Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

XİLAFƏT (ID - 17712)

is. [ər.] tar. Ərəb xəlifələrinin hakimiyyət dövrü; xəlifəlik. // Ərəb istilaları nəticəsində yaranmış, başında xəlifənin durduğu feodal dövlət.

XİLAS (ID - 17713)

is. [ər.] Qurtulma, xilas olma; nicat, qurtuluş. □ Xilas etmək - 1) qurtarmaq, nicat vermək. Təhlükədən xilas etmək. Suda boğulanları xilas etmək. - Cəfayə, zülmə bütün nifrət eyləyir aləm; Xilas elə bəşəri zülmdən cəsarət...

XİLASEDİCİ (ID - 17714)

sif. Xilas etmək üçün olan, xilas edən; xilaskar, qurtarıcı. Xilasedici kəmər. Xilasedici qayıq.

XİLASETMƏ (ID - 17715)

bax xilasedici. Xilasetmə ekspedisiyası. Xilasetmə stansiyası.

XİLASKAR (ID - 17716)

sif. [ər. xilas və fars. ...kar] Təhlükədən, ölümdən xilas edən; xilasedici, qurtarıcı. // İs. mənasında. Rüxsarə axırıncı olaraq öz xilaskarını ziyarət etməli, onunla vidalaşmalı idi. S.Rəhimov. Olmazın sarsıntı keçirmiş...

XİLASKARLIQ (ID - 17717)

is. Təhlükədən, ölümdən xilas etmə, qurtarma, xilas olmasına, qurtarmasına kömək etmə.

XİLQƏT (ID - 17718)

is. [ər.] 1. Yaradılma, yaradılış. Dünyayə gələn getmək üçündür, bu nə qəmdir; Bir fikr elə, bu xilqəti-aləm nə üçündür. S.Ə.Şirvani. Xoşdur xilqətdəki hər gözəlliyi; Ürəkdən duyaraq anlaya bilmək! M.Müşfiq. Minlərcə...

XİLLƏ (ID - 17719)

is. Bəzi məməli heyvanların (fil, qaban və s.-nin) ağzının kənarındakı iri, möhkəm dişlər.

XİMER (ID - 17720)

is. [yun.] Əjdahaya bənzəyən, ağzıalovlu heyvan.

XİMƏ (ID - 17721)

is. [ər.] Çadır, alaçıq.

XİNGAL (ID - 17722)

is. Dama-dama kəsilmiş xəmir parçalarından bişirilən xörək. Sulu xingal. Quru xingal. Qovurma xingal. - Fərrux xingalın hazır olub-olmamağını yoxlamaq üçün o biri otağa keçəndə Molla Qurban durub toqqasını genəltdi. Ə.Vəliyev....

XİNGALXANA (ID - 17723)

is. Xingal bişirilib satılan yeməkxana.

XİNGALLIQ (ID - 17724)

sif. Xingal üçün hazırlanan, xingala yarar. Xingallıq qoyun əti.

XİNİN (ID - 17725)

b ax kinə. İsitmə (malyariya) müalicəsində qiymətli dərman olan kinə (xinin), Cənubi Amerikanın yerli əhalisi olan inklər tərəfindən tapılmışdır. M.Əfəndiyev. Qız yol çantasından kiçik bir qutu, qutunun da içindən sterilizə...

XİRƏLƏMƏK (ID - 17726)

f. Bulandırmaq.

XİRİD (ID - 17727)

is. [fars.] Satınalma, alma (mal, şey). □ Xirid eləmək (etmək) - 1) satın almaq, pulla almaq (mal, şey və s.). [Əsgər bəy:] Təbrizdə sən bizə də, özünə də xirid elə. M.F.Axundzadə. [Ağa Qurban:] Keçən il getmişdim Nijni yarmarkasına,...

XİRİDAR (ID - 17728)

is. [fars.] 1. Alıcı, müştəri. Malın xiridarı yoxdur. - Mətaın atma bazarə; Xiridar olmayan yerdə. M.V.Vidadi. Qədrikəmali-hüsnü bilir aşiqi-həzin; Əlbəttə, qədri-zərri xiridar olan bilir. S.Ə.Şirvani. // Məc. mənada. [Zakir]...

XİRQƏ (ID - 17729)

is. [ər.] köhn. 1. Cübbənin altından geyilən içi pambıqlı qısa geyim. Əfğan çəkib etdi xirqəsin çak; Səhralərə düşdü zarü qəmnak. Füzuli. [Şah:] Bir yandan da ədavətin kəsrətindən xirqəmin altında bıçaq tutub bu xalıları...

XİRTDƏK (ID - 17730)

is. Nəfəs yolunun yuxarı hissəsi. Əlyarov az qala Teymurun xirtdəyindən tutub boğmaq istəyirdi. M.Hüseyn. [Yusif] sümüyü çıxmış yanağını, xirtdəyini, cəhəngini qanatmışdı. B.Bayramov.
□□ ...Xirtdəyə kimi çıxmaq -...

XİRTDƏKLƏMƏ (ID - 17731)

“Xirtdəkləmək” dən f.is.

XİRTDƏKLƏMƏK (ID - 17732)

/ Xirtdəyindən tutmaq (yapışmaq), yaxalamaq, boğazlamaq. [Qəssab] oğlan içəri girən kimi, onu xirtdəkləyib basdı yerə. (Nağıl). Səmənnaz qarı qapını açanda atlılardan biri qəfildən onu xirtdəklədi. Ə.Vəliyev. Daldan iki qüvvətli...

XİRTDƏKLƏŞMƏ (ID - 17733)

“Xirtdəkləşmək” dən f.is.

XİRTDƏKLƏŞMƏK (ID - 17734)

qarş. Bir-birinin xirtdəyindən (boğazından) yapışaraq, dalaşmaq, boğazlaşmaq.

XİSLƏT (ID - 17735)

is. [ər.] İnsanın təbiətinə məxsus sifət; xasiyyət, təbiət. Xoş xislət. Sərt xislət. - [Şirin Çingizə:] Əşirət dövründə bir ailə başçısının şəxsi xisləti yekə bir nəslə keçmiş və indiyə qədər də davam edir. Çəmənzəminli....

XİTAB (ID - 17736)

[ər.] 1. Bir şəxsə və ya camaata müraciətlə deyilən sözlər; müraciət. Məcnun ki, eşitdi bu xitabı; Verdi bu əda ilə cavabı. Füzuli. Ilimizin hər günü, yaxşı bilirəm ki, mən; Ağsaçlı atalardan xitabdır nəsillərə. S.Rüstəm....

XİTABƏN (ID - 17737)

zərf [ər.] Xitab edərək, üzünü tutaraq, xitabla, müraciətlə. [Müslümbəy] qoca kişiyə xitabən: - Əmi, bu uşaq sənin nəyindir, oğlundurmu? - deyə sual etdi. Səhhət. Namiq Kamalın bu şerini Mirzə Süleyman bəy .. beş-on kişi...

XİTABƏT (ID - 17738)

is. [ər.] 1. Xətiblik.
2. Səlis və aydın nitq söyləmə qabiliyyəti. Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir! Ulfətü ünsiyyətə dair xitabət vəqtidir! M.Ə.Sabir. □ Xitabət kürsüsü natiq üçün düzəldilmiş xüsusi...

XİTABNAMƏ (ID - 17739)

is. [ər. xitab vəfars. ...namə] bax müraciətnamə. Arabir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir. Çəmənzəminli.

XİTAM (ID - 17740)

is. [ər.] Bitmə, qurtarma, sona çatma; axır, son, tamam. □ Xitam vermək
1) bitirmək, tamamlamaq, başa vurmaq. Xanəndə yastı balabanla oxuyub gecəyə xitam verərdi. H.Sarabski. Ərşad [Əflatun və Ərəstunun] mübahisəsinə xitam...

XİYABAN (ID - 17741)

is. [fars.] Hər iki tərəfində ağac əkilmiş yer, yol və s. Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, iki tərəfindən uca çinarlar qalxıb. Ə.Haqverdiyev. Qar hər yeri bürüyən zaman, [uşaqlar] bağın xiyabanlarında qardan top...

XİYABANLI (ID - 17742)

sif Xiyabanı olan, hər iki tərəfi ağaclı. Xiyabanlı park.

XİYABANLIQ (ID - 17743)

is. Xiyaban olan yer; xiyaban. Şəhərin üst tərəfi xiyabanlıq idi.

XİYAR (ID - 17744)

is. Qabaq fəsiləsindən olan uzunsov, yaşıl, tumlu bostan meyvəsi. Yayda süfrədə xiyar görünməsə, hamını kədər basar. Ə.Vəliyev. Dağ ətəyində pomidor hələ indi-indi qızarır, tər xiyar nübarını verirdi. B.Bayramov.

XİYARƏK (ID - 17745)

is. tib. Qasıqda limfa vəzilərinin iltihabından törəyən xəstəlik.

XİYARLIQ (ID - 17746)

is. Xiyar əkilmiş yer, xiyar bostanı.

XİZƏK (ID - 17747)

is. Təkər əvəzinə altı sürüşkən qoşa ağac və ya dəmir üzərində qurulmuş qış arabası. [rus Əhmədin] donan sulardan, buzun üstü ilə arabaların keçməsindən və adamların keçə çəkmə geyib at qoşulmuş xizəklə gəzməsindən...

XİZƏKÇİ (ID - 17748)

is. Xizək sürən, xizək idmançısı.

XLOR (ID - 17749)

is. [yun. chloros - yaşımtıl-sarı] Texnikada, sanitariyada - zərərsizləşdirici, hərbi işlərdə isə zəhərləyici maddə kimi işlədilən yaşımtıl-sarı rəngli boğucu kimyəvi maddə - qaz.

XLORATOR (ID - 17750)

[yun.] Suyu xlorlaşdırmaq üçün cihaz.

XLORLAMA (ID - 17751)

“Xlorlamaq” dan f.is.

XLORLAMAQ (ID - 17752)

f Xlor vasitəsilə təmizləmək. Suyu xlorlamaq.

XLORLANMA (ID - 17753)

“Xlorlanmaq” dan f.is.

XLORLANMAQ (ID - 17754)

məc. Xlor vasitəsilə təmizlənmək. Suyun xlorlanması.

XLORLU (ID - 17755)

sif Tərkibində xlor olan, xlorla birləşmiş okn.

XLOROFİ (ID - 17756)

L [yun.] Bitkilərdə: yarpaqlara, zoğlara yaşıllıq verən və onların karbon turşusunu mənimsəməsinə kömək edən rəngləyici maddə.

XLOROFORMA (ID - 17757)

[fr. chloroforme - qarışqa turşusu] Tərkibində xlor olan spesifik qoxulu, şirintəhər, rəngsiz maye - üzvi maddə (ümumi narkoz və ağrıkəsən dərman kimi işlədilir).

XLOROZ (ID - 17758)

[yun.] bot. Bitkilərdə: yarpaqlarda və zoğlarda yaşıl rəngin çatışmazlığından törəyən xəstəlik hal.

XOCA (ID - 17759)

is. köhn. 1. Keçmişdə mədrəsədə təhsil alıb başına sarıq sarıyan, cübbə geyən dindar adam və ya din xadimi. Isfahan mülkündən gələn xocalar!; Bu canımda intizarım var mənim. Aşıq Abbas. [Naib:] Böylə fürsət bulunur, sanma,...

XOCAXOCA (ID - 17760)

is. zool. Bədənini ağlıqaralı tük örtmüş itidimdikli köçəri quş.

XOF (ID - 17761)

is. [ər.] Qorxu. Qiyamət xofundan, eşq havasından; Əridi, qalmadı yağ ürəyimdə. Aşıq Ələsgər. Bu sözlər Lətifənin qəlbinə soxulmuş tərəddüd və xofu azaltmadı. M.Hüseyn. [Mirzəyev Nazlıya:] Bəs şəriət? Bəs Allah xofu?...

Bu səhifə 20 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif