İzahlı lüğət

TƏKYƏ1

is. [ər.] 1. köhn. Söykənəcək, dayanacaq. □ Təkyə eləmək (etmək) - 1) söykənmək, dayanmaq. Rzaquluxan suyu içdikdən sonra balışa təkyə edib, yavaş-yavaş göz yaşı tökməyə başladı. M.S.Ordubadi; // söykəmək, dayamaq, dəstəkləmək. [Molla Həmid:] Başını yuxarı qovzuyub, gözünü çadırın səqfinə dikib, sağ əlinin baş barmağı ilə çənəsinə təkyə edib, .. cavab verir. M.F.Axundzadə; 2) əsaslanmaq, istinad etmək. Rəsmi mənbədən bizə çatan bəzi məlumata təkyə etsək, görərik ki, keçən il təhsili qurtaran on səkkiz nəfər [azərbaycanlı] mamaların bir çoxu kəndlərə dağılıbdır. C.Məmmədquluzadə.
2. Məhəccər, söykənəcək, sürahi. Qərənfil bacı eyvanın təkyəsinə yaxınlaşaraq.. səslədi. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed