] 1. köhn. Söykənəcək, dayanacaq. □ Təkyə eləmək (etmək) - 1) söykənmək, dayanmaq. Rzaquluxan suyu içdikdən sonra balışa təkyə edib, yavaş-yavaş göz yaşı tökməyə başladı. M.S.Ordubadi; // söykəmək, dayamaq,...

TƏKYƏ2 (ID - 38919)

is. [ər.] Təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer. Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır. (Ata. sözü). Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya...

TƏKYƏLƏNMƏ (ID - 38920)

“Təkyələnmək”dən f.is.

TƏKYƏLƏNMƏK (ID - 38921)

f Söykənmək, dayaq vermək, dayanmaq. Çomağa təkyələnmək. [Əsgər] təkyələndiyi çantadan başını qaldırdı. H.Nəzərli.

TƏKZİB (ID - 38922)

is. [ər.] Bir məlumatın, xəbərin, şayiənin və s.-nin yalan olduğunu məlumat, çıxış, məqalə və s. ilə sübut etmə; yalanlama. □ Təkzib etmək - yalan olduğunu, doğru olmadığını sübut etmək, elan etmək, bildirmək. Mərdan...

TƏKZİBEDİLMƏZ, TƏKZİBOLUNMAZ (ID - 38923)

TƏQAÜD (ID - 38924)

is. [ər.] 1. Tələbələrə, aspirantlara müntəzəm surətdə verilən pul müavinəti, yardımı; stipendiya.
2. Bax pensiya. Fərdi təqaüd. Təqaüd almağa bir ili qalıb. Təqaüdə çıxmaq. - Təqaüdlə saxlayırdı; indi ana körpələri....

TƏQAÜDÇÜ (ID - 38925)

is. və sif. 1. Təqaüd alan tələbə; stipendiyaçı. Təqaüdçü tələbə.
2. B ax pensiyaçı.

TƏQAZA (ID - 38926)

TƏQDİM (ID - 38927)

is. [ər.] Bir şeyi vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) hüzuruna gətirmə, ona vermə. □ Təqdim etmək - 1) vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin)...

TƏQDİMAT (ID - 38928)

is. [ər. “təqdim” söz. cəmi] rəs. Yuxarı təşkilatlara yazılı məlumat, müraciət, yazılı bəyanat. Mükafat haqqında təqdimat yazmaq.

TƏQDİR (ID - 38929)

is. [ər.] 1. Qəbul (etmə), bəyənmə, qiymətləndirmə, alqışlama; dəyərini, əhəmiyyətini anlama. [Buğac] .. atasının təhsin və təqdirini qazanacaqdı. M.Rzaquluzadə. □ Təqdir etmək - qəbul etmək, bəyənmək, qiymətləndirmək,...

TƏQDİRƏLAYİQ (ID - 38930)

sif Təqdir edilə bilən; bəyənilməli, yaxşı. Təqdirəlayiq təşəbbüs. Təqdirəlayiq hərəkət.

TƏQDİS (ID - 38931)

is. [ər.] klas. Müqəddəs bilmə, müqəddəsləşdirmə, sitayiş etmə, tapınma. Təqdis etmək - müqəddəsləşdirmək, sitayiş etmək, tapınmaq. [Bir mələk Şeyx Sənana:] Səni təqdis edər mələklər, inan; Heç təlaş etmə gəl,...

TƏQƏLLÜB (ID - 38932)

is. [ər.] 1. Dönmə, başqa tərəfə çevrilmə.
2. Fırıldaq, kələk.

TƏQİB (ID - 38933)

is. [ər.] 1. İzinə düşmə, ardınca getmə, addımbaaddım dalına düşmə, izləmə. Maral başını aşağı salıb ağac gövdəsinə söykənmiş, elə bil məruz qaldığı təqiblərdən yorulub indi dərin fikrə getmişdi. Ə.Məmmədxanlı.
2....

TƏQLİD (ID - 38934)

is. [ər.] 1. Başqasının hərəkətini, danışıq tərzini və s.-ni eynilə təkrar etmə, özünü ona oxşatmağa çalışma; yamsılama. Təqlid etmək - başqasının hərəkətlərini, danışıq tərzini və s. xüsusiyyətlərini təkrar etmək,...

TƏQLİDÇİ (ID - 38935)

is. Başqasını təqlid edən adam, təqlid çıxaran.

Bu səhifə 155 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<