Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

TAKSİ (ID - 38186)

[ing., fr. taxi] Gedilən yolu və onun haqqını hesablamaq üçün sayğacı olan minik və ya yük avtomobili. Taksi dayanacağı. Taksi şoferi. Taksidə işləmək. - [Rəşid:] Biz bulvardan çıxan kimi Bəkir taksi saxladı. İ.Hüseynov.

TAKSİÇİ (ID - 38187)

is. Taksi maşını sürücüsü, şoferi.

TAKSİR (ID - 38188)

is. [ing.] Sayğacı olan minik və ya yük avtomobili.

TAKSOMETR (ID - 38189)

[lat. taxo və yun. metr] Yol haqqını hesablayıb göstərən taksi sayğacı.

TAKSOMOTOR (ID - 38190)

[lat. taxo və lat. motor] bax taksi. Taksomotorparkı.

TAKT (ID - 38191)

[alm. Takt, əsli lat. tactus] bax vəzn
ci mənada.

TAKTİK1 (ID - 38192)

sif [yun.] 1. Taktikaya aid olan, taktika ilə bağlı olan, döyüşü, vuruşu, ayrıca hərbi əməliyyatı aparmaqla əlaqədar olan. Taktik məşğələlər. Taktik üstünlük. Qoşunun taktik keyfiyyəti.
2. Taktika (2-ci mənada) ilə əlaqədar,...

TAKTİK2 (ID - 38193)

[yun.] Hərbi taktikanı yaxşı bilən, taktika mütəxəssisi (bax taktika 1 və 2-ci mənalarda).

TAKTİKA (ID - 38194)

[yun. taktike] 1. Döyüşə hazırlıq və döyüşü aparmaq üsulları haqqında nəzəriyyə və praktika; döyüş vaxtı qoşun hissələrini idarəetmə üsulu. [Cavad] ..siyasi rəhbərlə birlikdə ocaq ətrafında toplanan döyüşçülərlə...

TAQANOK (ID - 38195)

[rus.] Xörək bişirmək, su qızdırmaq və s. üçün stol üzərində qurulmuş ikigözlü qaz cihazı; pilətə. Taqanokda xörək bişirmək.

TAQƏT (ID - 38196)

is. [ər.] Güc, qüvvət. Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa taqəti yox idi. Çəmənzəminli. Qışın taqəti yoxdur; Döyüşməyə baharla. R.Rza. □ Taqət qalmamaq - bax taqətdən düşmək. Artıq [Qurbanın] dizlərində...

TAQƏTSİZ (ID - 38197)

sif. və zərf Gücsüz, qüvvətsiz; əldən düşmüş (halda), üzgün (halda). [Dərviş:] Ruqiyyə bu yana-o yana ilan kimi taqətsiz yollandı. A.Divanbəyoğlu. [Aydın] taqətsiz halda çarpayının üstünə yıxılıb ağır yuxuya getmişdi....

TAQƏTSİZLİK (ID - 38198)

is. Gücsüzlük, qüvvətsizlik, heysizlik; üzgünlük. Mən əsəbilik, taqətsizlikdən otura bilmədim. Mir Cəlal.

TAQIM (ID - 38199)

is. köhn. 1. Bax vzvod. Uzunboylu, sarıbənizli, alagözlü taqım komandiri taqımı fişənglə təchiz edirdi. H.Nəzərli. Hacıyev taqım komandiri idi. Neçə aydı ki, taqımı ilə məşğul olur, onu öyrədir, döyüşə hazırlayır. Ə.Əbülhəsən.
Bax...

TAQ(Q) (ID - 38200)

təql. Düşən və ya bir şeyə dəyən bərk şeylərin çıxardığı səs.

TAQQANAQ (ID - 38201)

sif dan. Çox quru, qupquru. Taqqanaq çörək.

TAQQATAQ (ID - 38202)

təql. Davamlı taq-taq səsi. Döyülür dabanlar yerə taqqataq; Gurultu, şaqqıltı... tutulur qulaq. H.K.Sanılı.

TAQQILDAMA (ID - 38203)

“Taqqıldamaq”dan f.is.

TAQQILDAMAQ (ID - 38204)

f Taqqıltı səsi çıxartmaq, taq(q) etmək. Lap yaxında pəncərələrdən birinin qapısı açılıb taqqıldadı. M.Hüseyn. // Döyülmək, taqqıldadılmaq, taqqıltı səsi çıxmaq. Əminə darvazanın taqqıldadığını eşitdi, dərhal da...

TAQQILDATMA (ID - 38205)

“Taqqıldatmaq”dan f.is.

TAQQILDATMAQ (ID - 38206)

f . Bir şeylə vuraraq taqqıltı səsi çıxartmaq; döymək. İldırımzadə qapıya yanaşıb taqqıldatdı. S.Rəhimov. Təzə şəhər klubunun pəncərəsini içəridən taqqıldatdılar. Mir Cəlal.

TAQQILTI (ID - 38207)

is. Bərk bir şeyin bərk bir cismə toxunmasından çıxan səs, taq-taq səsi. [Əsgər bəy:] Taqqıltı gəlir, çıx gör nədir, deyəsən, qonaqlar gəlirlər. Ə.Haqverdiyev. [Qızın] tuflilərinin taqqıltısı qaranlıq gecənin sükutunda...

TAQ-TAQ (ID - 38208)

1. təql. Dəmir, taxta və s. bu kimi bərk cisimlərin bir-birinə dəyməsi nəticəsində çıxan səs.
2. Taq-taqla şəklində zərf. taq-taq edərək, taq-taq səsi çıxararaq, taqqıldatmaqla. Dəmirçinin ömrü taq-taqla, leyləyin ömrü...

TAL (ID - 38209)

is. [holl.] Yükqaldıran mexanizmlərin bir növü.

TALA (ID - 38210)

is. Meşədə ağacsız, çılpaq yer, sahə; açıqlıq. Kiçikbəyim fındıq və yemişan kollarını əyərək otlaq bir talaya çıxdı. Çəmənzəminli. Meşə qurtarırkən qarşılarında kiçik bir tala açıldı. Ə.Məmmədxanlı.

TALAQ (ID - 38211)

is. [ər.] köhn. 1. Boşama, boşanma, nikahı ləğv etmə. Məşədi Qulamın talaq məsələsini aralığa qoymaması və hətta o barədə eşitmək belə istəməməsi Cavahirin ərdən çıxmasını daha artıq çətinləşdirirdi. T.Ş.Simurq....

TALAQLI (ID - 38212)

sif. köhn. Talaqı olan; kəbinli. Talaqlı arvad.

TALAQSIZ (ID - 38213)

sif. köhn. Talaqı olmayan; kəbinsiz. Talaqsız arvad.

TALALIQ (ID - 38214)

is. Meşədə ağacsız, açıq yer; tala, açıqlıq. O biri tərəfdə qabaq-qənşər isə açıq talalıq idi. S.Rəhimov.

TALAMA (ID - 38215)

“Talamaq”dan f.is.

TALAMAQ (ID - 38216)

f . Qarət etmək, çalıb-çapmaq, soyub talan etmək. Oradan töküldülər bazara, tamam dükanları və karvansaraları taladılar. M.F.Axundzadə. // Var-yoxunu güc, ya hiylə ilə əlindən almaq.

TALAN (ID - 38217)

is. [fars.] 1. Qarət, çapovul, çapqın, soyğun. Qabaqlarda dağlarda talan və qarətlə məşğul olan quldurlar çoxdan tutulmuşdur. Ə.Vəliyev.
2. Əhalinin hər hansı milli və ya ictimai qrupuna qarşı mürtəce şovinistlərin quldurcasına...

TALANÇI (ID - 38218)

is. Talanla məşğul olan, talan edən; qarətkar, çapovulçu, çapqmçı, soyğunçu, quldur. Araz talançı (sif.) adamı yaxşı tanımışdı. A.Şaiq. Zeynalın və o biri əlitüfənglilərin hədə-hərbəsi, başlarının üstündən güllə...

