Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

XARLANDIRMAQ (ID - 17212)

f Şəkərə döndərmək, şəkərləndirmək.

XARLANMA (ID - 17213)

“Xarlanmaq” dan f.is.

XARLANMAQ (ID - 17214)

f Şəkərə dönmək, şəkərlənmək. Bal xarlanıb. Mürəbbə qalıb xarlanıb.

XARLANMIŞ (ID - 17215)

f.sif. Şəkərə dönmüş, şəkəri artmış, şəkərdən bərkimiş. Xarlanmış bal.

XARRAT (ID - 17216)

is. Ağac və taxtadan müxtəlif şeylər qayıran usta; doğramaçı. Bir yanda xarratlar taxta yonub rəndələyir, qapı-pəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. M.İbrahimov. Xarratlar taxtaşalban işlərini qurtarmış,...

XARRATXANA (ID - 17217)

is. Xarrat emalatxanası.

XARRATLIQ (ID - 17218)

is. Xarrat sənəti, peşəsi. [Nizami:] Təbibə ehtiyacı çox olan məmləkətlərdə insanın təbibliyə olan marağı hər şeydən artıqdır. Elə də dəmirçilik, xarratlıq, dərzilik və başmaqçılıqdır. M.S.Ordubadi.

XART (ID - 17219)

təql. Bərk, kövrək bir şeyi dişlə doğradıqda, ya kəsdikdə çıxan səs.

XARTAXART (ID - 17220)

zərfi Xartıldadaraq, xartıltı ilə. Bərk almanı xartaxart yemək. Qəndi xartaxart çeynəmək.

XARTILDATMA (ID - 17221)

“Xartıldatmaq” dan f.is.

XARTILDATMAQ (ID - 17222)

f Xartıltı ilə sındırıb yemək. Ömər xan sözünü bitirərək qabdan bir qazmaq götürüb, sağlam dişlərlə xartıldatmağa başladı. Çəmənzəminli.

XARTHAXART (ID - 17223)

b a x xartaxart. [Qəndi] .. ağzıma salıb bir qədər sorduqdan sonra dilimin ucu ilə dişlərimin altına ötürüb xarthaxart yeyərdim. Qantəmir. [Tapdıq] hər dəfə çay içəndə bir yekə tikə qənd ağzına qoyur və xarthaxart yeyirdi....

XARTİYA (ID - 17224)

is. [yun.] 1. Qədim əlyazması (papirus və perqamentdə).
İctimai-siyasi sənəd.

XARTUT (ID - 17225)

is. İri qara tut. Tut cinsinin Azərbaycanda əsas üç növü bitir: ağtut, xartut və qırmızı tut və ya çəkil. M.Qasımov. [Bayram kişi:] Bunlardan başqa, iydə, innab, qaratut, xartut da buralarda çox yaxşı olur. M.Rzaquluzadə.

XAS1 (ID - 17226)

sif [ər.] 1. Yalnız bir adama və ya şeyə məxsus olan, onun üçün səciyyəvi olan, yalnız bir adamda və ya şeydə olan. Balaca Azad təbiətinə xas bir hay-küylə kənarda oynayır. M.İbrahimov. Güləsər
yeniyetmə kənd qızlarına...

XAS2 (ID - 17227)

is. Həftənin ikinci günü, çərşənbə axşamı; tək günü.

XASA (ID - 17228)

sif [ər.] Yaxşı bişmiş (qızarmış), bürüştə, əla. [Çörəkçi:] Gəl, müştəri, gəl görək, tazadır xasa çörək... M.S.Ordubadi.

XAS-XALİS (ID - 17229)

sif [ər.] köhn. Əsil, əsilli, nəcabətli, əsil-nəsəbli. Zakir özü Qarabağın xas-xalis nücəbalarından ola-ola, öz həmsinfinin ayıb və qüsurlarını belə açıq, mərdanə və şairanə söyləməyi, əlbəttə, şayani-təhsirdir....

XASİYYƏT (ID - 17230)

is. [ər.] 1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter. Yumşaq xasiyyət. Sərt xasiyyət. - Üz bürüməz...

XASİYYƏTCƏ (ID - 17231)

sif Xasiyyətinə görə, təbiətinə görə, təbiətcə. Xasiyyətcə gözəl adam. Xasiyyətcə tərsdir. - Aşıq azarkeşləri yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tez əsəbiləşən Aşıq Alı çuğulların belə sözlərindən...

XASİYYƏTNAMƏ (ID - 17232)

is. [ər. xasiyyət və fars. ...namə] Bir şəxsin ictimai və əmək fəaliyyətini təsvir edən rəsmi sənəd; xarakteristika. Iş yerindən xasiyyətnamə almaq. - Lalə dünən baş mühəndisin texniki imtahandan keçirdiyi adamlara dair yazıb...

XASSƏ (ID - 17233)

is. [ər.] Bir adama və ya şeyə məxsus olan hal, bir adamda və ya şeydə olub, başqalarında olmayan keyfiyyət; xasiyyət. [Rüstəmbəy Vəlibəyə:] Hər şeyi tərsinə başa düşmək [Cəfərdə] bir xassədir. Çəmənzəminli. // Keyfiyyət,...

XASSƏLİ (ID - 17234)

sif. Xassəsi, xüsusiyyəti, müəyyən keyfiyyəti olan. Müxtəlif xassəli maddələr.

XAŞ (ID - 17235)

is. Kəlləpaçadan hazırlanıb sarımsaqla yeyilən xörək.

XAŞA1 (ID - 17236)

is. bot. Paxlalılar fəsiləsindən yem bitkisi; esparset. Əkilən qarayonca, üçyarpaq yonca növləri, xaşambul.. və xaşanın yabanı bitən və əkilən-becərilən növləri çox gözəl yem bitkisi olub, ottarlalı əkin sistemində geniş...

XAŞA2 (ID - 17237)

is. Iri torba, xaral. Gəlin Xəlildən bir neçə addım sağda qoyulmuş iri xaşaya doğru yönəlib önlüyünü boşaltdı. M.Hüseyn.

XAŞAK (ID - 17238)

is. [fars.] köhn. Çör-çöp, zirzibil, xırım-xırda. Çarparaq cari olan bunca məari/ seylinin; Qarşısın sədd etməyə qabilmidir xaşaklər?! M.Ə.Sabir.

XAŞAL (ID - 17239)

sif dan. Sallaq (yekə) qarın, şişman. Burnu biz, qarnı xaşal; Bu pis, löyün başdı birə. Aşıq Ələsgər. Qarnı xaşal, qurşağı örkən kimi; Gözləri göy, sinəsi xırman kimi. Ə.Nəzmi. [Həşim] əllərini xaşal qarnının üstündə...

XAŞALIQ (ID - 17240)

is. Xaşa bitmiş yer. Araz qırağındakı qamışlıq, kəndin ətrafındakı yoncalıq və xaşalıq .. Gülşənin çox xoşladığı və həzz aldığı şeylərdən idi. Ə.Vəliyev.

XAŞALQARIN (ID - 17241)

sif. dan. Yekəqarın, şişman. Xaşalqarın kişi.

XAŞALLAŞMA (ID - 17242)

“Xaşallaşmaq” dan f.is.

XAŞALLAŞMAQ (ID - 17243)

f dan. Qarnı yekəlib sallanmaq, xaşal olmaq. Kişinin qarnı lap xaşallaşıb.

XAŞAMBUL (ID - 17244)

is. bot. Sarı-ağ salxımvari çiçəkləri olan xırda yarpaqlı hündür çoxillik ot. Xaşambul çoxillik bitkidir. Hündürlüyü təxminən bir metr olan qol-budaqlı gövdəsinin üzərində saplaqlı xırda yarpaqları yerləşmişdir. Sarı rəngli...

XAŞXAŞ (ID - 17245)

is. bot. 1. Tərkibində süd şirəsi olan iri çiçəkli və içi xırda toxumlarla dolu qozaşəkilli meyvə verən bitki. Xaşxaşlar cinsi.. birillik, ikiillik və ya çoxillik otlardır. Süd şirələri ağdır. M.Qasımov. Lalələr tökülüb...

XAŞXAŞGÜLÜ (ID - 17246)

is. bot. Qızılı və ya ağ çiçəkləri olan kol-bitki.

XAŞXAŞLIQ (ID - 17247)

is. Xaşxaş əkilmiş yer.

XATA (ID - 17248)

is. [ər.] 1. Bax xəta. // Qəbahət, qüsur, günah, yanılma, istənilmədən edilən səhv. Kiçikdən xata, böyükdən əta. (Ata. sözü). Xata eləmək - səhv iş görmək, yanılmaq, səhv etmək. [Koroğlu:] Koroğlu eylədi xata; Indi sən...

XATA-BALA (ID - 17249)

is. 1. Xata, qorxu, təhlükə; xətərli, təhlükəli iş. Xata-baladan uzaq olmaq. - [Ağca:] [Tapdığı] xata-baladan mənim duam saxlayıb. Ə.Əbülhəsən.
2. Dərd, bəla, müsibət, bədbəxtlik. [Sənəm:] Belə mənim dörd balamın...

XATA-BALAÇI (ID - 17250)

is. Xata törədən, başqasına əziyyət verən; şuluq, nadinc. Çox xatabalaçı uşaqdır.

XATA-BALALI (ID - 17251)

sif. 1. Təhlükəli, xətərli, xatalı, qorxulu, xata ilə bağlı olan. Xatabalalı iş. - Çayqıraqlılar ağır və məşəqqətli güzəranlarına görə bu xata-balalı qazancdan əl çəkməyə məcburdular. Ə.Əbülhəsən.
2. məc. Ağır,...

XATAKAR (ID - 17252)

sif [ər. xəta və fars. ...kar] Gözlənilmədən xata törədən, xata törədə bilən, əlindən xata gələ bilən, zərərli, qorxulu, xain. Xatakar adam. - Kürən at xatakar (z.) olar ha.. - deyə, Nadir nəyə isə eyham atdı. Talıblı....

XATAKARLIQ (ID - 17253)

is. Xatalı, təhlükəli iş, pis əməl, başqalarına zərər verən işlər. Uzun çəkməz, kərbəlayı, yox olar aramızdan şərarət, xatakarlıq; əmələ gələr insaniyyət, elm, tərbiyət, rəhm, insaf!.. N.Vəzirov. [Səməd:] Yox, bacıoğlu,...

XATAKÜN (ID - 17254)

sif [ər. xəta və fars. kün] bax xatakar. [Ibrahim bəy:] Bir Kərbəlayı Qulam var, əlləm-qəlləm, xatakün, nadürüst, hacını yaman dolaşdırıb. N.Vəzirov. [Yarməmməd Salmana:] Kimin olacaq, dostun Şirzadın! Belə xatakün hələ dünyavü...

XATALI (ID - 17255)

sif Xata gətirən, qorxu törədən, təhlükəli, xətərli, nəticəsi qorxulu. Xatalı yer. Xatalı yol. - [Sona xanım:] Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir. M.F.Axundzadə. O, az qala yalvarır, bu xatalı fikirdən onu daşındırmağa...

XATASIZ (ID - 17256)

sif və zərf 1. Qorxusuz, təhlükəsiz, xətərsiz. Əlbəttə, bu qazanc xatasız, ölüm-itimsiz olmazdı. Ə.Əbülhəsən.
2. Günahsız, təqsirsiz, nöqsansız. Xatasız adam olmaz.

XATƏM1 (ID - 17257)

is. [ər.] klas. 1. Üzük. Barmağında xatəm, guşində tənə; Gireh-gireh zülfün tökə gərdənə. M.P.Vaqif. Barmağında xatəm, belində kəmər; Telində güşvarə, düymə tamam zər. Q.Zakir.

XATƏM2 (ID - 17258)

is. [ər.] Sonuncu, axırıncı, ən sonuncu.
□□ Adəmdən xatəmə - dünyanın əmələ gəlməsindən bu günə kimi; heç vaxt, heç zaman. Adəmdən xatəmə görünməmişdi ki, bəy qızı əsnafa verilsin. Çəmənzəminli. [Molla:]...

XATIN (ID - 17259)

is. Qadın, xanım. Ağam bir xatın aldı; Davanı satın aldı. (Ata. sözü). [Qazan xan:] A üzü qaralı, başı qadalı, xatınları, oğul-uşağı nə deyə dustaq etdin?! M.Rzaquluzadə.

XATINBARMAĞI (ID - 17260)

bax xatını.

XATINI (ID - 17261)

is. Iri giləli, şirəli üzüm növü. Baba isə xatını, .. əsgəri, mövücü üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski.

Bu səhifə 23 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif