İzahlı lüğət

TƏQDİM

is. [ər.] Bir şeyi vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) hüzuruna gətirmə, ona vermə. □ Təqdim etmək - 1) vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) qabağına gətirmək, vermək. Dörd nəfər gözəl kəniz əlvan yeməklər gətirib, qadına və Fəxrəddinə təqdim etdilər. M.S.Ordubadi; 2) tanış etmək. İşə yeni qəbul olunanları bir-bir sex müdirinə təqdim etdilər. - Teymur bəy ev sahibəsini və qızını müsafirlərə təqdim etdi. Çəmənzəminli; 3) elmi şura, iclas və s.-nin müzakirəsinə, təsdiqinə vermək. Dissertasiya işini müdafiəyə təqdim etmək. - Memar Sadıqzadənin təqdim etdiyi layihələr salondakılar tərəfindən təqdir edildi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed