Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

TƏPÇİMƏK (ID - 39136)

f. Parçanı üz-üzə qoyaraq qırağını tikmək, qırağını közəmək. [Qadın paltarları] bir-bir götürərək tələsmədən düyməsi qırılanın düyməsini tikir, cırıq olanına yamaq salır, təpçiyir və bu biri tərəfə qoyurdu....

TƏPDİRMƏ1 (ID - 39137)

“Təpdirmək1’dən f.is.

TƏPDİRMƏ2 (ID - 39138)

“Təpdirmək2”dən f.is.

TƏPDİRMƏK1 (ID - 39139)

bax bellətmək.Bağı təpdirmək.

TƏPDİRMƏK2 (ID - 39140)

“Təpmək1’dən icb. Cəfər paşa da hər gün onu yeddi pəhləvana döydürüb, sonra da dərisindən bir qarış soydurub yerinə saman təpdirirdi. “Koroğlu” .

TƏPƏ (ID - 39141)

is. 1. Hündür yer, hündürlük; kiçicik dağ. Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi...

TƏPƏCİK (ID - 39142)

is. Kiçik təpə, balaca təpə. ..Afaq çoxdan bu yerləri tərk etmiş quşları da geri qaytarmaq istəyərək bağçadakı təpəciyə ..bir çanaq arpa səpələdi. Ə.Məmmədxanlı.

TƏPƏL (ID - 39143)

bax qaşqa 1-ci mənada. Təpəl balaq dingildəyib həyətdən çıxdı, özünü camışın altına atdı. B.Bayramov. Gün altında tövşüyür; Qara kəl, təpəl öküz. H.Hüseynzadə.

TƏPƏLƏMƏ1 (ID - 39144)

sif. və zərf Qabı, səbəti və s.-ni kənarlarından artıq doldurma; dopdolu, ağzınacan dolu, ləbələb. [Yusif] kolun altında gizlənmiş tənəyin üzümündən dərib, səbəti təpələmə doldururdu. B.Bayramov.

TƏPƏLƏMƏ2 (ID - 39145)

“Təpələmək”dən f.is.

TƏPƏLƏMƏK (ID - 39146)

f 1. Təpə kimi yığmaq, təpə əmələ gətirmək; qalaqlamaq. Torpağı təpələmək.
2. Başına qapaz vurmaq.

TƏPƏLƏNMƏ (ID - 39147)

“Təpələnmək”dən f.is.

TƏPƏLƏNMƏK (ID - 39148)

f . Təpə kimi yığılmaq, təpə əmələ gəlmək; qalaqlanmaq. Maşından boşalan qum təpələndi. - Şəkər süfrənin üstündə girdə məcməyi dolusu qalxıb təpələndi. Bayramov.

TƏPƏLİ (ID - 39149)

sif Təpəsi, təpələri olan; sivri. Təpəli dağ. Təpəli yer.

TƏPƏLİK (ID - 39150)

is. 1. Təpə olan yer, təpə yer, dərəli-təpəli yer. [Yaşlı kişi:] Oğlanlı-qızlı bir araya toplaşar, Şərəf xalagilin ağ və təmiz qumdan ibarət olan təpəliyində oynardıq. S.Hüseyn. - Onlar qaçacaq! - Tutaq təpəliyi düşməndən...

TƏPƏR (ID - 39151)

is. Qeyrət, namus, bacarıq. Adın varmış, təpərin yox. (Ata. sözü).

TƏPƏRLİ (ID - 39152)

sif. Qeyrətli, namuslu, bacarıqlı. [Salman] zəif və qorxaqlara özünü təpərli (z.), tələbkar, amansız göstərirdi. M.Ibrahimov.

TƏPİK (ID - 39153)

is. Ayaqla vurulan zərbə. Telli bütün acığını [pişikdən] çıxarmaq istəyirdi. Ayağilə ona bir təpik ilişdirdi. S.Hüseyn. // Şıllaq. □ Təpik atmaq - ayağı ilə vurmaq, vurmaq üçün ayağını, ya ayaqlarını işə salmaq (at...

TƏPİKATAN (ID - 39154)

bax təpikcil.

TƏPİKCİL (ID - 39155)

sif. Çox təpik atan, şıllaq atan (heyvan haqqında). Təpikcil at.

TƏPİKLƏMƏ (ID - 39156)

“Təpikləmək”dən f.is.

TƏPİKLƏMƏK (ID - 39157)

f . 1. Təpiyi ilə vurmaq, təpik vurmaq, ayaqları ilə zərbə endirmək. [Bayraməli bəy:] ..Yoxsa istəyirsən yıxım, qarnını təpikləyim? N.Vəzirov. Zalış [Məşədi Qasıma] bir badalaq atıb yıxdı və Qənbəri də çağırıb bunu...

TƏPİKLƏNMƏ (ID - 39158)

“Təpiklənmək”dən f.is.

TƏPİKLƏNMƏK (ID - 39159)

məch. Təpiklə vurulmaq, təpiklər altında qalmaq, ayaqlanmaq. Müharibə meydanında mərmər başlar əzilməkdə idi, qarınlar təpiklənməkdən ayran tuluğuna dönmüşdü. Çəmənzəminli.

TƏPİKLƏŞMƏ (ID - 39160)

“Təpikləşmək”dən f.is.

TƏPİKLƏŞMƏK (ID - 39161)

qarş. Bir-birini təpiklə vurmaq, təpikləmək. Dayçalar təpikləşir. [Uşaqların] bəziləri təpikləşir, bəziləri qoşa durub yüyürür, bəziləri isə ..yoldaşlarından geri qalırdılar. M.Hüseyn.

TƏPİLMƏ1 (ID - 39162)

“Təpilmək1’dən f.is.

TƏPİLMƏ2 (ID - 39163)

“Təpilmək2”dən f.is.

TƏPİLMƏK1 (ID - 39164)

bax bellənmək. Meynəlik təpildi.

TƏPİLMƏK2 (ID - 39165)

1. f. Soxulmaq, zorla girmək, dürtülmək, özünü soxmaq. Uşaq anasının qucağına təpildi. - [Sara] vaxsey, ciyərin yansın! Kişi bilər, - deyə, evə təpildi. Mir Cəlal. [Arvad] üstünə işıq düşən toyuq hininə təpildi. B.Bayramov.
2....

TƏPİMƏ (ID - 39166)

“Təpimək”dən f.is.

TƏPİMƏK (ID - 39167)

f . dan. Qurumaq, qupquru olmaq, suyu çəkilmək. Gülpərinin özü də susuz idi. Dili-dodağı təpimişdi. M.Hüseyn. Gecə külək əsdiyi üçün yol təpimiş sahə qurumuşdu. Ə.Vəliyev.

TƏPİNMƏ (ID - 39168)

“Təpinmək”dən f.is.

TƏPİNMƏK (ID - 39169)

f 1. Acıqlanmaq, bərk danlamaq, üstünə qışqırmaq; hədə-qorxu gəlmək. [Balaqardaş:] Rzaquluya elə təpinmişəm ki, qorxusundan evdən çölə çıxa bilməyir. N.Vəzirov. Qardaş da bacısına təpinmək üçün onu yanladı. B.Bayramov.
2....

TƏPİŞDİRMƏ (ID - 39170)

“Təpişdirmək”dən f.is.

TƏPİŞDİRMƏK (ID - 39171)

f 1. Təpib doldurmaq, basıb doldurmaq.
2. məc. Acgözlüklə yemək, içəri ötürmək. Varis qarşısındakı soyuq şorbanı təpişdirərkən qızı gözucu süzdü. A.Şaiq.

TƏPİTMƏ1 (ID - 39172)

is. 1. Xalq təbabətində: bədənin sınıq, çıxıq, əzik yerinə qoyulan yağlı isti xəmir parçası. Sınıq yerə təpitmə qoymaq. [Mustafa bəy:] Get, gədələrə deginən, bədəninə təpitmədən-zaddan salsınlar. Ə.Haqverdiyev.
2....

TƏPİTMƏ2 (ID - 39173)

“Təpitmək”dən f.is.

TƏPİTMƏK (ID - 39174)

f . Od üzərində və ya gündə azacıq qurutmaq. Xəmiri təpitmək. // Ümumiyyətlə, qurutmaq.

TƏPMƏ1 (ID - 39175)

bax təpitmə11-ci mənada. [Cabbar bəy:] Əndamına təpmə qoymaqdan qollarım az qalıbdır qurusun. N.Vəzirov.

TƏPMƏ2 (ID - 39176)

is. Tüfəng, top və s. odlu silahların atılan zaman şiddətlə geriyə basması. Topun təpməsi. - ..Tüfəng açıldı. Özüm də təpmənin şiddətindən kəlləmayallaq qayığın dibinə aşdım. M.Rzaquluzadə.

TƏPMƏK1 (ID - 39177)

f. 1. Bir şeyi başqa bir şeyin içərisində yerləşdirmək; soxmaq, salmaq. [Xırdaxanım:] Qırqovul başını kola təpər, dalından xəbəri olmaz. N.Vəzirov. Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi...

TƏPMƏK2 (ID - 39178)

f. Belləmək. Gülşən elə cəld, elə sürətlə yer təpirdi ki, onun üz-gözündən tər axırdı. Ə.Vəliyev.

TƏPTƏZƏ (ID - 39179)

sif Lap təzə, tamamilə təzə, qədtəzə, heç işlənməmiş. Təptəzə köynək. Təptəzə ev. - Təptəzə, püstə rəngində “Pobeda” maşını asfalt yolla süzürdü. Ə.Sadıq. Təptəzə bir paltar geyib əyninə; Qovuşub yurdumun...

TƏR1 (ID - 39180)

is. 1. Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye. Maşında oturanların alnından tər süzülürdü. M.Ibrahimov. Arvad kişinin alnının dərin qırışlarına dolmuş soyuq təri sildi. B.Bayramov. □ Tər aparmaq (basmaq) - çox...

TƏR2 (ID - 39181)

sif. və zərf Hələ solmamış, təzə, təravətli (gül, göyərti və s. haqqında). Tər göy soğan. Tər bənövşə. Tər xiyar. - Aylı gecə, çay kənarı, suların səsi; Ürəyimin məhəbbəti tər çiçəyimdir. N.Xəzri. // məc. Cavan,...

TƏRANƏ (ID - 39182)

is. [fars.] Mahnı, şərqi, nəğmə; ahəng. Yayılıbdır ətrafa; Quşların təranəsi. M.Seyidzadə. // Obrazlı təşbehlərdə. Burdadır şairin eşqi, ilhamı; Bu günün, sabahın öz təranəsi. H.Hüseynzadə.

TƏRAVƏT (ID - 39183)

is. [ər.] Təzəlik, lətafət, gözəllik. Çiçəklərin artdı təravətləri; Fərəh verir qəlbə lətafətləri. A.Səhhət. Bahar bütün təravəti və gözəlliyi ilə [Ümidin] gözləri qarşısında dayandı. B.Bayramov.
Təmizlik, saflıq....

TƏRAVƏTLƏNMƏ (ID - 39184)

“Təravətlənmək”dən f.is.

TƏRAVƏTLƏNMƏK (ID - 39185)

f . 1. Təzələnmək, tərlənmək, lətafətli olmaq. Sulandıqda güllər təravətlənir. - Aralanır buludlar; Təravətlənir otlar. A.Səhhət. .
Sərinləşmək, sərin olmaq. Hava təravətlənir.
Sağlamlaşmaq, gümrahlaşmaq, canlanmaq....

Bu səhifə 158 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<