TALANÇILIQ (ID - 38219)

is. Talanla məşğul olma; soyğunçuluq, quldurluq.

TALANMA (ID - 38220)

“Talanmaq”dan f.is.

TALANMAQ (ID - 38221)

məch. Var-yoxu əlindən alınmaq, talan edilmək, talan olunmaq. Bir evdə ki belə gözəl olmaya; O ev bərbad olub talanmaq gərək. M.P.Vaqif. Dağıldı ölkələr, talandı ellər; Sonalar oylağı tarü-mar oldu. M.Müşfiq.

TALANT (ID - 38222)

[yun. talanton] İstedad. Bizə həyat gərəkdir! Bizə həyat gərəkdir! Həyat hər talant üçün su, hava və çörəkdir. R.Rza. [Nərminə:] Gələcək göstərər ki, böyük talant sahibi kimdir. B.Bayramov.

TALANTLI (ID - 38223)

sif. İstedadlı. [Elçin:] Sevinc, Qaçay .. gənc ustaların ən talantlısıdırlar. Z.Xəlil.

TALASSEMİYA (ID - 38224)

is. [yun.] İrsi qan xəstəliyi.

TALAŞA (ID - 38225)

is. Balta ağzından çıxan kiçik ağac, taxta parçaları. Taxta zavodunda gecəgündüz kəsilən, yonulan taxtaların talaşası .. böyük bir sahəni tuturdu. Mir Cəlal. Kiçik Fərman saatlarla atasının yanında durub ona tamaşa edər, onun...

TALE (ID - 38226)

is. [ər.] 1. Bəxt, qismət. [Nazlı:] Heç böylə padşah sarayında yaşayan bir xanım da taleyindən şikayət edərmi? H.Cavid. [Kiçikbəyimin] taleyə boyun əyməkdən başqa çarəsi yox idi. Çəmənzəminli.
2. Müqəddərat, gələcək,...

TALESİZ (ID - 38227)

sif. Bəxtsiz, bədbəxt, uğursuz. [Zeynal:] Mən talesiz bir adamam. S.Hüseyn. Səfdər özünü yalnız ona görə bədbəxt və talesiz (z.) hesab edirdi ki, arvadı Rüxsara xanımın naxoşluğu uzanırdı və arzu etdiyi kimi tez tamam olmayırdı....

TALESİZLİK (ID - 38228)

is. Bədbəxtlik, bəxtsizlik, uğursuzluq. [Cəmil bəy:] Of! Bəxtiyarlıq içində talesizlik, nə böyük fəlakət! H.Cavid.

TALEYİKƏM (ID - 38229)

sif. [ər. tale və fars. kəm] köhn. Bəxtsiz, bədbəxt. Taleyikəm adam.

TALGA (ID - 38230)

is. məh. Medal.

TALXA (ID - 38231)

is. Sarı və qara xalları olan zəhərli ilan.

TALIŞCA (ID - 38232)

sif. və zərf Talış dilində. Talışca danışmaq.

TALIŞLAR (ID - 38233)

cəm Azərbaycanın cənubşərqində və Cənubi Azərbaycanın şimal hissəsində yaşayan irandilli kiçik xalq və bu xalqa mənsub adamlar.

TALİB (ID - 38234)

is. [ər.] klas. 1. İstəyən, birinə evlənmək istəyən oğlan, kişi və ya birinə ərə getmək istəyən qız, qadın. [Platon:] İlk talib Xumar için hər kim; Hər kim olmuş olursa, rədd etməm. H.Cavid. □ Talib olmaq - istəmək, evlənmək...

TALİBƏ (ID - 38235)

is. [ər.] Qız tələbə. Ənisənin öhdəsinə bir vəzifə verilmişdi: söylənəcək təbrik nitqlərinə cavab olaraq talibələr tərəfindən cavab vermək. S.Hüseyn.

Bu səhifə 89 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla